Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-111/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İraq Respublikasının Ali Məhkəmə Şurası Kərkük Apellyasiya Rəhbərliyi, X4 Məhkəməsinin ##.##.2024-cü il tarixli, ****/Ş/**** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair iş üzrə QƏRARDADİ Açar sözlər: ərizənin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İraq Respublikasının Ali Məhkəmə Şurası Kərkük Apellyasiya Rəhbərliyi, X4 Məhkəməsinin ##.##.2024-cü il tarixli, ****/Ş/**** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində məhkəmə tapşırığı verilən şəxs Ali Məhkəməyə müraciət edərək, X1 ilə aralarında bağlanmış nikahın pozulması barədə İraq Respublikasının Ali Məhkəmə Şurası Kərkük Apellyasiya Rəhbərliyi, X4 Məhkəməsinin ##.##.2024-cü il tarixli, ****/Ş/**** nömrəli qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tanınması xahiş olunan məhkəmə aktında iddiaçı kimi göstərilmiş X1 qeydiyyatda olduğu və ya faktiki yaşayış ünvanı göstərilmədiyinə, o cümlədən ərizəçi tərəfindən həmin şəxsin ünvanını təsdiq edən sənəd ərizəyə əlavə olunmadığına görə ərizə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 469-cu maddəsinə əsasən, xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. MPM-in 471-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, xarici dövlətin məhkəmə qətnaməsinin daxil olmasını bildiyi 1 ay müddətində bu qətnamənin tanınmasına etiraz barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər. Göründüyü kimi, xarici dövlət məhkəməsinin qətnaməsində iddiaçı kimi göstərilmiş şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşayış ünvanının göstərilməməsi, həmçinin ərizəçi tərəfindən həmin şəxsin ünvanını təsdiq edən sənədin əlavə olunmaması qeyd olunan normalarda göstərilmiş hərəkətlərin həyata keçirilməsini mümkünsüz edir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizə geri qaytarılmalı, ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 462-467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş ərizə geri qaytarılsın. Ona izah olunsun ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Ali Məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №10(1-8)-111/2026
Ali Məhkəmə Qərardad — İş №10(1-8)-111/2026
12.05.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver