Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-157/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Israil Respublikasının Beer Şeva Ailə məsələləri üzrə məhkəməsinin ##.##.2009-cu il tarixli ******/** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icra olunmasına dair iş üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətin məhkəmə qərarının tanınması; ərizənin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Israil Respublikasının Beer Şeva Ailə məsələləri üzrə məhkəməsinin ##.##.2009-cu il tarixli ******/** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icra olunması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 Paqim oğlu tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: barəsində məhkəmə tapşırığı verilən şəxs2 Paqim oğlu Ali Məhkəməyə müraciət edərək, barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə aralarında bağlanmış nikahın pozulması barədə Israil Respublikasının Beer Şeva Ailə məsələləri üzrə məhkəməsinin ##.##.2009-cu il tarixli ******/** nömrəli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması və icra olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan və Israil Respublikalarının da qoşulduğu “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə ##.##.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, hazırkı Konvensiyanı imzalayan Dövlətlər, xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasını arzulayaraq, bu məqsəd üçün prosedurun sadələşdirilməsi və sürətləndirilməsi vasitəsilə qarşılıqlı məhkəmə yardımının təşkilinin təkmilləşdirməsini arzulayaraq, bu səbəbdən Konvensiya imzalamağı qərarlaşdırmışlar. Həmin Qanunun 2-ci maddəsinə görə, hər bir razılığa gələn dövlət digər razılığa gələn dövlətlərdən gələn təqdim edilmə barədə sorğuları qəbul etmək və 3-6-cı maddələrin müddəalarına uyğun olaraq onları icra etmək öhdəliyini üzərinə götürəcək Mərkəzi Orqan təyin edir. Hər bir X2 öz qanunvericiliyinə uyğun olaraq təşkil edir. Bu səbəbdən, Konvensiyanın 2-ci maddəsinin məqsədləri üçün Azərbaycan Respublikasının mərkəzi orqanı kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi təyin edilmişdir. Buna baxmayaraq, barəsində məhkəmə tapşırığı verilən şəxs2 Paqim oğlu Israil Respublikası məhkəməsinin qərarının Azərbaycan Respublikasının ərazisində tanınması və icrası barədə vəsatətini Ədliyyə Nazirliyinə müraciət olunmadan birbaşa Ali Məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 462-464-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: barəsində məhkəmə tapşırığı verilən şəxs2 Paqim oğlu tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №10(1-8)-157/2026
Ali Məhkəmə Qərardad — İş №10(1-8)-157/2026
03.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver