Məhkəmə qərarları › İş №1(5-99)-15/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(5-99)-15/2026

13.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-99)-15/2026 13.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1993-cü il tarixdə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, Lənkəran rayonunun Şağlaküçə kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 fevral 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 03 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 avqust 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2000-ci il tarixdə Ağsu rayonunun Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Ağsu şəhəri 3-cü məhəllədə qeydiyyatda olan, Ağsu şəhəri S.Abbasov küçəsi, ev 2-də yaşayan, 02 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 avqust 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, 28 iyul 2025-ci il tarixdə saat 13:30 radələrində tanışı Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4169 7388 6899 0320 nömrəli kartı bloka düşdüyü üçün birlikdə ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin Neftçilər filialına gedib təhlükəsizlik kodunu dəyişdirdikdən sonra kartın kodunu yoxlamaq üçün Zərərçəkmiş şəxs1 kartı alıb Neftçilər filialında bankomata daxil edərkən sonuncu kartın kodunu qeyd edən zaman görüb yaddasında saxlamaqla həmin kartın hesabında olan pul vəsaitini gizli olaraq talamaq məqsədilə özündə olan digər "xxxx" ASC-yə aid kartla Zərərçəkmiş şəxs1 məxsus kartı gizli şəkildə dəyişdirərək 28 iyul 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 89 nömrəli ünvanda yerləşən “Tam store” marketin qarşısında olan bankomata Zərərçəkmiş şəxs1 məxsus həmin kartı daxil edərək hesabda olan 200 manat, 250 manat və 15 manat pul vəsaitini nağdlaşdıraraq elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 465 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 31 iyul 2025-ci il tarixdə saat 23:38 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi köşkün bağlı olmasından istifadə edib aralarında olan vəzifə bölgüsünə əsasən kənar şəxsin gəlməsi barədə məlumat vermək üçün qrup üzvü Təqsirləndirilən şəxs2 köşkdən kənarda dayanmış, o isə üzərində olan metal linglə köşkün giriş qapısının üzərində olan xarici qıfılı sındırdıqdan sonra həmin vaxt Təqsirləndirilən şəxs2 kənar şəxsin gəldiyini bildirdiyi üçün oradan uzaqlaşmış, niyyətlərinə nail olmaq üçün 01 avqust 2025-ci il tarixə kecən gecə saat 00:16 radələrində yenidən həmin yerə qayıdaraq eyni qaydada Təqsirləndirilən şəxs2 köşkdən kənarda dayanmış, o isə həmin köşkün plastikdən olan giriş qapısını ayaq zərbəsi ilə vurub açaraq saxlanc yeri hesab olunan köşkə qanunsuz daxil olmaqla orada olan masanın siyirməsindən 900 manat nağd pulu, həmin masanın altından 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X4” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X7” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X9” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “Sobranie Black” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “X5” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “Winchester Amber” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “X1” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “Winchester Blue” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd “Kent 1” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 41 manat təşkil edən 10 ədəd “Kent 4 Blue” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd “Kent Feel” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 50 qəpik olmaqla ümumilikdə 105 manat təşkil edən 30 ədəd “West Red” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 73 qəpik olmaqla ümumilikdə 81 manat 90 qəpik təşkil edən 30 ədəd “West Silver” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 95 qəpik olmaqla ümumilikdə 79 manat təşkil edən 20 ədəd “Winston X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 95 qəpik olmaqla ümumilikdə 79 manat təşkil edən 20 ədəd “Winston X ES Silver” markalı siqaret qutusunu, 1 ədədi 4 manat olmaqla ümumilikdə 80 manat təşkil edən 20 ədəd “X8” markalı siqaret qutusunu, 1 ədədi 3 manat olmaqla ümumilikdə 30 manat təşkil edən 10 ədəd “Winston X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd nazik “Vant X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd qalın “Vant X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd qalın “Keno Orangel” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd qalın “X14” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd qalın “X12” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd qalın “X10” markalı siqaret qutusunu, 1 ədədi 5 manat olmaqla ümumilikdə 50 manat təşkil edən 10 ədəd qalın “Marlboro” markalı siqaret qutusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2550 manat 30 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 31 iyul 2025-ci il tarixdə saat 23:38 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi köşkün bağlı olmasından istifadə edib aralarında olan vəzifə bölgüsünə əsasən kənar şəxsin gəlməsi barədə məlumat vermək üçün o, köşkdən kənarda dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə üzərində olan metal linglə köşkün giriş qapısının üzərində olan xarici qıfılı sındırdıqdan sonra həmin vaxt o, kənar şəxsin gəldiyini bildirdiyi üçün Təqsirləndirilən şəxs1 oradan uzaqlaşmış, niyyətlərinə nail olmaq üçün 01 avqust 2025-ci il tarixə kecən gecə saat 00:16 radələrində yenidən həmin yerə qayıdaraq eyni qaydada o, köşkdən kənarda dayanmış, Təqsirləndirilən şəxs1 isə həmin köşkün plastikdən olan giriş qapısını ayaq zərbəsi ilə vurub açaraq saxlanc yeri hesab olunan köşkə qanunsuz daxil olmaqla orada olan masanın siyirməsindən 900 manat nağd pulu, həmin masanın altından 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X4” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X7” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X9” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “Sobranie Black” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “X5” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “Winchester Amber” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “X1” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “Winchester Blue” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd “Kent 1” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 41 manat təşkil edən 10 ədəd “Kent 4 Blue” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd “Kent Feel” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 50 qəpik olmaqla ümumilikdə 105 manat təşkil edən 30 ədəd “West Red” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 73 qəpik olmaqla ümumilikdə 81 manat 90 qəpik təşkil edən 30 ədəd “West Silver” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 95 qəpik olmaqla ümumilikdə 79 manat təşkil edən 20 ədəd “Winston X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 95 qəpik olmaqla ümumilikdə 79 manat təşkil edən 20 ədəd “Winston X ES Silver” markalı siqaret qutusunu, 1 ədədi 4 manat olmaqla ümumilikdə 80 manat təşkil edən 20 ədəd “X8” markalı siqaret qutusunu, 1 ədədi 3 manat olmaqla ümumilikdə 30 manat təşkil edən 10 ədəd “Winston X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd nazik “Vant X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd qalın “Vant X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd qalın “Keno Orangel” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd qalın “X14” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd qalın “X12” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd qalın “X10” markalı siqaret qutusunu, 1 ədədi 5 manat olmaqla ümumilikdə 50 manat təşkil edən 10 ədəd qalın “Marlboro” markalı siqaret qutusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2550 manat 30 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonunun Şağlaküçə kəndində qeydiyyatdadır, 2025-ci ilin yaz aylarından Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” adlanan bazarda araba sürməklə çörək pulu qazanmışdır. Zərərçəkmiş şəxs1 də onunla “8-ci kilometr” bazarında araba sürmüşdür. Həmin ərəfədə Bakı şəhərində müvəqqəti olaraq müxtəlif ünvanlarda yerləşən gündəlik evdə qalmışdır. 28 iyul 2025-ci il tarixdə Şahin özünə məxsus "xxxx" kartının bloka düşdüyünü bildirmişdir. O, Şahinlə birlikdə "xxxx"ın Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən filialına gedərək kartı blokdan çıxarmışlar. Bu zaman o, Şahinin kartının kodunu öyrənmişdir. Bankdan çıxdıqdan sonra o, Şahindən su almasını istəmiş, Şahin kartını ona verərək gedib su almağını bildirmişdir. O, suyu aldıqdan sonra Şahinin kartını özündə saxlamış, içərisində pul olmayan öz kartını isə Şahinə vermişdir. Kartların üz qabığı eyni olduğu üçün Şahin kartın öz kartı olmadığını başa düşməmişdir. Bundan sonra o, Nizami rayonu, Qara Qarayev prospekti, 89 nömrəli ünvanında yerləşən “Tam store” mağazasının qarşısında yerləşən bankomata gedərək Şahinə məxsus 4169 7388 6899 0320 nömrəli "xxxx" kartından ayrı-ayrılıqda 200 manat, 250 manat və 15 manat, ümumilikdə 465 manat pul çıxarmışdır. Həmin günün axşam saatlarında Şahin “8ci kilometr” bazarına yanına gələrək kartının qarışdığını bildirmişdir. O, Şahinə öz kartını geri qaytarmışdır. Şahin ondan kartından pul çıxardığını soruşduqda ona kartından pul çıxarmadığını demişdir. Lakin həmin hərəkətə görə peşman olmuşdur. Pulun hamısını öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 də “8-ci kilometr” bazarında arabaçı işlədiyi üçün 2025-ci ilin iyun ayından tanış olmuşdur. 31 iyul 2025-ci il tarixdə pula ehtiyac olduğundan Muradla birlikdə Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 38 ünvanında yerləşən köşkdən oğurluq etmək fikrinə düşmüşlər. Bundan sonra 01 avqust 2025-ci il tarixdə saat 02:00 radələrində Muradla aralarında razılaşmışlar ki, köşkün qapısının üzərində olan qıfılı o, sındırıb içəri daxil olaraq oğurluq edən zaman Murad bayırda dayanıb ona kömək edəcək. Əvvəlcədən planlaşdırdıqları kimi o, köşkə daxil olmuş və köşkün vitrinlərində götürdüyü müxtəlif markalı siqaretləri torbaya yığmış və masanın siyirməsində olan 290 manat pulu götürüb oradan çıxmışdır. O, bayıra çıxdıqdan sonra əlində olan torbaları Murada vermiş və birlikdə “8-ci kilometr” bazarının qabaq tərəfindən tanımadıqları yol taksisinə əyləşərək metronun “20 Yanvar” stansiyasının yaxınlığına getmişlər. Oradan da, tanımadıqları başqa taksi ilə Lənkəran rayonuna getmişlər. Onlar taksidə olan zaman torbada olan siqaretləri saydıqda 470 ədəd müxtəlif markalı siqaret qutularının olduğunu aşkar etmişlər və həmin vaxt o, köşkdən oğurladığı 290 manat puldan 140 manatını cibindən çıxararaq Murada bildirmişdir. O, Lənkəran rayonuna çatdıqdan sonra orada təsadüfən rastlaşdıqları və tanımadıqları şəxsə 470 qutu siqareti sataraq ümumilikdə 900 manat pul əldə etmişlər. Murada göstərdiyi 140 manat pul və siqareti sataraq qarşılığında əldə etdikləri 900 manat pulun cəmi olan 1040 manat pulu iki hissəyə bölərək Murada 520 manat pul vermişdir. Bundan sonra Murad onunla sağollaşaraq Bakı şəhərinə qayıtmış, o isə yaşadığı Lənkəran rayonu Şağlakücə kəndində yerləşən evə getmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulun hamısını öz ehtiyacları üçün xərcləmişdir. 03 avqust 2025-ci il tarixdə Lənkəran rayonunda olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Törətdikləri oğurluq cinayəti nəticəsində ümumilikdə 1190 manat pul əldə etmişlər, həmin puldan 520 manat Murada, 90 manat yol xərci vermiş, qalan 580 manat pul isə ona qalmışdır. Həmin pulu o, şəxsi ehtiyacına xərcləmişdir. Onları aparan taksi sürücüsünə oğurluq etdiklərini və siqaret satdıqları şəxsə siqaretin oğurluq olduğunu deməmişlər. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağsu rayonunda qeydiyyatdadır, 2025-ci ilin iyun ayından Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında arabaçı kimi işləmiş və Bakı şəhərində müvəqqəti olaraq müxtəlif ünvanlarda yerləşən gündəlik evlərdə qalmışdır. Həmin bazarda arabaçı kimi işlədiyi müddətdə bazarda Əmrah adlı başqa bir arabaçı ilə tanış olmuşdur. Borcu olduğuna və pula ehtiyacı olduğuna görə 31 iyul 2025-ci il tarixdə Əmrahla birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə bazarın yanında olan köşkü müşahidə etmişlər və 01 avqust 2025-ci il tarixdə saat 02:00 radələrində köşkün qapısının üzərində olan qıfıl olduğunu görüb oraya daxil olmaq üçün yaxınlaşmışlar. Orada olan zaman Əmrah köşkün qapısında olan qıfılı sındırıb içəri daxil olmuş, o isə bayırda dayanıb ətrafa baxmışdır ki, kimsə gəlsə Əmraha desin. Bir neçə dəqiqədən sonra Əmrah əlində bir neçə torba ilə bayıra çıxmış və o, Əmraha kömək edərək əlindəki torbaları götürmüşdür. Bundan sonra o, Əmrahla birlikdə Nizami rayonu, Qara Qarayev prospekti istiqamətində piyada getmişlər və orada tanımadıqları taksiyə minib metronun “20 Yanvar” stansiyası istiqamətinə getmişlər. Metronun “20 Yanvar” stansiyasının yaxınlığına çatdıqdan sonra digər taksiyə minib Lənkəran rayonuna, Əmrahın yaşadığı ünvana getmək qərarına gəlmişlər. Onlar ikinci taksidə olan zaman torbalara baxmışlar. O, torbaların içərisində müxtəlif markalı siqaretlər olduğunu görmüş və onları sayan zaman 470 ədəd siqaret olduğunu bilmişdir. Bundan başqa da, Əmrah cibindən oğurladığı pul çıxarmış və saydıqda 140 manat olduğunu görmüşdür. O və Əmrah Lənkəran rayonuna çatdıqdan sonra tanımadıqları şəxsə 470 ədəd siqareti 900 manata satmışlar. Əmrahın köşkdən götürdüyü 140 manat pul ilə birlikdə 1040 manat pulu olmuş və pulu yarı böldükdən sonra ona 520 manat pul çatmışdır. O, pulu götürdükdən sonra dərhal taksi ilə Bakı şəhərinə qayıtmış, Əmrah isə Lənkəran rayonunda qalmışdır. Ona çatan 520 manat pulun 350 manatını borclu olduğu şəxsə vermiş, qalan 170 manatı şəxsi ehtiyaclarıma xərcləmişdir. Törətdikləri bu oğurluq cinayətindən başqa cinayət etməmiş, onları aparan taski sürücüsünə oğurluq etdiklərini və siqaret satdıqları şəxsə siqaretin oğurluq olduğunu deməmişlər. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2025-ci ilin may ayından ünvan 6 ünvanında yerləşən “8-ci kilometr” adlanan bazarda arabaçı işləmişdir. 28 iyul 2025-ci il tarixdə saat 13:30 radələrində "xxxx" tərəfindən ona verilmiş 4169 7388 6899 0320 nömrəli kartının kodunu səhv yığdığı üçün kart blok olmuşdur. Bu zaman onunla birlikdə arabaçı işləyən və münasibəti olan Təqsirləndirilən şəxs1 kartının bloklandığını və banka gedəcəyini söylədikdə Əmrah da onunla birlikdə getmək istəmişdir. Bundan sonra onlar birlikdə Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 44 ünvanında yerləşən "xxxx"ın Neftçilər filialına getmişlər. Kartın bloku bank əməkdaşı tərəfindən açıldıqdan sonra yeni pin kod təyin edilən zaman Əmrah yanında dayandığı üçün kodu görmüşdür. Kart blokdan açıldıqdan sonra Əmrah kartı yoxlamaq üçün bankomatda yoxlamağı təklif etmiş və öz razılığı ilə Əmrah onun kartından bankomatda 10 manat pul nağlaşdıraraq 10 manat pulu ona vermişdir. Bundan sonra kartında 467 manat pul qalmışdır. Onlar birlikdə piyada gedən zaman Əmrah ona demişdir ki, gedib mağazadan su alsınlar. O, mağazadan su aldıqdan sonra orada olan ödəmə terminalı işləmədiyi üçün suyun pulunu nağd ödəmiş və onlar birlikdə işlədikləri bazara qayıtmışlar. Bazarda olan zaman cibindən Kapital bank tərəfindən verilmiş 4169 7388 6899 0320 nömrəli kartı çıxarıb baxan zaman başqa kart olduğunu görmüş və dərhal yaxınlıqda olan bankomata yaxınlaşıb yoxlayan zaman pin kodun da yanlış olduğunu görmüşdür. Bundan sonra Əmrahın ona məxsus kartı götürməsindən şübhələnmiş və sonradan yadına düşmüşdür ki, bankomatda kartı yoxlamaq üçün Əmraha verdikdən sonra Əmrah özündə olan başqa bir kartı ona vermiş, ona məxsus kartı isə özündə saxlamışdır. O, bazarda Əmrahı axtarıb tapmış və bu barədə ondan soruşduqda Əmrah ona məxsus kartı götürmədiyini bildirmişdir. O, Əmraha təklif etmişdir ki, birlikdə bankomata getsinlər və onda olan bank kartını yoxlasınlar, lakin Əmrah onunla getməkdən imtina etmiş və uzaqlaşıb getmişdir. Təxminən bir saat sonra bazarda olan kafelərdən birində oturan zaman Əmrah həmin kafeyə gəlmişdir. Əmrah kafedə olan masalardan birinin üzərində ona məxsus kartı qoyaraq ona demişdir ki, kartı guya orada qalmışdır. O, kartı götürüb yenidən bankomata yaxınlaşmış və kartda bir manat qalıq qaldığını görmüşdür. Bundan sonra Əmrah tərəfindən kartından 465 manat pulun oğurlandığını bilmiş və bu barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş məlum hadisə nəticəsində ona ümumilikdə 465 manat maddi ziyan dəymişdir. Hazırda da həmin ziyan ödənilməmişdir və Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, lal və kar olduğuna görə danışmaq və eşitmək qabiliyyəti yoxdur. 2024-cü ilin axırlarından Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 38 ünvanında yerləşən köşkü şihafi razılaşma əsasında icarə işlədir. Köşkdə özünə məxsus müxtəlif markalı siqaretlərin, suların, şirniyyatların və alışqanların satışını həyata keçirir. O, öz vəsaiti hesabına qeyd olunanları nisbətən ucuz qiymətə nağd alır və köşkdən satış qiymətinə sataraq çörək pulu qazanır. 31 iyul 2025-ci il tarixdə saat 20 radələrində iş vaxtı bitdiyinə görə köşkün qapısının klidini bağlayıb getmişdir. Növbəti gün, 01 avqust 2025-ci il tarixdə saat 07 radələrində köşkə gələn zaman köşkün qapısının kilidin sındırıldığını, qapısının açıq vəziyyətdə olduğunu, içəri daxil olan zaman isə masanın siyirtməsindən 900 manat pulun və həmin masanın alt hissəsində yığılmış 1 qutusu 4,4 manat olan, 88 manat dəyərində 20 qutu X4, 1 qutusu 4,4 manat olan, 88 manat dəyərində 20 qutu X7, 1 qutusu 4,4 manat olan, 88 manat dəyərində 20 qutu X11, 1 qutusu 2,92 manat olan, 58,4 manat dəyərində 20 qutu X6, 1 qutusu 2,92 manat olan, 58,4 manat dəyərində 20 qutu Winchester Amber, 1 qutusu 2,92 manat olan, 58,4 manat dəyərində 20 qutu X1, 1 qutusu 4,1 manat olan, 82 manat dəyərində 20 qutu Kent 1, 1 qutusu 4,1 manat olan, 41 manat dəyərində 10 qutu X16 (qalın kent 4), 1 qutusu 4,1 manat olan, 82 manat dəyərində 20 qutu Kent Feel (mentol), 1 qutusu 2,73 manat olan, 81,9 manat dəyərində 30 qutu West Silver, 1 qutusu 3,95 manat olan, 79 manat dəyərində 20 qutu Winston Xstyle, 1 qutusu 2,6 manat olan, 52 manat dəyərində 20 qutu Keno Orange, 1 qutusu 2,6 manat olan, 52 manat dəyərində 20 qutu Want Castel (nazik), 1 qutusu 2,6 manat olan, 52 manat dəyərində 20 qutu Want Castel (qalın), 1 qutusu 4,4 manat olan, 88 manat dəyərində 20 qutu Sobranie Blacks, 1 qutusu 2,92 manat olan, 58,4 manat dəyərində 20 qutu Winchester Blue, 1 qutusu 4,1 manat olan, 82 manat dəyərində 20 qutu X13, 1 qutusu 3,95 manat olan, 79 manat dəyərində 20 qutu Winston XS Silver, 1 qutusu 2,92 manat olan, 58,4 manat dəyərində 20 qutu X12, 1 qutusu 2,92 manat olan, 58,4 manat dəyərində 20 qutu X10, 1 qutusu 5 manat olan, 50 manat dəyərində 10 qutu Marlboro Red (xarici), 1 qutusu 4 manat olan, 80 manat dəyərində 20 qutu X8 (xarici), 1 qutusu 3,5 manat olan, 105 manat dəyərində 30 qutu West Red (xarici), 1 qutusu 3 manat olan, 30 manat dəyərində 10 qutu Winston XStyle (xarici) markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Bundan sonra yanında olan tanımadığı şəxsə hadisə barədə DİN-in 102 zəng xidmətinə müraciət etməyini xahiş etmişdir. Həmin oğurluq zamanı köşkdən 1650,3 manat siqaret qutusu və 900 manat nağd pul oğurlanaraq ona ümumilikdə 2550,3 manat maddi ziyan dəymişdir. Ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslərdən şikayətçidir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid iştirakının təmin edilməsi mümkün olmamış, bununla əlaqədar onun ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Şiləvar kəndində ailəsi ilə birlikdə yaşayır, kənddə qəssablıq fəaliyyəti ilə məşğul olur. 01 avqust 2025-ci il tarixdə səhər saat 08:00 radələrində Şiləvar kəndində piyada gəzərkən, əvvəllər tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq Bakı şəhərində siqaret köşkü işlətdiklərini və müflis olduqlarına görə dəyər-dəyməzə siqaretləri satmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərdən siqaretin oğurluq olub-olmamasını soruşmuş, onlar müflis olduqları üçün siqaretləri dəyər-dəyməz qiymətə satmaq istədiklərini demişlər. O, siqaretləri nə üçün Bakı şəhərində satmadıqlarını bildirdikdə, həmin şəxslərdən boyu hündür olan özü Lənkəran rayonundan olduğunu və Lənkəran rayonuna şəriki ilə birlikdə gəldiyinə görə siqaretləri məcbur özləri ilə gətirdiklərini demişdir. O, həmin şəxslərdə olan müxtəlif markalı siqaretləri saymış və 470 qutu siqaret olduğunu görmüşdür. Aralarında olan razılaşmaya əsasən o, həmin şəxslərə 900 manat pul ödəmişdir. Sonra ona məlum olmuşdur ki, tanımadığı şəxslər ona satdıqları siqaretləri Bakı şəhərində dəqiq bilmədiyi ünvanda yerləşən köşkdən oğurlamışlar. O, həmin şəxsləri birinci dəfə görmüşdür, həmin şəxslər müflis olduqlarına görə dəyər-dəyməzə siqaretləri satmaq istədiklərini bildirmişlər, o, siqaretin qiyməti uyğun olduğuna görə 900 manata almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 25 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nöməli cinayət işi başlanmışdır. (i.v. 22) - 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi birləşdirilmiş və ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 18-19) - 02 avqust 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 10-11) - 01 avqust 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2, tərcüməçinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 37-41) - 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən ********* nömrəli cinayət işi üzrə təqdim olunmuş bir ədəd DVD diskə Bakı şəhəri Nizami rayon polis idarəsinin inzibat otağında şübhəli şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zaman müəyyən olunmuşdur ki, monitorun yuxarı sol küncündə xx-xx-2025 23-38-05 tarix və saat görünür. Monitorda olan video görüntüdə gecə vaxtı köşkün çöl tərəfi görünür və köşkün qarşısında yanan elektrik lanpası ərtafı işıqlandırır. Sol tərəfdən bir nəfər orta yaşlı kişi cinsli, qara ayaqqabı, qara şalvar, qara gödəkcə və tünd boz rəngli papaq geyinmiş şəxs asta yerişlə gəlib köşkün qarşısında dayanır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, video görüntüdə olan şəxs özüdür, tanışı Təqsirləndirilən şəxs2 isə kənarda dayanıbdır ki, kənar şəxs gəlsə xəbər etsin. Təqsirləndirilən şəxs1 gödəkcəsinin içərisindən bir metr uzunluğunda metal ling çıxarır, köşkün plastik giriş qapısının üzərində olan qıfılın arasına salıb qıfılı yerindən çıxarmağa çalışır və lingi aşağı doğru sıxır. Video görüntünün 01:09 dəqiqəsində, Təqsirləndirilən şəxs1 əlində olan linglə giriş qapının üzərində olan qıfılı yerindən çıxarır. Təqsirləndirilən şəxs1 sağa və sola baxır. Təqsirləndirilən şəxs1 əlində olan lingi əyilib giriş qapının qarşısına qoyur, Təqsirləndirilən şəxs1 köşkün giriş qapısını sağ çiyini ilə vurub açmağa çalışır ancaq qapı açılmır. Təqsirləndirilən şəxs1 sol tərəfə asta yerişlə gedir. Həmin vaxtı sol tərəfdən bir nəfər kiş cinsli şəxs araba ilə köşkün qarşısında keçib gedir və video görüntü 02:23 dəqiq davam edir. Diskdəki ikinci video görüntüyə baxış keçirilən zaman müəyyən olur ki, monitorun yuxarı sol Küncündə xx-xx-2025 00-14-24 tarix və saat görünür. Monitorda olan video görüntüdə gecə vaxtı köşkün çöl tərəfi görünür və köşkün qarşısında yanan elektrik lanpası ərtafı işıqlandırır. Sol tərəfdən bir nəfər orta yaşlı kişi cinsli, qara ayaqqabı, qara şalvar, qara gödəkcə və tünd boz rəngli papaq geyinmiş şəxs asta yerişlə gəlib köşkün qarşısında dayanır və qaçaraq köşkün plastik qapısına sağ ayağı ilə təpik vurub qapını açır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, video görüntüdə olan şəxs özüdür, tanışı Təqsirləndirilən şəxs2 isə kənarda dayanıbdır ki, kənar şəxs gəlsə xəbər etsin. Təqsirləndirilən şəxs1 köşkün qapısını bağlamağa çalışsada qapı açılır və Təqsirləndirilən şəxs1 sol tərəfə iti addımlarla çıxıb gedir və video görüntü 00:16 saniyə davam edir. Diskdəki üçüncü video görüntüyə baxış keçirilən zaman müəyyən olur ki, monitorun yuxarı sol küncündə xx-xx-2025 00-16-50 tarix və saat görünür. Monitorda olan video görüntüdə gecə vaxtı köşken çöl tərəfi görünür və köşkün qarşısında yanan elektrik lanpası ərtafı işıqlandırır. Sol tərəfdən bir nəfər orta yaşlı kişi cinsli, qara ayaqqabı, qara şalvar, qara gödəkcə və tünd boz rəngli papaq geyinmiş şəxs asta yerişlə gəlib köşkün giriş qapısının qarşısında olan metal lingi götürüb açıq olan plastik qapıdan köşkə daxil olur və qapını örtür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, video görüntüdə olan şəxs özüdür, tanışı Təqsirləndirilən şəxs2 isə kənarda dayanıbdır ki, kənar şəxs gəlsə xəbər etsin. Video görüntünün 00:19 saniyəsində Təqsirləndirilən şəxs1 köşkün qapısını açıb qapıdan sol tərəfə əli ilə kiməsə işarə edir. Təqsirləndirilən şəxs2 bildirdi ki, tanışı Təqsirləndirilən şəxs1 ona işarə edib, sağ tərəfdə adam olub-olmamasını soruşu, mən ona işarə edib deyirəm ki, heç kim yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs1 bir ədəd göy rəngli sellofan torabnı köşkün qarşısına qoyub, birini isə əlində saxlayıb köşkün qapısının qarşısına çıxır. Video görüntünün 00:28 saniyəsində bir nəfər cavan kişi cinsli, qara ayaqqabı, boz şalvar, qəhvəyi qolu qısa köynək geyinmiş şəxs köşkün qarşısında keçib gedir və video görüntüdən çıxır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, video görüntüdə olan tanışı Təqsirləndirilən şəxs2dir. Video görüntünün 00:41 saniyəsində Təqsirləndirilən şəxs2 köşkün qapısının qarşısına gəlir, Təqsirləndirilən şəxs1 əlində olan bir ədəd göy rəngli sellofan torabnı və qapının qarşısında olan göy rəngli sellofan torbanı götürür, Təqsirləndirilən şəxs1 köşkün qapısını örtür və hər ikisi birlikdə sol tərəfə gedirlər və video görüntü 00:50 rəqiq saniyə davam edir. Diskdəki dördüncü video görüntüyə baxış keçirilən zaman müəyyən olur ki, üçüncü video görüntüdə olan video görüntü ilə eynidir. (i.v. 106) - 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Kazımov X3 Əliyev və Təqsirləndirilən şəxs2 ona satdığı: X4-10 qutu, X7-20 qutu, X6-20 qutu, X11-20 qutu, Winchester Amber-20 qutu, Kent1-20 qutu, X1-20 qutu, Kent4 Navy Blue-10 qutu, Kent Feel-10 qutu, West Silver-20 qutu, Winston Xstyle-19 qutu, Keno Orange-20 qutu, Want Castel-20 qutu, Want Castel-20 qutu, Sobranie Blacks-10 qutu, Winchester Blue-20 qutu, X13-10 qutu, Winston XS Silver-20 qutu, X12-10 qutu, X10-10 qutu, Marlboro Red-5 qutu, X8-7 qutu, West Red-26 qutu, Winston Xstyle-2 qutu olmaqla ümumilikdə 369 ədəd siqaret qutusu istinaq orqanına təqdim etdiyi üçün götürülmüş, qeyd olunan siqaret qutuları cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. (i.v. 158) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin Daktiloskopik ekspertizasının 14 noyabr 2025-ci il tarixli, 3-13-11/2-13114/2025 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl əksləri müqayisəli tədqiqat üçün yararlıdır. 01 avqust 2025-ci il tarixdə ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 işlədiyi köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 4 ədəd əlbarmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 2 ədədinin xx xxxxx 1993-cü il tarixdə Lənkəran şəhərndə anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 2 ədəd əl-barmaq və 1 ədəd ovuz izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl əksləri ilə eynilik təşkil etməmişdir. (i.v. 241-249) - 08 dekabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətmələri, özlərinin etirafı ilə yanaşı şahid və zərərçəkmiş şəxsin ifadəsi, ünvan 8 ünvanda yerləşən köşkün qapısının klidinin sındırılıb köşkdən pul və siqaretin oğurlanması zaman müşahidə kamerasının video görüntüsü olan bir ədəd DVD disk, maddi sübutun götürülmə protokolu, "xxxx"ın çıxarışı, məhkəmədaktiloskopik ekspertizasının rəyi, eyni zamanda digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə tam sübuta yetirildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, Şahid hərəkətində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin, Təqsirləndirilən şəxs1 hərəkətində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 255-265) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarına əsasən qeyd olunan maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir: oğurluğun elektron məlumat daşıyıcılarından istifadə edilməklə törədilməsi; oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi. Bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Bununla da, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 02 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 64-65) - 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal azad edilmişdir. (i.v. 142-147) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 04 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 150-151) - 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 94-95) - 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 29 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 03 avqust 2025-ci il tarixdən hesablanmışdır. (i.v. 148-148) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 162) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 avqust 2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 fevral 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 169-171, 219-237) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda, az ağır cinayətə görə məhkum olunmuş Təqsirləndirilən şəxs1 27 fevral 2025-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra iki il keçmədən, 31 iyul 2025-ci il tarixdə hazırkı cinayət əməlini törətdiyindən onun məhkumluğu ödənilməmişdir, ona görə məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 03 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış içərisində videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; müvafiq siqaret qutularının məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas verəcək ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən məhkəmə hesab edir ki, vəkillərin təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsini həyata keçirməyə sərf etdikləri müddət (iş saatları) üçün əmək haqqıları dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 02 avqust 2025-ci il tarixdən 04 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin və onun həbsin icrası yerinə çatdırılması Penitensiar Xidmətin Konvoy taboruna həvalə edilsin. Məhkəməyədək icraat zamanı maddi sübut qismində tanınmış içərisində müşahidə kamerasının video görüntüsü olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, X4-10 qutu, X7-20 qutu, X6-20 qutu, X11-20 qutu, Winchester Amber-20 qutu, Kent1-20 qutu, X1-20 qutu, Kent4 Navy Blue-10 qutu, Kent Feel-10 qutu, West Silver-20 qutu, Winston Xstyle-19 qutu, Keno Orange-20 qutu, Want Castel-20 qutu, Want Castel-20 qutu, Sobranie Blacks-10 qutu, Winchester Blue-20 qutu, X13-10 qutu, Winston XS Silver-20 qutu, X12-10 qutu, X10-10 qutu, Marlboro Red-5 qutu, X8-7 qutu, West Red-26 qutu, Winston Xstyle-2 qutu olmaqla ümumilikdə 369 ədəd siqaret qutusunun məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 220 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxslərə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar