Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-141/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Oktyabrskiy Rayon Məhkəməsinin uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi haqqında 2025-ci il ## ###### tarixli *-****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına dair barəsində məhkəmə tapşırığı verilən şəxs2 Surəddin oğlunun vəkili və nümayəndəsi Nümayəndə vəsatətinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmə qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Oktyabrskiy Rayon Məhkəməsinin uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi haqqında 2025-ci il ## ###### tarixli *-****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına dair barəsində məhkəmə tapşırığı verilən şəxs2 Surəddin oğlunun vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq baş idarəsinin ## ### 2026-cı il tarixli məktubu ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 Surəddin oğlunun vəkili və nümayəndəsi Nümayəndə Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Oktyabrskiy Rayon Məhkəməsinin uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi haqqında 2025-ci il ## ###### tarixli *-****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması barədə vəsatəti və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
2. Vəsatət onunla əsaslandırılmışdır ki, 2025-ci il ## ###### tarixli *-****/**** nömrəli qətnaməsi ilə iddiası təmin edilmiş, barəsində məhkəmə tapşırığı verilən şəxs2 Surəddin oğlunun ##.##.2020-ci il təvəllüdlü X3 bioloji atası olmaması faktı müəyyən edilmiş və qərar ##.##.2026-cı il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin qərarın Azərbaycan Respublikasının ərazisində tanınması xahiş olunmuşdur.
3. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, ərizənin dəlillərini araşdırıb hesab edir ki, vəsatət əsaslı təmin edilməməlidir.
4. Belə ki, vəsatətə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Oktyabrskiy Rayon Məhkəməsinin uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi haqqında 2025-ci il ## ###### tarixli *-****/**** nömrəli qətnaməsinə əsasən, iddiaçı barəsində məhkəmə tapşırığı verilən şəxs2 Surəddin oğlunun cavabdeh barəsində məhkəmə tapşırığı verilən şəxs1 qarşı atalığın mübahisələndirilməsinə dair iddiası təmin edilmiş, ##.##.1980-ci il təvəllüdlü barəsində məhkəmə tapşırığı verilən şəxs2 Surəddin oğlunun ##.##.2020-ci il təvəllüdlü X3 atası olmadığı müəyyən edilmiş və digər məsələlər həll edilmişdir. Qeyd olunan qərar ##.##.2026-cı il tarixdə qanuni qüvvəsini almışdır.
5. Vəsatətə əlavə olunmuş Samux rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək iddiaçı barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə cavabdeh Həsənov Mü.fiq Sürəddin oğlu arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş X2 üızının və X3 nikahın pozulmasından sonra iddiaçı barəsində məhkəmə tapşırığı verilən şəxs1 yanında saxlanması müəyyən edilmiş, cavabdeh barəsində məhkəmə tapşırığı verilən şəxs2 yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir.
6. Həmin qətnamənin tərəflərə göndərilməsi barədə Samux Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli müşayiət məktubundan məlum olur ki, Ə liyeva Ayişə Şəmşir qızının yaşadığı ünvan Samux rayonunun Qarabağlar kəndidir.
7. Azərbaycan Respublikasının MPM-in 447-ci maddəsinə əsasən şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun.
8. Qeyd edilənlərdən məlum olur ki, tanınması tələb olunan xarici dövlət məhkəməsinin qətnaməsi ilə həll olunmuş məsələ Azərbaycan Respublikasının məhkəmələrinin müstəsna səlahiyyətinə aid olan məsələdir.
9. Azərbaycan Respublikasının MPM-in 465.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir: 465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə;...
10. Həmin Məcəllənin 473.1-ci maddəsinə əsasən məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsinə bu Məcəllənin 465ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda yol verilir.
11. Məhkəmə kollegiyası, vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Oktyabrskiy Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli *-****/**** nömrəli qətnaməsi ilə Azərbaycan Respublikasının məhkəmələrinin müstəsna səlahiyyətinə aid olan məsələ həll edildiyinə görə vəsatət təmin edilməməli, həmin qətnamənin Azərbaycan Respublikası ərazisində tanınması rədd edilməlidir.
12. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 459, 465, 469- 473-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Vəsatət təmin edilməsin. Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Oktyabrskiy Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli *-****/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması rədd edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.