Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-102/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Belarus Respublikasının Qomel Şəhəri Sentralniy Rayon Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs1 alimentin tutulmasına dair 2024-cü il ## ### tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və icrası barədə verilmiş vəsatət üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Həsənli Azərin Mürvət qızının katibliyi ilə Belarus Respublikasının Qomel Şəhəri Sentralniy Rayon Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs1 alimentin tutulmasına dair 2024-cü il ## ### tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına və icrası barədə tələbkar barəsində məhkəmə tapşırığı verilən şəxs2 tərəfindən verilmiş vəsatətə baxaraq, Müəyyən etdi: Işin halları:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq baş idarəsinin ## ##### 2026-cı il tarixli məktubu ilə Belarus Respublikasının Qomel Şəhəri Sentralniy Rayon Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs1 alimentin tutulmasına dair 2024-cü il ## ### tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına və icrası barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 tərəfindən verilmiş vəsatət və əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
2. Iş materiallarında olan Belarus Respublikasının Qomel şəhəri Sentralniy Rayon Məhkəməsinin 2024-cü il ## ### tarixli qətnaməsinin görünür ki, barəsində məhkəmə tapşırığı verilən şəxs2 Qennadiyevanın barəsində məhkəmə tapşırığı verilən şəxs1 qarşı yetkinlik yaşına çatmayan uşağına alimentin tutulması barədə iddia tələbləri təmin edilmiş, ## ###### 1990-cı ildə tarixdə anadan olmuş, Azərbaycan Respublikası Bakı şəhər sakini (pasport C04077993, 544JNE, ##.##.2023-cü il tarixində Azərbaycan Daxili Işlər Nazirliyi tərəfindən verilib), işsiz barəsində məhkəmə tapşırığı verilən şəxs1, ##.##.2020-ci il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan oğlu Daniilin saxlanması üçün ##.##.2022-ci il tarixdən başlayaraq hər ay, uşaq yetkinlik yaşına çatana qədər hər növdən olan qazancının və ya başqa gəlirinin 25%-i məbləğində, lakin adambaşına orta hesabla yaşayış minimumu büdcəsinin 50 faizindən az olmayaraq, Qomel şəhəri, Krestyanskaya küçəsi, ev 40, mənzil 80-də yaşayan, ##.##.1984-cü il tarixdə doğulmuş barəsində məhkəmə tapşırığı verilən şəxs2 xeyrinə aliment tutulması qət edilmişdir
3. Iş materiallarına əlavə olunmuş arayışlara əsasən müəyyən edilir ki, qətnamə ## ###### 2026-cı il tarixdə qanuni qüvvəyə minmiş, Belarus Respublikasının ərazisində icra olunmamışdır.
4. Vəsatətdə Belarus Respublikasının Qomel Şəhəri Sentralniy Rayon Məhkəməsinin 2024-cü il ## ### tarixli aliment tutulması barədə qətnaməsinin tanınması və Azərbaycan Respublikasının ərazisində icraya yönəldilməsi xahiş olunmuşdur. Vəsatətə qarşı etirazın dəlilləri və proses iştirakçılarının izahatları:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, işlə bağlı vəsatət və etirazlarını təqdim etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. 458.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. 468.1-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə, icra vərəqəsi verilir. 468.2-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir.
7. Azərbaycan Respublikası ilə Belarus Respublikasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 54-cü maddəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən razılığa gələn Tərəflərdən hər biri bu Konvensiyada nəzərdə tutulan şərtlərə əsasən Razılığa gələn digər Tərəflərin ərazilərində çıxarılan mülki və ailə işləri üzrə Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin qərarlarını, o cümlədən belə işlər üzrə məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişlərini və pul öhdəliklərinə münasibətdə notarial qərarları tanıyır və icra edir. 54-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin 1-ci bəndində göstərilən qərarların tanınması və icrası sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
8. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır. ... Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il ## ###### tarixli Qərarı).
Məhkəmənin mövqeyi:
9. Məruzəçini dinləyib, vəsatətdə qoyulan dəlilləri araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, vəsatət əsaslı olduğu üçün təmin edilməlidir.
10. Belə ki, Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qətnamə Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.
11. Məhkəmə kollegiyası, vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, barəsində məhkəmə tapşırığı verilən şəxs1 aliment tutulması barədə Belarus Respublikasının Qomel Şəhəri Sentralniy Rayon Məhkəməsinin 2024-cü il ## ### tarixli qətnaməsi Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından, vəsatət təmin edilməli və aliment tutulması barədə qətnamə Azərbaycan Respublikasında tanınmalı və icra edilməlidir.
12. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 458, 462-468ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Vəsatət təmin edilsin. Belarus Respublikasının Qomel şəhəri Sentralniy Rayon Məhkəməsinin 2024-cü il ## ### tarixli qətnaməsi aşağıdakı məzmunda Azərbaycan Respublikası ərazisində tanınsın və məcburi qaydada icra olunsun: “## ###### 1990-cı ildə tarixdə anadan olmuş, Azərbaycan Respublikası Bakı şəhər sakini (pasport C04077993, 544JNE, ##.##.2023-cü il tarixində Azərbaycan Daxili Işlər Nazirliyi tərəfindən verilib), işsiz barəsində məhkəmə tapşırığı verilən şəxs1, ##.##.2020-ci il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan oğlu Daniilin saxlanması üçün ##.##.2022-ci il tarixdən başlayaraq hər ay, uşaq yetkinlik yaşına çatana qədər hər növdən olan qazancının və ya başqa gəlirinin 25%-i məbləğində, lakin adambaşına orta hesabla yaşayış minimumu büdcəsinin 50 faizindən az olmayaraq, Qomel şəhəri, Krestyanskaya küçəsi, ev 40, mənzil 80-də yaşayan, ##.##.1984-cü il tarixdə doğulmuş barəsində məhkəmə tapşırığı verilən şəxs2 xeyrinə aliment tutulsun.” Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.