Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-112/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının X1 Allegheny rayonu Pensilvaniya Ailə Idarəsinin Ümumi Iddia Məhkəməsinin ## ###### 2021-ci il tarixli sərəncamın Azərbaycan Respublikası ərazisində tanınmasına dair verilmiş ərizə üzrə QƏRARDADI (Açar sözlər: Ərizənin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu, (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə ibarət tərkibdə, X1 Allegheny rayonu Pensilvaniya Ailə Idarəsinin Ümumi Iddia Məhkəməsinin ## ###### 2021-ci il tarixli sərəncamın Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi Məmmədov Elxan Vəkil oğlunun ərizəsini nəzərdən keçirərək, Müəyyən etdi: Azərbaycan Respublikasının Ali Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Idarəsinin ## ##### 2026-cı il tarixli, *-**-**/*-******/**** nömrəli məktubu ilə, X1 Allegheny rayonu Pensilvaniya Ailə Idarəsinin Ümumi Iddia Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi Məmmədov Elxan Vəkil oğlunun ərizəsi daxil olmuşdur. Ərizədə Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Fərhad Abbasov arasında olan nikahlarının X1 Allegheny rayonu Pensilvaniya Ailə Idarəsinin Ümumi Iddia Məhkəməsinin ## ###### 2021-ci il tarixli sərəncamı ilə pozulması qeyd olunaraq, həmin məhkəmə qərarının Azərbaycan Respublikası ərazisində tanınması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən qanunla müəyyən olunmuş bütün sənədlər ərizəyə əlavə olunmadığına görə geri qaytarılmalıdır. Belə ki, ərizədə qərarın ##.##.2021-ci il tarixdə qanuni qüvvəyə minməsi qeyd olunsa da, iş materiallarına belə bir arayış əlavə olunmamış, qeyd olunan qərarın qanuni qüvvəyə minmə tarixini əks etdirən hər hansı məlumat vəsatətə əlavə olunmamışdır. Mülki Prosessual Məcəllənin 458.1-ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Həmin Məcəllənin 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Həmin Məcəllənin 466-cı maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə aşağıdakılar əlavə edilir: xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənəd (maddə 466.0.1); sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri (maddə 466.0.2). Həmin Məcəllənin 467.3-cü maddəsinə əsasən ərizəyə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və icra etməkdən imtina etdikdə, bu Məcəllənin 465-ci maddəsi ilə nəzərdə tutulan əsasların olub-olmamasını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərarın qanuni qüvvəyə minməsi barədə hər hansı məlumat olmadığından ərizə geri qaytarılmalı, ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi Məmmədov Elxan Vəkil oğlu na izah olunmalıdır ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 462-467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi Məmmədov Elxan Vəkil oğlu tərəfindən verilmiş ərizə geri qaytarılsın. Ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi Məmmədov Elxan Vəkil oğluna izah olunsun ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №10(1-8)-112/2026
Ali Məhkəmə Qərardad — İş №10(1-8)-112/2026
08.05.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver