Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-100/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ukrayna Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Ukrayna Ali Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs2 borcun və rüsumun tutulmasına dair ##.##.2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə barəsində məhkəmə tapşırığı verilən şəxs1 etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş vəsatətinə əlavələri ilə birlikdə açıq məhkəmə iclasında baxmışdır. Işin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Baş Idarəsinin # ##### 2026-cı il tarixli məktubu ilə Ukrayna Ali Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs2 borcun və rüsumun tutulmasına dair ##.##.2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə barəsində məhkəmə tapşırığı verilən şəxs1 tərəfindən verilmiş vəsatət və əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
2. Iş materiallarında olan Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qiyabi qərarına əsasən iddiaçı barəsində məhkəmə tapşırığı verilən şəxs1 cavabdeh barəsində məhkəmə tapşırığı verilən şəxs2 qarşı “borc müqaviləsi üzrə borcun tutulması” barədə iddiası təmin edilərək cavabdehdən iddiaçının xeyrinə borc müqaviləsi üzrə 897 943,84 ABŞ dolları məbləğində borc və 11 350 qrivna məbləğində məhkəmə rüsumunun tutulması qərara alınmışdır.
3. Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin qiyabi qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ilə təmin edilərək sözügedən qərar ləğv edilmiş və yeni məhkəmə qərarı qəbul edilərək iddia rədd edilmişdir.
4. Ukrayna Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli yekun məhkəmə qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Kiyev Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehin əleyhinə 50 000 ABŞ dolları məbləğində borcun bir hissəsinin və 7 044,77 ABŞ dolları məbləğində illik 3 faizinin bir hissəsinin tutulması tələbindən imtinası qəbul edilərək Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 50 000 ABŞ dolları və 7 044,77 ABŞ dolları illik 3% borcun tutulması ilə bağlı ## ######## 2022-ci il tarixli qiyabi qərarı etibarsız hesab edilərək bu iş üzrə icraatın bu hissədə bağlanılması, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin qiyabi qərarının digər hissələrdə dəyişdirilərək kredit müqaviləsi üzrə toplanan borcun məbləği 897 943,84 dollardan 840 899,57 ABŞ dollarına, məhkəmə rüsumunun məbləği isə 11 350 hrivnadan 10 699 hrivnaya endirilməsi, kassasiya məhkəməsində işə baxılması ilə bağlı məhkəmə xərclərinin ödənilməsi üçün cavabdehdən iddiaçının xeyrinə 21 338 hrivna məbləğində məhkəmə haqqının tutulması qərara alınmışdır.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası ilə Ukraynanın tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 54. Qərarların tanınması və icrası
1. Razılığa gələn Tərəflərdən hər biri bu Konvensiyada nəzərdə tutulan şərtlərə əsasən Razılığa gələn digər Tərəflərin ərazilərində çıxarılan aşağıdakı qərarları tanıyır və icra edir: a) mülki və ailə işləri üzrə Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin qərarları, o cümlədən belə işlər üzrə məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişləri və pul öhdəliklərinə münasibətdə notarial aktlar (bundan sonra - qərarlar); ...
2. Bu maddənin 1-ci bəndində göstərilən qərarların tanınması və icrası sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 458. Xarici məhkəmələrin qətnamələrinin tanınması və icra edilməsi 458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. 458.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 458.3. Xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.”
“Maddə 462. Xarici dövlətlərin məhkəmə və arbitrajlarının qətnamələrinin icrası və tanınması Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.”
“Maddə 464. Xarici dövlətlərin məhkəmə və arbitraj qətnamələrinin icrası və tanınması barədə ərizələrə baxan məhkəmə Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
Maddə 465. Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi 465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir: 465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə; 465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa; 465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa; 465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə; 465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə; 465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin məcburi icrası və tanınması barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır.”
“Maddə 467. Ərizəyə baxılması ... 467.4. Məhkəmə ərizə üzrə xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası və ya bundan imtina edilməsi barədə qərardad çıxarır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sənədləri araşdıraraq hesab edir ki, Ukrayna Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində icraya yönəldilməsinə dair vəsatət təmin edilməlidir.
8. Məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, həmin iş üzrə qəbul edilmiş qərar isə ## ###### 2026-cı il tarixində qanuni qüvvəyə minmişdir.
9. Bundan başqa, Ukrayna Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması və icraya yönəldilməsindən imtina üçün MPM-in yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən edilmir.
10. Digər tərəfdən cavabdeh tərəfindən təqdim olunmuş etirazda da belə hallarla bağlı mötəbər sübut təqdim edilməmişdir.
11. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ukrayna Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikasının ərazisində icraya yönəldilməsindən imtina üçün əsas(lar)ın mövcudluğu iş materialları ilə müəyyən olunmur.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 458, 462, 464, 465, 467ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Vəsatət təmin edilsin. Borclu barəsində məhkəmə tapşırığı verilən şəxs2 tələbkar barəsində məhkəmə tapşırığı verilən şəxs1 Mıkolayovıçin xeyrinə 840.899,57 ABŞ dolları borcun, 10.669 Ukrayna hrivnası məbləğində dövlət rüsumunun və 21.338 Ukrayna hrivnası məbləğində məhkəmə xərclərinin tutulması barədə Ukrayna Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı Azərbaycan Respublikası ərazisində tanınsın və məcburi icraya yönəldilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.