Məhkəmə qərarları › İş №1(5-98)-11/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(5-98)-11/2026

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-98)-11/2026 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakları ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X9 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şikayətini onunla əsaslandırmışdır ki, o, özü fərdi sahibkardır, adına ********** saylı VÖEN vardır. Özü isə mebel ustası kimi Bakı şəhəri, Koroğlu metrosunun yaxınlığında fəaliyyət göstərir. Belə ki, X10 2021-ci ildən tanıyır. Əvvəllər onlarda müştəri olduğu üçün “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi “@mebel_ustasi.1” adlı profilinin direktinə yazaraq və oradan +**********42 saylı mobil telefonunun nömrəsini götürərək onunla bir usta kimi əlaqə saxlamışdır. Həmin ərəfələrdə o, Aynur Qədirovaya yataq dəstini evində qurmuşdur. Bu ərəfələrdə isə aralarında sıx dostluq yaranmış və bu dostluq irəliləyərək sevgi münasibətinə çevrilmişdir. Lakin, sonradan Aynurun ona yalan danışmağı və onu aldatmasını öyrəndikdən sonra onunla əlaqəni kəsmişdir. Amma Aynur isə bacısı X12 və Lamiyənin əri Orxan Cəfərovla əlbir olaraq ona qarşı çirkin əməllər həyata keçirmişlər. O isə onun istifadəsində olan “Baica115” minik markalı, 2014-cü il buraxılışlı, LNBSCBAJ6ER420080 BAN nömrəli, 90SA578 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə ona nəqliyyat vasitəsini idarə etmək üçün vermişdir. Halbuki o vicdanlı alıcı kimi həmin avtomobili Aynurdan 15.000 (on beş min) manata satın almışdır. Şərt bu idi ki, həmin maşının pulunu o hissə-hissə ödəyib qurtaranadək maşın Aynurun özündə qalmaq şərti ilə razılaşmamız olmuşdur. Ona görə də ona etibar edib həmin avtomobilin Aynurda qalmasına etiraz etməmişdir. Çünki istifadəsində olan və arvadı X5 məxsus “QAZEL” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, Aynurda olan “Baica115” minik markalı, 2014-cü il buraxılışlı, LNBSCBAJ6ER420080 BAN nömrəli, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 15.000 (on beş min) manatı ödəyib qurtardıqdan sonra avtomobili Aynurdan tələb etdikdə, cavabında onu şantaj edərək əlavə 5.000 (beş min) manat pulları da özünə məxsus **********431181, **********347228 və **********706779 saylı kart hesablarından cavabdeh X11 məxsus **********467907, **********439196 və **********547967 saylı kart hesablarına ödənişlər etmişdir. Sonradan bilmişdir ki, Aynur onu aldadaraq “Baica115” minik markalı, 2014-cü il buraxılışlı, LNBSCBAJ6ER420080 BAN nömrəli, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa bir şəxsə satmışdır. O isə Aynur Qədirovadan pulunu tələb etdikdə ona qarşı qarapiar həyata keçirərək barəsində haqsız-ədalətsiz şikayətlər etmişlər ki, onlardan qanuni pulunu almasın. X12 isə 2025-ci ilin mart-aprel aylarında nalayiq söyüşlərlə “İnstagram”da “mebel_ustasi.1” adlı profillə paylaşım etdiyi səhifənin altından özü üçün saxta açdığı (Qwertv, i.r777u.a və agala030) profillərlə cürbəcür təhqirlər və şər böhtanlar yazaraq onun iş fəaliyyətinə nöqsan yetirərək onunla işləyən müştəriləri ondan uzaqlaşdırmışlar. Xüsusi ittihamçı X13 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(056)-72/2025 saylı qərarına əsasən xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında barəsində şikayət olunan şəxs X4 və X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Bundan başqa iddiaçı X4 cavabdeh X11 qarşı pul tələbinə dair mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X2 e-2(006)-3576/2025 saylı mülki iş üzrə icraatındadır. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixində, saat 12:15-ə təyin edilmişdir. Belə ki, o da, xx.xx.2025-ci il tarixdə saat 13:11 radələrində istifadəsində olan ***-***-**-** saylı “Whatsapp Web” şəbəkə nömrəsi ilə X7 bacısı X6 istifadəsində olan 050- ***-**-** saylı mobil nömrənin “Whatsapp Web” şəbəkəsinə yazaraq heç bir etik normanı pozmadan bacısı X7 harada gizləndiyini və haqq- ədalətin bərpa olunması üçün məhkəmə iclasında iştirak etməsini bildirmişdir. Lamiyə Cəfərova isə onu səsli və yazılı şəkildə özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin ifadələri təsdiq edən diski təqdim edir. O isə bu təhqirlərə dözməyərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bu şəxs hətta “Whatsapp Web” şəbəkəsində ona səs ataraq işlədiyi müəssisənin də adını çəkərək əvvəlki şikayəti üzrə güldüklərini bildirmişdir. Hətta işlədiyi "xxxx" QSC-nin prezidenti Samir Rzayevə belə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-2/2-A-320/2- 1/2025/4497 saylı “Müraciətə baxılması barədə” məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildirir ki, bundan öncə "Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) göndərilən eyniməzmunlu müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, onun AZAL-ın əməkdaşı X12 barədə müraciətdə qeyd etdikləri qeyri-əmək münasibətləri xarakteri daşıdığından, AZAL-ın araşdırmaq səlahiyyətləri çərçivəsində deyil. Bununla əlaqədar, müraciətində qeyd etdiyi məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etmək hüququna malikdir. Bundan başqa onun Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə etdiyi şikayətinə əsasən ünvanlanmış Baki Şəhər Yasamal Rayon Polis İdarəsi 26-ci Polis Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 54/2-A-4389/2025 saylı məktubda isə göstərilmişdir ki, müraciətində göstərilən xususatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunur. Məktubun tarixi də düzgün qeyd edilməmişdir. Göründüyü kimi onun hüquqlarının qorunması ilə bağlı müddəaya belə düzgün hüquqi qiymət verilməmişdir. Əgər belədirsə onda demək vətəndaşların şikayət və müraciətləri kitabında da qeydlər düzgün aparılmır. Halbuki polis tərəfindən X12 barəsində inzibati tənbeh kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510- cu maddəsini (Xırda xuliqanlıq, yəni ictimai qaydam pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.) tətbiq etməsi qanunla əsaslıdır. Lakin, bu hala da istinad edilməmişdir. Belə çıxır ki, hər bir şəxs istədiyi şəxsi təhqir etmək hüququ var? Çünki etiknormalara diqqət yetirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu şəxs isə bunun heç birinə riayət etmir. Şəxsiyyətin şərəf və ləyaqəti onun ən ali, təbii və ayrılmaz hüququdur. Şərəf və ləyaqətin müdafiəsinin aktuallığı onda ifadə olunur ki, bunlara qarşı törədilən cinayətləri istər Avropa, istərsə də milli qanunvericiliyimizdə tədqiq etməklə, insanların şərəf və ləyaqətinə qəsd edən əməllərin dairəsi və onlara görə tətbiq edilən sanksiyaların növünü müəyyən etməklə bunun kimi ali dəyərə göstərilən həssas münasibət ön plana çəkilir. Bu hüquqlar bir sıra beynəlxalq paktlarda və konvensiyalarda təsbit olunmaqla beynəlxalq səviyyədə də müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İkinci hissədə isə qeyd olunur ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəf və ləyaqəti ən yüksək qanunumuz olan - Konstitusiya ilə qorunmaqdadır. X6 “İnstagram” səhifəsində onunla bağlı yaydığı böhtanlar və təhqirlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 böhtan və 148 və 148-1-ci maddələrinin müddəalarına tam uyğundurlar ki, o qeyd olunanları məhkəmənin diqqətinə çatdırmaqla X6 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. (X6 işlətdiyi İnstagram profili - i.r777u.a) yazdığı comment – “Cuwka”, (X6 işlətdiyi İnstagram profili - agala030) yazdığı comment – “Er arvad ogurru maweyniksiz camnatin evine girib mawinin evin pulun wantajla elinen almaq istiyirsiz haram coreyi Allah bogazinizda qoyacaq, inşallah Guler sene o soyuwderi Werefli erinle birlikde yedizdirecen, bir hissesin yedirtmiwem qalib yarisi”, (X6 işlətdiyi İnstagram profili - agala030) yazdığı comment – “Bilirem elin durmur qawinirsan mene dostluq atırsan at buların hamisi mehkemede subutdu, senen qurtarım, o qohumun Sedirxan var ee buzovnadan sonra onun cezasin verdirecem, wikayyet edib, sen buynuzlu banniyan xoruzsan arvadin demiw, buyuzun qawinir problem deyil qawiyariq” (X6 işlətdiyi İnstagram profili - agala030) yazdığı comment - Guleri Sabirabatda ya burda gizletmisen Arvadin keci qiymetine satan er arvadivin heyati (X6 işlətdiyi İnstagram profili - Qwerty) yazdığı comment – “Wekilleri deyişdin? Bes kişilikdən danışırdın noldu hec kimnen qorxmurdun seni Zaxra maxra edecem az qalib gozde Guler Terbiyeli xanimin Cox terbiyeli ve seviyelisiz yazdiginiz o yazılardan gorunur ki aile terbiyesi gormusuz, az qalib mehkemede cavab veresen her attigin were Aynurun puluna mawinina Sahib sahib cixib Guler terbiyeli siqaret ceken arvdivi Aynurun hesabina mawinli etmek isteyirdin eybi yox Mehkemede baxacam senin daniwigina hele get aftavaya Aftaga dediyin sozu dizgun ifade etmeyi oyren mewq et ozuvu mehkemede biyabr etme savatsiz daniwiginla”, (X6 işlətdiyi İnstagram profili - İ.r777u.a) yazdığı comment – “söhbet kimden gedir bilmirem senol anam bomba kimidi sadece cuwkarski yazmısan, o mebellerin siyirmesine ters soxaram seni bilesən” sözləri yazılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməldə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Eyni zamanda Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci maddəsində göstərilmişdir: “CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun”.Həmçinin Xüsusi ittiham Qaydasında Şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci ii tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir”. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salanm məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Halbuki, Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının qərara aldım hissəsində olan müdəallardan da görünür ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İl və Hİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronika! proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə, yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Yuxarıda göstərilənlərə əsasən, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək Lamiyə Cəfərovanın təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlamaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-cı maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Məhkəmə hesab edir ki, X9 tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə ünvanlanmış şikayət ərizəsi cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında şikayət ərizəsinin tərtib olunmasına dair tələb olunan forma və məzmunun tələblərinə riayət olunmadan verilmiş, onun xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respublikası CPM-in qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Belə ki, hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamış, şikayətin verildiyi yer, cinayət törədildiyi yer dəqiq olaraq şikayətdə qeyd edilməmiş, həmçinin şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasını qeyd etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət ışı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən məhkəmə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X9 verilmiş tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 43, 299, 300 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar