Məhkəmə qərarları › İş №10(1-8)-142/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-142/2026

16.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-142/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Isveçrə Konfederasiyasının Aarau Rayon Ailə Məhkəməsinin nikahın pozulması haqqında ## ##### 2020-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs1 ərizəsinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmə qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Isveçrə Konfederasiyasının Aarau Rayon Məhkəməsi Ailə Məhkəməsinin nikahın pozulması haqqında ## ##### 2020-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs1 tərəfindən verilmiş ərizəyə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə ərizəçi barəsində məhkəmə tapşırığı verilən şəxs1 Isveçrə Konfederasiyasının Aarau Rayon Məhkəməsi Ailə Məhkəməsinin nikahın pozulması haqqında ## ##### 2020-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması barədə ərizəsi və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Isveçrə Konfederasiyasının Aarau Rayon Məhkəməsi Ailə Məhkəməsinin ## ##### 2020-ci il tarixli qətnaməsi ilə Christoph Rainer Schmid ilə Sabina Schmid arasında bağlanmış nikah pozulmuş və qərar ## ### 2020-ci il tarixdə qüvvəyə minmişdir. Ərizədə boşanmanın Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasının ərazisində tanınması xahiş olunmuşdur.

3. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, ərizənin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə ərizə əsaslı olduğundan təmin edilməlidir.

4. Belə ki, Isveçrə Konfederasiyasının Aarau Rayon Məhkəməsi Ailə Məhkəməsinin ## ##### 2020-ci il tarixli qətnaməsi ilə Christoph Rainer Schmid ilə Sabina Schmid arasında bağlanmış nikah pozulmuşdur. Qeyd olunan qərar qanuni qüvvəsini almışdır.

5. Azərbaycan Respublikası MPM-in 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

6. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

7. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

8. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

9. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

10. Məhkəmə kollegiyası, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Isveçrə Konfederasiyasının Aarau Rayon Məhkəməsi Ailə Məhkəməsinin ## ##### 2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından, qərar Azərbaycan Respublikasında tanınmalıdır.

11. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 462-464, 467- 468-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Vəsatət təmin edilsin. Christoph Rainer Schmid ilə Sabina Schmid arasında bağlanmış nikahın pozulması barədə Isveçrə Konfederasiyasının Aarau Rayon Məhkəməsi Ailə Məhkəməsinin ## ##### 2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikasında tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar