Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-152/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Türkiyə Respublikasının Gemlik 2.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair verilmiş ərizə üzrə QƏRARDADI (Açar sözlər: xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu, (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə ibarət tərkibdə, Türkiyə Respublikasının Gemlik 2.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Melik Dadaşoğlunun (Barəsində məhkəmə tapşırığı verilən şəxs) tərəfindən verilmiş vəsatətə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi:
1. Azərbaycan Respublikasının Ali Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Idarəsinin ## ### 2026-cı il tarixli, *-**-**/*-******/**** nömrəli məktubu ilə, Türkiyə Respublikasının Gemlik 2.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs vəsatəti daxil olmuşdur.
2. Vəsatətdə onun Gonca Dadaşoğlu (X1) ilə nikahlarının Türkiyə Respublikasının Gemlik 2.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə pozulması, həmin qərarın ## ###### 2026-cı il tarixdə qanuni qüvvəyə minməsi, nikahın pozulmasının qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikası ərazisində səlahiyyətli məhkəmə tərəfindən tanınmasının tələb olunduğu qeyd edilmiş, Türkiyə Respublikasının Gemlik 2.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması xahiş olunmuşdur.
3. Türkiyə Respublikasının Gemlik 2.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə iddiaçı Melik Dadaşoğlunun (Barəsində məhkəmə tapşırığı verilən şəxs) və cavabdeh Gonca Dadaşoğlu (X1) arasında olan nikahın pozulması və sairə qərara alınmışdır. Tərəflər qərardan apellyasiya şikayəti vermədiklərini bildirdikləri üçün qərar ## ###### 2026-cı il tarixdə qüvvəyə minmişdir.
4. Sözügedən qərardan görünür ki, həmin qərarla tərəflər arasında bağlanmış nikahın pozulması ilə yanaşı digər məsələlər də həll edilmişdir.
5. Məhkəmə kollegiyası tanınması xahiş olunan qərarı nəzərdən keçirərək, vəsatətin dəlillərini araşdıraraq hesab edir ki, aşağadakılara görə vəsatət təmin edilməlidir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458.1-ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.
7. Həmin Məcəllənin 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.
8. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.
9. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
10. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
11. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
12. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin nikahlarının pozulması haqqında Türkiyə Respublikasının Gemlik 2.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikasının qanunverciliyinə və hüquq qaydasına zidd deyil, sözügedən qərarın nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikası qanunverciliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil etmir.
13. Eyni zamanda həmin qərarın məcburi qaydada tanınmasından imtina edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 465.1-465.2-ci maddələrində nəzərdə tutulan hallar yoxdur.
14. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, vəsatət təmin edilməli, Melik Dadaşoğlunun (Barəsində məhkəmə tapşırığı verilən şəxs) Gonca Dadaşoğluna (X1) qarşı nikahın pozulması tələbi barədə Türkiyə Respublikasının Gemlik 2.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınmalıdır.
15. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 462-464, 467-468-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatət təmin olunsun. Melik Dadaşoğlunun (Barəsində məhkəmə tapşırığı verilən şəxs) Gonca Dadaşoğluna (X1) qarşı nikahın pozulması tələbi barədə Türkiyə Respublikasının Gemlik 2.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.