Məhkəmə qərarları › İş №10(1-8)-108/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-108/2026

02.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-108/2026 02.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən daxil olmuş Lipetsk şəhərinin Oktyabrski Rayon Məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair verilmiş vəsatət üzrə QƏRARDADİ (Açar sözlər: xarici məhkəmələrin qərarının tanınması və məcburi icrası, Azərbaycan məhkəmələrinin müstəsna aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə Rusiya Federasiyasının Lipetsk şəhərinin Oktyabrski Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin dövlət rüsumuna aid hissəsinin Azərbaycan Respublikası ərazisində tanınması və icrası barədə Lipetsk şəhəri Oktyabrski Rayon Məhkəməsinin vəsatətin ## #### 2026-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Rusiya Federasiyasının Lipetsk şəhərinin Oktyabrski Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin dövlət rüsumuna aid hissəsinin Azərbaycan Respublikası ərazisində tanınması və icrası barədə Lipetsk şəhəri Oktyabrski Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə vəsatət verilmişdir. Vəsatətə əlavə edilmiş sənədlərdən görünür ki, Lipetsk şəhəri Oktyabrski Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə ##.##.1998-cı il təvəllüdlü Barəsində məhkəmə tapşırığı verilən şəxs ##.##.2020-cı il təvəllüdlü qızı – X1 münasibətdə valideynlik hüquqlarından məhrum olunmuş, həmçinin Barəsində məhkəmə tapşırığı verilən şəxs 3000 (üç min) rubl dövlət rüsumu tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Lipetsk şəhəri Oktyabrski Rayon Məhkəməsinin arayışına əsasən qeyd olunan qətnamə ## ####### 2025-ci il tarixdə qanuni qüvvəyə minmiş, 3000 rubl dövlət rüsumunu tutulması hissəsində icra edilməmişdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 464cü maddəsinə əsasən, xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. MPM-in 467.3-cü maddəsinə görə, ərizəyə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və icra etməkdən imtina etdikdə bu Məcəllənin 465-ci maddəsi ilə nəzərdə tutulan əsasların olub-olmamasını yoxlayır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 467.1 və 467.2-ci maddələrinə uyğun olaraq tərəflərin iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab etmişdir. Tanınması və icrası xahiş edilən qətnamədə cavabdeh Barəsində məhkəmə tapşırığı verilən şəxs övladına münasibətdə valideynlik hüquqlarından məhrum edilib. Həmçinin müəyyən edilib ki, Barəsində məhkəmə tapşırığı verilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. MPM-in 447-ci maddəsinə görə şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun. MPM-in 465.1.1-ci maddəsinə görə işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə, məhkəmənin qətnaməsinin məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyanın” (Kişinyov Konvensiyası, 2002) 59-cu maddəsinin “d” bəndinə görə bu Konvensiyanın müddəalarına əsasən və ya ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin Konvensiyada nəzərdə tutulmayan hallarda iş müstəsna hal kimi onun ədliyyə müəssisəsinə aiddirsə bu Konvensiyanın 54-cü maddəsində nəzərdə tutulan qərarların tanınmasından və icrasından imtina edilə bilər. Barəsində məhkəmə tapşırığı verilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır və qətnamə şəxsi münasibətlərlə əlaqədardır. Bu da baxılan işin MPM-in 447ci maddəsinə görə Azərbaycan Respublikasının müstəsna səlahiyyətinə aid olduğunu göstərir və qeyd edilən qətnamə MPM-in 465.1.1-ci və Kişinyov Konvensiyasının 59-cu maddələrinə əsasən Azərbaycan Respublikası ərazisində tanına və icra edilə bilməz. O da qeyd edilməlidir ki, vəsatətdə qətnamənin yalnız dövlət rüsumunun tutulması hissəsinin tanınması və məcburi icrası xahiş edilsə də, qətnamə ilə baxılan iş özü Azərbaycan Respublikasının müstəsna səlahiyyətinə aid olduğu üçün onun hissəvi (dövlət rüsumunun tutulması hissəsində) tanınması da istisna edilir. Beləliklə, məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normaları və Kişinyov Konvensiyasının tələblərini əsas götürərək hesab edir ki, Rusiya Federasiyasının Lipetsk şəhərinin Oktyabrski Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrasına dair vəsatət təmin olunmamalı və həmin qətnamənin Azərbaycan Respublikası ərazisində tanınması və icrasından imtina edilməlidir. Qeyd edilənləri və MPM-nin 464, 465 və 467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Rusiya Federasiyasının Lipetsk şəhəri Oktyabrski Rayon Məhkəməsi tərəfindən verilmiş vəsatət təmin edilməsin. Lipetsk şəhərinin Oktyabrski Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması və icrasından imtina edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar