Məhkəmə qərarları › İş №10(1-8)-135/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-135/2026

13.05.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-135/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Izmir 12. Ailə Məhkəməsinin ##.##.2025-ci il tarixli, ****/*** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair iş üzrə QƏRARDADİ Açar sözlər: ərizənin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Türkiyə Respublikasının Izmir 12. Ailə Məhkəməsinin ##.##.2025-ci il tarixli, ****/*** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə X2 tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək, X3 ilə aralarında bağlanmış nikahın pozulması barədə Türkiyə Respublikasının Izmir 12. Ailə Məhkəməsinin ##.##.2025-ci il tarixli, ****/*** nömrəli qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizənin dəlillərini və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 458.1-ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. MPM-in 466-cı maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə aşağıdakılar əlavə edilir: xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənəd; sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri. Göründüyü kimi məhkəmə qərarının tanınması və məcburi icrasının zəruri şərtlərindən biri həmin məhkəmə aktının qanuni qüvvəyə minməsidir. Lakin, iş materiallarından görünür ki, tanınması xahiş edilən məhkəmə aktının qüvvəyə minməsi barədə sənəd, o cümlədən ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti və tanınması xahiş olunan məhkəmə aktının notarial təsdiq olunmuş surəti ərizəyə əlavə olunmamışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizə geri qaytarılmalı, ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 462-467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: X1 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Ona izah olunsun ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Ali Məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar