Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-118/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikası Bakırköy 8-ci Ailə Məhkəməsinin # #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair ərizəçi X2 tərəfindən verilmiş vəsatət üzrə QƏRARDADİ Açar sözlər: vəsatətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Türkiyə Respublikası Bakırköy 8-ci Ailə Məhkəməsinin # #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair ərizəçi X2 tərəfindən verilmiş vəsatətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: 1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Idarəsinin ## ##### 2026-cı il tarixli məktubu ilə ərizəçi X2 Türkiyə Respublikası Bakırköy 8-ci Ailə Məhkəməsinin 0# #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair vəsatəti və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
2. Vəsatət onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikası Bakırköy 8-ci Ailə Məhkəməsinin 0# #### 2022-ci il tarixli qərarı ilə Hülya Kalyonçu ilə Cemil Kalyoncu arasında bağlanmış nikah pozulmuşdur və s.
3. Həmin qərar ## ######## 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
4. Hazırda ərizəçi X3 vəsatətində nikahın pozulmasının Azərbaycan Respublikasında qeydə alınması üçün Türkiyə Respublikası Bakırköy 8-ci Ailə Məhkəməsinin 0# #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasını xahiş edir.
5. Kassasiya məhkəməsi məruzəçini dinləyib, vəsatətin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara görə vəsatət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
6. Belə ki, vəsatətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Türkiyə Respublikası Bakırköy 8-ci Ailə Məhkəməsinin 0# #### 2022-ci il tarixli qərarı ilə Hülya Kalyonçu ilə Cemil Kalyoncu arasında bağlanmış nikahın pozulması və.s qət olunmasına baxmayaraq, həmin qərarın Azərbaycan Respublikasında tanınması barədə vəsatəti X3 imzalamaqla vermişdir. Lakin, vəsatətə X3 ilə X1 eyni şəxs olmasına dair hər hansı sənəd əlavə edilməmişdir.
7. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189, 190, 192-ci maddələrinin mənasına görə, hər bir şəxsin öz adını dəyişdirmək hüququ vardır, adın dəyişdirilməsi şəxsin daimi yaşayış yerində qeydə alınır və adın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşdıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamə ləğv edilir və onun əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamə verilir.
8. Vəsatətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Hülya” adının “Hökümə” adına dəyişdirilməsinə dair ərizəçi X3 tərəfindən vəsatətə hər hansı sənəd əlavə edilməmişdir. Işdəki sənədlərdən isə onların eyni şəxs olub-olmadığını müəyyən etmək mümkün deyil.
9. Ona görə də kassasiya məhkəməsi hesab edir ki, yuxarıda göstərilən nöqsanların aradan qaldırılması üçün ərizəçi X3 vəsatəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 465, 466-cı maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Qərara aldı: Ərizəçi X3 Türkiyə Respublikasının Bakırköy 8-ci Ailə Məhkəməsinin # #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması barədə vəsatəti və ona əlavə edilmiş sənədlər geri qaytalsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.