Məhkəmə qərarları › İş №10(1-8)-122/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-122/2026

18.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-122/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikası İstanbul 5-ci Ailə Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatət üzrə QƏRARDADİ Açar sözlər: Xarici dövlətin məhkəmə aktının tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Türkiyə Respublikası, İstanbul 5-ci Ailə Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Beynəlxalq Əməkdaşlıq İdarəsinin ## ##### 2026-cı il tarixli məktubu ilə ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs Türkiyə Respublikası, İstanbul 5-ci Ailə Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair vəsatəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

2. Vəsatət onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikası, İstanbul 5-ci Ailə Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Murat Efe arasında bağlanmış nikah pozulub və sair. Həmin qərar ## #### 2024-cü ildə qanuni qüvvəyə minmişdir.

3. Vəsatətdə və ona əlavə edlilmiş sənədlərdə boşanmanın Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasında tanınması xahiş olunmuşdur.

4. Kassasiya məhkəməsi məruzəçini dinləyib, vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara görə vəsatət qismən təmin edilməlidir.

5. Belə ki, Türkiyə Respublikası İstanbul 5-ci Ailə Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarına əsasən Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Murat Efe arasında bağlanmış nikah pozulmuş və həmin qərarla həmçinin digər məsələlərdə həll olunmuşdur. Həmin qərar ## #### 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

6. AR MPM-nin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

7. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

8. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

9. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən, xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

10. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

11. Yuxarıda sadalanan prosessual normaların mənasına görə tanınması tələb olunan sözügedən qərar nikahın pozulması hissəsində Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.

12. Kassasiya məhkəməsi vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Türkiyə Respublikası, İstanbul 5-ci Ailə Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından, Azərbaycan Respublikasında tanınmalıdır.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 469- 473-cü maddələrini rəhbər tutaraq, kassasiya məhkəməsi

Qərara aldı: Ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs vəsatəti qismən təmin edilsin. Türkiyə Respublikası, İstanbul 5-ci Ailə Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar