Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-117/2026 18.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Türkiyə Respublikasının Çanakkale 1 Sulh Hukuk Məhkəməsinin ## ####### 2023cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair verilmiş ərizə üzrə QƏRARDADI Iş № **(1-8)-117/2026 (Açar sözlər: Ərizənin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Türkiyə Respublikasının Çanakkale 1 Sulh Hukuk Məhkəməsinin ## ####### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs ərizəsinin mümkünlüyünü yoxlayaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Ali Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Idarəsinin ## ##### 2026-cı il tarixli, *-**-**/*-******/**** nömrəli məktubu ilə, Türkiyə Respublikasının Çanakkale 1 Sulh Hukuk Məhkəməsinin ## ####### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs ərizəsi daxil olmuşdur. Ərizədə Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Mehmet Ince arasında olan miras əmlaka dair payların müəyyən edilməsi Türkiyə Respublikasının Çanakkale 1 Sulh Hukuk Məhkəməsinin ## ####### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən qanunla müəyyən olunmuş bütün sənədlər ərizəyə əlavə olunmadığına görə geri qaytarılmalıdır. Belə ki, ərizədə qərarın ##.##.2023-cü il tarixdə qanuni qüvvəyə minməsi qeyd olunsa da, iş materiallarına belə bir arayış əlavə olunmamış, qeyd olunan qərarın qanuni qüvvəyə minmə tarixini əks etdirən hər hansı məlumat vəsatətə əlavə olunmamışdır. Mülki Prosessual Məcəllənin 458.1-ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Həmin Məcəllənin 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. Həmin Məcəllənin 466.0-cı maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə aşağıdakılar əlavə edilir: 466.0.1. xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənəd; Həmin Məcəllənin 465.1.4-cü maddəsinə əsasən qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəyə Türkiyə Respublikasının Çanakkale 1 Sulh Hukuk Məhkəməsinin ## ####### 2023-cü il tarixli qərarının qanuni qüvvəyə minməsi barədə sübut əlavə edilmədiyindən ərizə geri qaytarılmalı, ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs izah olunmalıdır ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 462-467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş Türkiyə Respublikasının Çanakkale 1 Sulh Hukuk Məhkəməsinin ## ####### 2023-cü il tarixli qərarının tanınması barədə ərizə geri qaytarılsın. Ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs izah olunsun ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №10(1-8)-117/2026
Ali Məhkəmə Qərardad — İş №10(1-8)-117/2026
18.05.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver