Məhkəmə qərarları › İş №10(1-8)-146/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-146/2026

20.07.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-146/2026 20.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Rusiya Federasiyasının Nijniy Novqorod şəhəri Sormovo rayon Məhkəməsinin birgə əldə edilmiş əmlakın bölüşdürülməsi barədə 2025-ci il ## #### tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə vəsatətinə dair iş üzrə QƏRARDADI (Açar sözlər: xarici dövlətlərin məhkəmə qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, barəsində məhkəmə tapşırığı verilən şəxs1 vəkili Vəkil iştirakı ilə, Rusiya Federasiyasının Nijni Novqorod şəhərinin Sarmovo Rayon MəhkəməsiniN * 025-ci il 11 mart tarixli *-**/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsinə dair barəsində məhkəmə tapşırığı verilən şəxs2 tərəfindən verilmiş vəsatətə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: 1. 2. 3.

4. Məhkəmə iclasında barəsində məhkəmə tapşırığı verilən şəxs1 vəkili Vəkil vəsatətin təmin edilməməsini xahiş etdi.

5. Məhkəmə kollegiyası məruzəçini dinləyib, vəsatətin dəlillərini araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir.

6. Belə ki, Rusiya Federasiyasının Nijni Novqorod şəhərinin Sarmovo Rayon MəhkəməsiniN *025-ci il 11 mart tarixli *-**/**** nömrəli qətnaməsi ilə digər məsələlərlə yanaşı, ünvan 3 ünvanında yerləşən mənzil üçün pul kompensasiyası ayrılmadan barəsində məhkəmə tapşırığı verilən şəxs1 və barəsində məhkəmə tapşırığı verilən şəxs2 hər biri üçün həmin mənzildən ½ pay üzərində mülkiyyət hüququ tanınması da qət edilmişdir.Qətnamə qanuni qüvvəyə minmişdir.

7. Azərbaycan Respublikasının MPM-in 444.0-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: 444.0.1. daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə;...

8. Qeyd edilənlərdən məlum olur ki, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzərində tərəflərin pay hüququnun tanınması ilə əlaqədar iddiaya dair iş Azərbaycan Respublikasının məhkəmələrinin müstəsna səlahiyyətinə aid olan məsələdir. Lakin buna baxmayaraq həmin məsələ xarici dövlətin məhkəmə qətnaməsi ilə həll edilmişdir.

9. Azərbaycan Respublikasının MPM-in 465.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir:

10. 465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə;...

11. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, vəsatət təmin edilməməli, Rusiya Federasiyasının Nijni Novqorod şəhərinin Sarmovo Rayon MəhkəməsiniN *025-ci il 11 mart tarixli *-**/**** nömrəli qətnaməsinin ünvan 3 ünvanında yerləşən mənzil üçün pul kompensasiyası ayrılmadan barəsində məhkəmə tapşırığı verilən şəxs1 və barəsində məhkəmə tapşırığı verilən şəxs2 hər biri üçün həmin mənzildən ½ pay üzərində mülkiyyət hüququ tanınması hissəsində Azərbaycan Respublikası ərazisində tanınması və məcburi qaydada icra edilməsindən imtina edilməlidir.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 458, 462-468-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Vəsatət təmin edilməsin. Rusiya Federasiyasının Nijni Novqorod şəhərinin Sarmovo Rayon MəhkəməsiniN * 025-ci il 11 mart tarixli *-**/**** nömrəli qətnaməsinin ünvan 3 ünvanında yerləşən mənzil üçün pul kompensasiyası ayrılmadan barəsində məhkəmə tapşırığı verilən şəxs1 və barəsində məhkəmə tapşırığı verilən şəxs2 hər biri üçün həmin mənzildən ½ pay üzərində mülkiyyət hüququ tanınması hissəsində Azərbaycan Respublikası ərazisində tanınması və məcburi qaydada icra edilməsindən imtina edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar