Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-103/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının OF 1. Asliye Hukuk Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair iş üzrə QƏRARDADİ Açar sözlər: xarici məhkəmələrin qərarlarının tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Türkiyə Respublikasının OF 1. Asliye Hukuk Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş ərizəyə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI:
1. Barəsində məhkəmə tapşırığı verilən şəxs ərizə ilə müraciət edərək, X1 ilə aralarında bağlanmış nikahın pozulması barədə Türkiyə Respublikasının OF 1. Asliye Hukuk Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmişdir.
2. Məruzəçini dinləyərək, ərizənin dəlillərini və əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.
3. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, tanınması xahiş olunan qərara əsasən X1 ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs arasında bağlanmış nikah pozulmuş və qərar ## ### 2025-ci il tarixdə qüvvəyə minmişdir.
4. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ərarvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.
6. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər.
7. MPM-in 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
8. Qeyd olunan qətnamənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 465-ci maddəsində qeyd edilən tanınmadan və icraya yönəlməsindən imtina edilməsi halları aşkar edilməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, Türkiyə Respublikasının OF 1. Asliye Hukuk Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün həmin qərarın tanınması barədə ərizə təmin edilməlidir.
10. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 459-473-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizə təmin edilsin. X1 ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs arasında bağlanmış nikahın pozulmasına dair Türkiyə Respublikasının OF 1. Asliye Hukuk Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.