Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-101/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikası Osmaniye 2-ci Ailə Məhkəməsinin # ### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair ərizəçi X2 vəsatəti üzrə QƏRARDADİ Açar sözlər: xarici dövlətin məhkəmə aktının Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Türkiyə Respublikası Osmaniye 2-ci Ailə Məhkəməsinin # ### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair ərizəçi X2 tərəfindən verilmiş vəsatətə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin ## ##### 2026-cı il tarixli məktubu ilə ərizəçi X2 Türkiyə Respublikası Osmaniye 2-ci Ailə Məhkəməsinin # ### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair vəsatəti və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
2. Vəsatət onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikası Osmaniye 2-ci Ailə Məhkəməsinin # ### 2023-cü il tarixli qərarına əsasən X1 ilə X2 arısında bağlanmış nikah pozulmuşdur. Vəsatətdə nikahın pozulmasının Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasında tanınması xahiş olunmuşdur.
3. Türkiyə Respublikası Osmaniye 2-ci Ailə Məhkəməsinin # ### 2023-cü il tarixli qərarı ## #### 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
4. Məddə 462. Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.
5. Maddə 463. Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.
6. Maddə 464. Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
7. Maddə 469. Xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
8. Maddə 470.1. Əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi:
9. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, vəsatətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə vəsatət təmin edilməlidir.
10. Belə ki, yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi tanınması tələb olunan xarici dövlətin məhkəmə aktı Azərbaycan Respublikasının qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyinə, habelə təhlükəsizliyinə ziddiyyət təşkil etmirsə, onun Azərbaycan Respublikasında tanınmasına yol verilir.
11. Hazırkı halda ərizəçi X2 vəsatətlə Azərbaycan Respublikasında tanınmasını xahiş etdiyi Türkiyə Respublikası Osmaniye 2-ci Ailə Məhkəməsinin # ### 2023-cü il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyil və onun Azərbaycan Respublikasında tanınmasını istisna edən hallar mövcud deyil.
12. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, vəsatət təmin edilərək, Türkiyə Respublikası Osmaniye 2-ci Ailə Məhkəməsinin # ### 2023-cü il tarixli qərarı Azərbaycan Respublikasında tanınmalıdır.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 467- 468-ci maddələrininin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Qərara aldı: Ərizəçi X2 vəsatəti təmin edilsin. Türkiyə Respublikası Osmaniye 2-ci Ailə Məhkəməsinin # ### 2023-cü tarixli qərarı Azərbaycan Respublikasında tanınsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.