Məhkəmə qərarları › İş №10(1-8)-124/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-124/2026

23.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-124/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADI Açar sözlər: xarici məhkəmələrin qətnamələrinin tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Türkiyə Respublikasının Karamürsəl 1 Asliyə Hukuk Məhkəməsinin nikahın pozulması haqqında ## #### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş ərizəyə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Baş Idarəsinin ## ##### 2026-cı il tarixli məktubu ilə, Türkiyə Respublikasının Karamürsəl 1 Asliyə Hukuk Məhkəməsinin nikahın pozulması haqqında ## #### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs ərizəsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuşdur.

2. Türkiyə Respublikasının Karamürsəl 1 Asliyə Hukuk Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Kristina Tiatenkova arasında olan nikah pozulmuşdur.

3. Qeyd olunan qətnamə ## #### 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

4. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır.

5. Azərbaycan Respublikası MPM-nin 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri habelə xarici dövlətlərin digər aktları başa düşülür.

6. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

7. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

8. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

9. MPM-in istinad edilən normalarından göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşı ilə əcnəbi arasında nikahın pozulması barədə qətnamə qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında tanınır.

10. Hazırda baxılan ərizə üzrə tanınması tələb edilən məhkəmə qətnaməsi Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmir. Qətnamə qanuni qüvvəyə minmişdir.

11. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, vəsatət təmin edilməli, sözügedən qərar Azərbaycan Respublikasında tanınmalıdır.

12. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 459, 462-465, 469-473-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI:

Ərizə təmin edilsin.

Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar