Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-159/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının X6 Nyu-X1 Məhkəməsinin Kings Ərazi Dairəsinin qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmə qətnaməsinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, X6 Nyu-X1 Məhkəməsinin Kings Ərazi Dairəsinin *****/**** nömrəli ## ###### 2004cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs vəsatətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində məhkəmə tapşırığı verilən şəxs X6 Nyu-X1 Məhkəməsinin Kings Ərazi Dairəsinin *****/**** nömrəli ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən qərarla Barəsində məhkəmə tapşırığı verilən şəxs X3 ilə nikahı pozulub. Həmin qətnamə qanuni qüvvəyə minib. Boşanmanın Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qətnamənin Azərbaycan Respublikasının ərazisində tanınması zəruridir. Mülki Prosessual Məcəllənin 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. Mülki Prosessual Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. Məruzəçini dinləyib, ərizəyə əlavə edilən sənədləri araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, X6 Nyu-X1 Məhkəməsinin Kings Ərazi Dairəsinin *****/**** nömrəli ## ###### 2004-cü il tarixli qərarına əsasən Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə X3 arasında nikah pozulmuş, birgə nikahdan olan uşaqlar ananın himayəsinə verilmiş, atadan uşaqların saxlanması üçün dəstək pulu tutulmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Ərizənin məzmunundan görünür ki, X6 Nyu-X1 Məhkəməsinin Kings Ərazi Dairəsinin *****/**** nömrəli ## ###### 2004-cü il tarixli qərarının boşanma hissəsində tanınması xahiş edilir. Mülki Prosessual Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır. ... Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Mülki Prosessual Məcəllənin istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, tanınması xahiş olunan qərar Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ərizədə göstərilən məsələ Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından X6 Nyu- X1 Məhkəməsinin Kings Ərazi Dairəsinin *****/**** nömrəli ## ###### 2004-cü il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 467, 469 və 470-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Vəsatət təmin edilsin. X6 Nyu-X1 Məhkəməsinin Kings Ərazi Dairəsinin *****/**** nömrəli ## ###### 2004cü il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №10(1-8)-159/2026
Ali Məhkəmə Qərardad — İş №10(1-8)-159/2026
18.08.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver