Məhkəmə qərarları › İş №10(1-8)-131/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-131/2026

03.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-131/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Inegöl 1.Ailə Məhkəməsinin nikahın pozulması haqqında # ####### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair iş üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətin məhkəmə qərarının tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Türkiyə Respublikasının Inegöl 1.Ailə Məhkəməsinin nikahın pozulması haqqında # ####### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Barəsində məhkəmə tapşırığı verilən şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək Seyfettin Çoban ilə aralarında bağlanmış nikahın pozulması barədə Türkiyə Respublikasının Inegöl 1.Ailə Məhkəməsinin nikahın pozulması haqqında # ####### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək ərizənin dəlillərini və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Iş materiallarından müəyyən olunur ki, tanınması xahiş olunan qərara əsasən Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Seyfettin Çoban arasında bağlanmış nikah pozulmuş və qərar ##.##.2025-ci il tarixində qüvvəyə minmişdir. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 459.0.2-ci maddəsinə əsasən nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ərarvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən xarici dövlətlərin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər. MPM-in 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Türkiyə Respublikasının Inegöl 1.Ailə Məhkəməsinin # ####### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün həmin qərarın tanınması barədə vəsatət təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 459-473-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Vəsatət təmin edilsin. Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Seyfettin Çoban arasında bağlanmış nikahın pozulması barədə Türkiyə Respublikasının Inegöl 1.Ailə Məhkəməsinin # ####### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınsın Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar