Məhkəmə qərarları › İş №10(1-8)-123/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-123/2026

18.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-123/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Erdemit Ailə Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair QƏRARDADİ (Açar sözlər: xarici dövlətin məhkəmə qərarının tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə Türkiyə Respublikasının Erdemit Ailə Məhkəməsinin ## ###### 2022-ci il tarixli nikahın pozulması barədə qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Çolban (Məmmədova) Gülnar Mirzəli qızının vəsatətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Idarəsinin ## ##### 2026-cı il tarixli, *-**-**/*-******/**** nömrəli məktubu ilə Türkiyə Respublikasının Erdemit Ailə Məhkəməsinin ## ###### 2022-ci il tarixli nikahın pozulması barədə qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Çolban (Məmmədova) Gülnar Mirzəli qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş vəsatət və əlaqədar sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

2. Vəsatətdə nikahının pozulması barədə Türkiyə Respublikasının Erdemit Ailə Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması xahiş edilmişdir.

3. Həmin qərar ilə Ibrahim Çolban və Gülnar Məmmədova arasında bağlanmış nikah pozulmuş, sözügedən qərar ## #### 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

4. Məhkəmə kollegiyası tanınması xahiş olunan qərarı nəzərdən keçirərək, vəsatətin dəlillərini araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğu üçün təmin edilməlidir.

5. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.

7. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

8. MPM-in 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

9. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır. ... Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il ## ###### tarixli Qərarı).

10. Məhkəmə kollegiyası hesab edir ki, Türkiyə Respublikasının Erdemit Ailə Məhkəməsinin ## ###### 2022-ci il tarixli nikahın pozulması barədə qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün həmin qərarın tanınması barədə vəsatət təmin edilməlidir.

11. Göstərilənlərə əsasən və MPM-in 459-473-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L İ R:

Vəsatət təmin edilsin. Türkiyə Respublikasının Erdemit Ailə Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar