Məhkəmə qərarları › İş №10(1-8)-156/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-156/2026

16.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-156/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Bafra 2. Ailə Məhkəməsinin nikahın pozulması haqqında ## ###### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair ərizə üzrə QƏRARDADİ Açar sözlər: xarici dövlətlərin məhkəmə qətnamələrinin tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Türkiyə Respublikasının Bafra 2.Ailə Məhkəməsinin nikahın pozulması haqqında ## ###### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş ərizəyə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi:

1. Türkiyə Respublikasının Bafra 2. Ailə Məhkəməsinin nikahın pozulması haqqında ## ###### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs ərizəsi daxil olmuşdur.

2. Ərizədə Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə X1 arasında bağlanmış nikahın pozulması barədə Türkiyə Respublikasının Bafra 2.Ailə Məhkəməsinin # #### 2025-ci il tarixli qərarının tanınması xahiş edilmişdir.

3. Qərar ##.##.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

4. Ərizə baxılması üçün icraata qəbul edilmişdir, qərarın tanınmasına etiraz daxil olmamışdır.

5. Azərbaycan Respublikası MPM-nin 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.

6. Həmin Məcəllənin 459.0.3-cü maddəsinə əsasən, nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.

7. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən xarici dövlətlərin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

8. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

9. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

10. Məhkəmə kollegiyası hesab edir ki, Türkiyə Respublikasının Bafra 2. Ailə Məhkəməsinin ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün həmin qərarın tanınması barədə ərizə təmin edilməlidir.

11. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 459-473-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizə təmin edilsin. Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə X1 arasında bağlanmış nikahın pozulması barədə Türkiyə Respublikasının Bafra 2. Ailə Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar