Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-169/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Açar sözlər: xarici dövlətin məhkəmə qərarının tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Türkiyə Respublikasının Istanbul Anadolu ** saylı Ailə Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2021/1554 (əsas ****/***) nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Güneş (Məmmədova) Aybəniz Seyidəhməd qızı tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Güneş (Məmmədova) X1 Məhkəməyə müraciət edərək, barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə aralarında bağlanmış nikahın pozulması barədə Türkiyə Respublikasının Istanbul Anadolu ** saylı Ailə Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2021/1554 (əsas ****/***) nömrəli qərarının Azərbaycan Respublikasında tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, ərizənin dəlillərini və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Iş materiallarından müəyyən olunur ki, tanınması xahiş olunan qərara əsasən barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 arasında bağlanmış nikah pozulmuş və qərar ##.##.2021-ci il tarixdə qüvvəyə minmişdir. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 459.0.2ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər. MPM-in 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Türkiyə Respublikasının Istanbul Anadolu ** saylı Ailə Məhkəməsinin ##.##.2021-ci il tarixli, ****/**** nömrəli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün həmin qərarın nikahın pozulması hissəsində tanınması barədə ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 459-473-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Vəsatət təmin edilsin. Türkiyə Respublikasının Istanbul Anadolu ** saylı Ailə Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2021/1554 (əsas ****/***) nömrəli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №10(1-8)-169/2026
Ali Məhkəmə Qərardad — İş №10(1-8)-169/2026
08.07.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver