Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-138/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası Rusiya Federasiyasının X2 Şəhəri Promışlennıy Rayon Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs2 alimentin tutulmasına dair ##.##.2022-ci il tarixli qərarın Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair verilmiş ərizə üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1 qızının katibliyi, barəsində məhkəmə tapşırığı verilən şəxs2 iştirakı ilə, Rusiya Federasiyasının X2 Şəhəri Promışlennıy Rayon Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs2 alimentin tutulmasına dair ##.##.2022-ci il tarixli qərarın Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair tələbkar barəsində məhkəmə tapşırığı verilən şəxs1 tərəfindən verilmiş vəsatətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında ## #### 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, Işin halları:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Idarəsinin # ### 2026-cı il tarixli məktubu ilə Rusiya Federasiyasının X2 Şəhəri Promışlennıy Rayon Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs2 alimentin tutulmasına dair ##.##.2022-ci il tarixli qərarın Azərbaycan Respublikasının ərazisində tanınması və icrası barədə tələbkar barəsində məhkəmə tapşırığı verilən şəxs1 tərəfindən verilmiş vəsatət və əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
2. Vəsatətdə Rusiya Federasiyasının X2 Şəhəri Promışlennıy Rayon Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs2 alimentin tutulmasına dair ##.##.2022-ci il tarixli qərarın Azərbaycan Respublikası ərazisində tanınması və Azərbaycan Respublikasının ərazisində icrası xahiş olunmuşdur.
3. Iş materiallarına əlavə olunmuş ## ### 2021-ci il tarixli məhkəmə əmri ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 barəsində məhkəmə tapşırığı verilən şəxs1 xeyrinə yetkinlik yaşına çatmayan qızı-## ### 2011-ci il təvəllüdlü Kazakova Anjelika Aleksandrovnanın saxlanılması üçün ## ### 2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək barəsində məhkəmə tapşırığı verilən şəxs2 hər ay ondan qazancının və digər gəlirlərinin 1/6 hissəsində alimentin tutulması, həmçinin yetkinlik yaşına çatmayan qızı-## #### 2019-cu il təvəllüdlü X4 saxlanılması üçün ## ### 2021-ci ildən başlayaraq, ## ### 2029-cu il tarixinədək qazancının və digər gəlirlərinin 1/6 hissəsi miqdarında, ## ### 2029-cu il tarixdən başlayaraq onun yetkinlik yaşına çatdığı dövrədək isə hər ay qazancının və digər gəlirinin ¼ hissəsi miqdarında alimentin tutulması, həmçinin cavabdehdən dövlət rüsumu olaraq 75 rublun tutulması əmr edilmişdir.
4. Iş materiallarında olan ## ###### 2022-ci il tarixli, *-****/**** nömrəli qətnamədən görünür ki, iddiaçı barəsində məhkəmə tapşırığı verilən şəxs1 cavabdeh barəsində məhkəmə tapşırığı verilən şəxs2 qarşı alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilərək, Kazakova Anjelika Aleksandrovnanın yetkinlik yaşına çatana qədər hər ay sabit pul məbləğində 7500 rubl alimentin ## #### 2022-ci il tarixdən başlayaraq, ## ### 2029-cu il tarixədək tutulması, X4 saxlanılması üçün isə yetkinlik yaşına çatana qədər hər ay sabit pul məbləğində 7500 rubl alimentin ## #### 2022-ci il tarixdən ## #### 2037-ci tarixədək tutulması, həmçinin dövlət rüsumu olaraq cavabdehdən 150 rublun tutulması qət edilmişdir.
5. Iş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 arasında olan nikaha ## ###### 2022-ci il tarixində xitam verilmişdir.
Vəsatətə qarşı etirazın dəlilləri və proses iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak etmiş barəsində məhkəmə tapşırığı verilən şəxs2 Rusiya Federasiyasının X2 Şəhəri Promışlennıy Rayon Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs2 alimentin tutulmasına dair ##.##.2022-ci il tarixli qərarın Azərbaycan Respublikasının ərazisində tanınması və icrası barədə tələbkar barəsində məhkəmə tapşırığı verilən şəxs1 tərəfindən verilmiş vəsatətin təmin olunmasına etiraz etdi.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 462-ci maddəsinə əsasən, xarici dövlətlərin qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər.
8. MPM-in 463-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.
9. MPM-in 464-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
10. Həmin Məcəllənin 467.1-ci maddəsinə əsasən, xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası barədə ərizəyə, işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri barədə xəbər verilməklə, açıq məhkəmə iclasında baxılır.
11. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır. ... Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il ## ###### tarixli Qərarı).
Kassasiya məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası hesab edir ki, Rusiya Federasiyasının X2 Şəhəri Promışlennıy Rayon Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs2 alimentin tutulmasına dair ##.##.2022-ci il tarixli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün həmin qərarın tanınması və icrası barədə vəsatət təmin edilməlidir.
13. Belə ki, sözügedən qətnamənin tanınması və məcburi icrasını istisna edən, MPMin 465-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir.
14. Göstərilənlərə əsasən və MPM-in 459-473-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Q Ə R A R A A L İ R:
Vəsatət təmin edilsin. Rusiya Federasiyasının X2 Şəhəri Promışlennıy Rayon Məhkəməsinin barəsində məhkəmə tapşırığı verilən şəxs2 alimentin tutulmasına dair ##.##.2022-ci il tarixli qərar Azərbaycan Respublikasında tanınsın və məcburi icraya yönəldilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.