Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-153/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Türkiyə Respublikasının Denizli 6.Ailə Məhkəməsinin qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair verilmiş ərizə üzrə QƏRARDADI (Açar sözlər: xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi hakim), X3 və X4 ibarət tərkibdə, Türkiyə Respublikasının Denizli 6.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs vəsatətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Barəsində məhkəmə tapşırığı verilən şəxs Türkiyə Respublikasının Denizli 6.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. Mülki Prosessual Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. Ərizədə göstərilmişdir ki, Barəsində məhkəmə tapşırığı verilən şəxs nikahı qeyd edilən qərarla pozulmuş, qərar qanuni qüvvəyə minmişdir. Nikahın pozulmasının qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasında tanınması zəruridir. Məruzəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Türkiyə Respublikasının Denizli 6.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınmalıdır. Belə ki, Türkiyə Respublikasının Denizli 6.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Nurşin Yurdusev arasında nikah pozulmuş, tərəflərin birgə uşağı ananın himayəsinə verilmişdir. Həmin qərar tərəflər apellyasiya şikayəti vermədiyindən ## #### 2026-cı il tarixdə qüvvəyə minmişdir. Ərizənin məzmunundan görünür ki, Türkiyə Respublikasının Denizli 6.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının boşanma hissəsində tanınması xahiş edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vəsatətdə göstərilən məsələ Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından vəsatət təmin edilməli, Türkiyə Respublikasının Denizli 6.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 459-473-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Vəsatət təmin edilsin. Türkiyə Respublikasının Denizli 6.Ailə Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №10(1-8)-153/2026
Ali Məhkəmə Qərardad — İş №10(1-8)-153/2026
28.07.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver