Məhkəmə qərarları › İş №10(1-8)-149/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-149/2026

28.07.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-149/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Çekerek Asliye Hukuk Məhkəməsinin nikahın pozulması haqqında ## ##### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Əhmədova (Ceylan) Ruhiyə Nəzakət qızının ərizəsinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmə qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Türkiyə Respublikasının Çekerek Asliye Hukuk Məhkəməsinin nikahın pozulması haqqında ## ##### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Əhmədova (Ceylan) Ruhiyə Nəzakət qızı tərəfindən verilmiş ərizəyə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Idarəsinin ## ### 2026-cı il tarixli məktubu ilə ərizəçi Əhmədova (Ceylan) Ruhiyə Nəzakət qızının Türkiyə Respublikasının Çekerek Asliye Hukuk Məhkəməsinin nikahın pozulması haqqında ## ##### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə ərizəsi və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının Çekerek Asliye Hukuk Məhkəməsinin nikahın pozulması haqqında ## ##### 2025-ci il tarixli qərarına əsasən Ruhiyə Əhmədova ilə barəsində məhkəmə tapşırığı verilən şəxs1 arasında bağlanmış nikahın pozulması qərara alınmış və qərar # ### 2025-ci il tarixdə qüvvəyə minmişdir. Ərizədə boşanmanın Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınması xahiş olunmuşdur.

3. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, ərizənin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə ərizə əsaslı olduğundan təmin edilməlidir.

4. Belə ki, Türkiyə Respublikasının Çekerek Asliye Hukuk Məhkəməsinin nikahın pozulması haqqında ## ##### 2025-ci il tarixli qərarına əsasən Ruhiyə Əhmədova ilə barəsində məhkəmə tapşırığı verilən şəxs1 arasında bağlanmış nikahın pozulması qərara alınmışdır. Qeyd olunan qərar qanuni qüvvəsini almışdır.

5. Azərbaycan Respublikası MPM-in 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

6. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

7. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

8. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

9. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

10. Məhkəmə kollegiyası, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Türkiyə Respublikasının Çekerek Asliye Hukuk Məhkəməsinin nikahın pozulması haqqında ## ##### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından, qərar Azərbaycan Respublikasında tanınmalıdır.

11. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 467- 468-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Ərizə təmin edilsin. Türkiyə Respublikasının Çekerek Asliye Hukuk Məhkəməsinin nikahın pozulması haqqında ## ##### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar