Məhkəmə qərarları › İş №1(5-99)-27/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(5-99)-27/2026

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-99)-27/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2, onun nümayəndəsi – Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili – Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X7 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : Xüsusi ittihamçı X5, X4 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən şikayətin baxılmasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, şikayət onunla əsaslanıdırılır ki, X6 uzun illər, 1986-2007-ci illərdə hakim, 2008-ci ildən isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Verdiktum" vəkil bürosunun vəkilidir. X4 müraciəti əsasında ilk dəfə onunla xx.xx.2024-cü il tarixdə müqavilə bağlamış və Kərimov Xalid hüquqlarının müdafiəsini ona həvalə etmişdir. Xalid Kərimovla 28 dekabr 2024-cü il tarixdə Xətai rayon prokurorluğuna və 27 may 2025-ci ildə Bakı Ağır cinayətlər məhkəməsində hüquqlarının müdafiəsi üçün onunla müqavilə bağlamışdır. Onunla müqavilə bağlandıqdan sonra o, X4 təqdim etdiyi sübutlar, video görüntülər, şəkillər, mesajlar və.s. əsasında şikayət ərizəsi tərtib etmişdir. Həmin şikayət ərizələri X11 tərəfindən şəxsən imzalanmışdır. X.Kərimov Suraxanı RPİ-nin İŞ-də verdiyi ilkin izahatı da onun iştirakı olmadan vermişdir. Təqdim etdikləri sübutlar əsasında araşdırma aparılmış və nəticədə X3 barəsində təqdim olunmuş sübutlar əsasında cinayət işi başlanmış və Suraxanı rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hal-hazırda onun Azərbaycan Respublikası CM-nin 182.3.2 və 221.3-cü maddələri ilə ittiham olunmasına dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun icraatındadır. Bir müddət sonra X11 fikrini dəyişdiyini bildirmiş, vurulmuş ziyanın ödənildiyini və X1 həbsdən çıxarılmasını tələb etməyə başlamışdır. O, ona dəfələrlə işin məhkəmədə olduğunu, prosesin davam etdiyini və təqsirləndirilən şəxsin vəkilinin ev dustaqlığına buraxılması barədə məhkəmədə vəsatət qaldırılmalı olduğunu, onun təqsirləndirilən şəxs X1 hüquqlarını müdafiə etmək səlahiyyəyimin olmamasını bildirsə də o, bunu onun etməli olduğumu israrla bildirmişdir. Bundan sonra ona SMS yazaraq Aybəniz Xəlilovaya 3-4 məhkəmə prosesinə buraxdıracağına dair vədlər verdiyini, nəticədə isə həbsdə olduğu müddətlə cəzanın yekunlaşacağını bildirmişdir. Ona dəfələrlə bu işin onluq olmadığını, ancaq məhkəmənin səlahiyyətində olduğunu bildirmişdir. Onun tərəfindən ona bu məsələdə ona köməklik etmədiyi təqdirdə ona hədə qorxu gələrək sosial şəbəkələrdə biyabır edəcəyini, barəsində müxtəlif dövlət təşkilatlarına şikayətlə müraciət edəcəyini bildirmişdir. Bundan sonra o, dediyi kimi şikayətlər etməyə başlamış, eyni zamanda “Tik-Tok” sosial şəbəkəsində onun barəsində həqiqətə uyğun olmayan, şərəf ləyaqətinə ləkə gətirən mövzularda çıxış etməyə başlamışdır. Tərəfindən buna son qoyulmasını dəfələrlə bildirsə də, o öz tərəfindən bütün damşdıqların ictimailəşdirib, adınaa və digər şəxslərin adına saxta profil yaratmış - həmin saxta profillərin adını “senarist Nüşabə Ağayeva”, "rejissor Nizami Məhərrəmov” kimi qeyd etmişdir. Bir müddət keçdikdən sonra, yəni xx.xx.2026-cı il tarixdə yenidən adıına, yəni “Nüşabe Ağayeva” “linkname@rusvetleyazilantarix” adında yeni profil yaradaraq öz çirkin hərəkətlərindən əl çəkməyəcəyini bir daha sübut eləmişdir. Həmin profillərdə onun tərəfindən o, (dələduz, rüşvətxor, riişvətxorluqda vasitəçi, hüquq əxlaqsızı, “namidəyər makler dələduz”, moşennik, qeyrətsiz, korrupsioner, vətən xaini,şərəfsiz, gic....x) kimi sözlərlə ağır cinayətlərdə ittiham etmişdir. Övladları barəsində rüsvayedici məlumatların sayacağını bildirmişdir. Bu hərəkətlərini mütamadi olaraq davam etdirir. Nəticədə onun vəkillik fəaliyyətinə xitam verilməyənə qədər ondan əl çəkməyəcəyini, müxtəlifnövlü şikayətlərin edəcəyini bildirmişdir. Onun Azərbaycan Respublikasının Prezidentinə, Vitse Prezidentə, Administasiyaya eyni məzmunlu məktublarla müraciət edərək, onun dələduz, rüşvətxor, rüşvətxorluqda vasitəçi, hüquq əxlaqsızı, makler, qeyrətsiz, korrupsioner, vətən xaini, “şərəfsiz” gic.......x” olduğumu bildirmişdir. Kərimov Xalidin yazdığı şikayət ərizələri əsasında Suraxanı rayon prokurorluğunda və Baş Prokurorluğun xidməti araşdırmaları İdarəsində müxtəlif növlü araşdırmalar aparılmış, Suraxanı rayon prokurorluğunun 8 oktyabr 2025-ci il tarixli və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin 23 oktyabr 2025-ci il tarixli qərarları ilə əməlində çinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, o, bu əməllərindən əl çəkməyərək bu günə qədər qeyri-qanuni hərəkətlərini davam etdirir, adına saxta profillər açır, onun profillərinin vasitəsi ilə onun işlədiyi təşkilatın rəhbərlərinə təzyiq və təsirlər göstərir, onu yenə də xüsusiilə ağır cinayət törədilməsində ittiham etməyə davam edir. Həmin saxta profil vasitəsi ilə paylaşılan video və bəhrlərdə onun şərəf və ləyaqətimi alçaldan, işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan məlumatlar, cəmiyyətə açıq şəkildə paylaşımlar nəticəsində ona ciddi maddi və mənəvi ziyan vurmuş, cəmiyyətdə nüfuzuma xələl gətirmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, adından açılan həmin saxta profillər hər kəsə, bütün sosial şəbəkə istifadəçilərinə açıqdır və izləyicilər tərəfindən izlənmə sayları da 1000-dən artıqdır. Onsuz da ona çətin olan bu müddətdə Xalid Kərimovun şər və böhtanları onu mənəvi iztirablara məruz qoyur. Belə ki, onun sosial şəbəkələrdə yazdığı və onu ittiham etdiyi məlumatlar onun övladlarına da çox mənfi təsir edir. Həmçinin onun bu qanunazidd hərəkətləri onun ciddi psixoloji sarsıntı keçirməyinə səbəb olmuş və hal-hazırda o, bununla əlaqədar olaraq həkim müalicəsi aliram. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” vəkil bürosunun vəkiliydir və onun bəlli ictimai etimadı var. Bu cür əsassız, həqiqətə uyğun olmayan məlumatlar onun ictimai etimadını zədələmək niyyəti güdür, karyerasını və ailəsini təhlükə altına qoyur, insanların vəkil kimi ona etimad göstərmələrinə mane olur və vəkil imicini sarsıdır, onun maddi vəziyyətinə mənfi təsir edir. Bundan başqa, o, kütləvi informasiya informasiya vasitəsində, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla ona qarşı təhqir cinayətini törətmişdir. Göründüyü kimi, X4 əməlində ona qarşı Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin əlamətləri mövcuddur. Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinin dispozisiyasında yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə yayma böhtan kimi qiymətləndirilir ki, bu hal da Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Təhqir dedikdə - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyy ətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma anlaşılır. “Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, ... mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Hüquq ədəbiyyatında “şərəf dedikdə - şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymət, “ləyaqət” dedikdə - şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymət, ’'işgüzar nüfuz” dedikdə isə fiziki şəxsin peşəkarlıq keyfiyyəti, ictimai, iqtisadi, siyasi fəaliyyəti haqqında formalaşmış müsbət ictimai rəy başa düşülür. Qanunvericiliyin tələbinə görə, şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ya ailə sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların yayılması cicidi hüquq pozuntusudur və müvafiq məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ‘'Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında'* 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında*' Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərəçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən nıənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi hər iki maddədə nəzərdə tutulmuş kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Beləliklə, Xalid Kərimov onu ağır cinayət hesab olunan küllü miqdarda dələduzluq və rüşvət cinayətlərin törədilməsində əsassız böhtan atmışdır. Bununla da, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutan cinayət əməlini törətmişdir. Eyni zamanda həmin paylaşımlarda barəsində şikayət verdiyi şəxs Xalid Kərimov onu açıqca təhqir edərək “hüquq əxlaqsızı, qeyrətsiz, makler vəkil, işbaz vəkil, ünsür, vəkil əxlaqını pozan ünsür, rəzil, vəkil adma ləkə,gic...x və.s”. adlandırmış, söyüş məzmunlu təhqiramiz ifadələr işlətmişdir. Bununla da X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində cinayət əməlini törətmişdir. “Tik-Tok” sosial səhifəsinin Azərbaycan Respublikasında qeydiyyatda olmadığından, X4 onun barəsində təhqir və ya böhtan xarakterli məlumatları internet informasiya ehtiyatlarında, yəni “Tik- Tok” sosial səhifəsində yaydığı üçün şikayəti Xalid Kərimovun Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə vermək məcburiyyətimdə olmuşdur. Sonda xx.xx.1985-ci il tarixdə Zəngilan rayonu, Bartaz ərazi dairəsində doğulmuş, əvəllər məhkum olunmuş, qeydiyyat ünvanı: Zəngilan rayonu, Bartaz ərazi dairəsi, yaşayış ünvanı: Bakı şəhəri, Nizami rayonu, Abdullayev 22/24 məhəllə, Azərittifaqın qarajı (inzibati bina) olan X4 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını, bundan başqa, “TikTok” sosial şəbəkəsi vasitəsi ilə yayımladığı böhtan və təhqir xarakterli məlumatlarla onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyanla X11 tərəfindən 100.000 (yüz min) manat məbləğində təzminatın alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X5 və onun nümayəndəsi Müdafiəçi şikayəti müdafiə edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 faktiki olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində yaşadığını nəzərə alaraq, məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etdilər. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X12 şikayətin aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə şikayəti və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 67.4-cü maddəsinə əsasən, hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yuridiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və ya digər materiallar aiddir. CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 təhqir və böhtan xarakterli məlumatları yayımladığı “Tik-Tok” sosial şəbəkəsi xaricdə qeydiyyata alındığından hazırkı xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları kütləvi informasiya vasitəsində yaymaqda ittiham olunan X4 axırıncı yaşayış yeri üzrə birinci instansiya məhkəməsində baxılmalıdır. X11 isə Zəngilan rayonu, Bartaz ərazi dairəsi ünvanında qeydiyyatdadır. Buna görə də hazırki xüsusi ittiham qaydasında şikayətə aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Zəngilan Rayon Məhkəməsində baxılmalıdır. CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; CPM-in 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 06 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 66 manat (6x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X9 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 məhkəmə icraatı dövründə 06 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 66 (altmış altı) manat əmək haqqı müdafiəçi X9 Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçt vasitəsi ilə göndərilməsi təmin edilsin. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar