Məhkəmə qərarları › İş №10(1-8)-162/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-162/2026

26.08.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-162/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Gemlik * saylı Ailə Məhkəməsinin 2024-cü il ## ####### tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 vəsatətinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmə qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Türkiyə Respublikasının Gemlik * saylı Ailə Məhkəməsinin nikahın pozulması haqqında 2024-cü il ## ####### tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 tərəfindən verilmiş ərizəyə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq baş idarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 Türkiyə Respublikasının Gemlik * saylı Ailə Məhkəməsinin nikahın pozulması haqqında 2024-cü il ## ####### tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə ərizəsi və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

2. Ərizədə qeyd edilmişdir ki, Türkiyə Respublikasının Gemlik * saylı Ailə Məhkəməsinin 2024-cü il ## ####### tarixli qərarı ilə nikahı pozulmuş və qərar qanuni qüvvəyə minmişdir. Boşanma faktını təsdiqlənməsini xahiş edir.

3. Məhkəmə kollegiyası hesab edir ki, ərizə nikahın pozulması barədə xarici dövlət məhkəməsinin qərarının tanınması barədədir və əsaslı olduğu üçün təmin edilməlidir.

4. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, Türkiyə Respublikasının Gemlik * saylı Ailə Məhkəməsinin nikahın pozulması haqqında 2024-cü il ## ####### tarixli qərarına əsasən, Nərmin Həsənzadə ilə barəsində məhkəmə tapşırığı verilən şəxs1 arasındakı nikah pozulmuş və digər məsələlər həll edilmişdir. Qeyd olunan qərar ## ####### 2024-cü il tarixində qanuni qüvvəsini almışdır.

5. Azərbaycan Respublikası MPM-in 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.

6. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

7. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

8. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

9. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

10. Müvafiq məhkəmə aktının tanınmasının rədd edilməsi üçün Azərbaycan Rrespublikasının MPM-in 465-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmir.

11. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olubolmaması yoxlanılmalıdır. Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il ## ###### tarixli Qərarı).

12. MPM-in istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qərar Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.

13. Məhkəmə kollegiyası, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki,ərizə təmin edilməli, Türkiyə Respublikasının Gemlik * saylı Ailə Məhkəməsinin 2024-cü il ## ####### tarixli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından Nərmin Həsənzadə ilə barəsində məhkəmə tapşırığı verilən şəxs1 arasındakı nikahın pozulması hissəsində Azərbaycan Respublikası ərazisində tanınmalıdır.

14. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 459, 465, 469-473-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Ərizə təmin edilsin. Türkiyə Respublikasının Gemlik * saylı Ailə Məhkəməsinin 2024-cü il ## ####### tarixli qərarı Nərmin Həsənzadə ilə barəsində məhkəmə tapşırığı verilən şəxs1 arasındakı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar