Məhkəmə qərarları › İş №10(1-8)-110/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-110/2026

10.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-110/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının X1-Mittelland Regional Məhkəməsinin nikahın pozulması haqqında ## ####### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair iş üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətin məhkəmə qərarının tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X1-Mittelland Regional Məhkəməsinin nikahın pozulması haqqında ## ####### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində məhkəmə tapşırığı verilən şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək, X1-Mittelland Regional Məhkəməsinin nikahın pozulması haqqında ## ####### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, ərizənin dəlillərini və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Iş materiallarından müəyyən olunur ki, tanınması xahiş olunan qərara əsasən Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Ramilə Aslanova arasında bağlanmış nikah pozulmuş və qərar ## ###### 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ərarvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər. MPM-in 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, X1-Mittelland Regional Məhkəməsinin nikahın pozulması haqqında ## ####### 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün həmin qərarın tanınması barədə ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 459-473-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Vəsatət təmin edilsin. X1-Mittelland Regional Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarı Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Ramilə Aslanova arasında bağlanmış nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar