Məhkəmə qərarları › İş №10(1-8)-174/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-174/2026

02.09.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-174/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Almaniya Federativ Respublikası Amtsgericht-Kreuzberg Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi Nümayəndə vəsatəti üzrə QƏRARDADİ Açar sözlər: xarici dövlətin məhkəmə aktının tanınması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Almaniya Federativ Respublikasının Amtsgericht-Kreuzberq Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması barədə ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş vəsatətə ##.##.2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin ##.##.2026cı il tarixli məktubu ilə ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə vəsatəti üzrə Almaniya Federativ Respublikası Amtsgericht- Kreuzberq Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair vəsatəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Almaniya Federativ Respublikası Amtsgericht- 2. Kreuzberq Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə X1 övladları hesab olunan ##.##.2015-ci il təvəllüdlü Hüseyn Hacıməmmədov və ##.##.2012-ci il təvəllüdlü Nurəli Hacıməmmədlinin pasport və səyahət məsələləri ilə bağlı öhdəliklər, habelə Azərbaycan səfirliyində pasport üçün müraciəti zamanı, valideyn himayəsi, elecə də uşaqlarla səyahət etmək, xüsusən də Azərbaycana giriş və çıxış hüququnun yalnız anaya keçməsi qərara alınmışdır.

3. Həmin qərar ##.##.2025-ci ildə qanuni qüvvəyə minmişdir.

4. Vəsatətdə ##.##.2025-ci il tarixli qərarın Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasının ərazisində tanınması xahiş olunmuşdur.

5. Kassasiya Məhkəməsi məruzəçini dinləyib, ərizənin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə ərizə əsaslı olduğu üçün təmin edilməlidir.

6. Belə ki, Almaniya Federativ Respublikası, Amtsgericht-Kreuzberq Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə X1 övladları hesab olunan ##.##.2015-ci il təvəllüdlü Hüseyn Hacıməmmədov və ##.##.2012-ci il təvəllüdlü Nurəli Hacıməmmədlinin pasport və səyahət məsələləri ilə bağlı öhdəliklər, habelə Azərbaycan səfirliyində pasport üçün müraciət zamanı, valideyn himayəsi, elecə də uşaqlarla səyahət etmk, xüsusən də Azərbaycana giriş və çıxış hüququnun yalnız anaya keçməsi qərara alınmışdır.

7. Qeyd olunan qərar ##.##.2025-ci ildə qanuni qüvvəsini almışdır.

8. Azərbaycan Respublikası MPM-in 462-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

9. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

10. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

11. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən, xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

12. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

13. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır.

14. Qeyd olunan Mülki Prosessual Məcəllənin istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qərar Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.

15. Məhkəmə kollegiyası vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Almaniya Federativ Respublikası, Amtsgericht-Kreuzberq Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından Azərbaycan Respublikasında tanınmalıdır.

16. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 469-473-cü maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi Qərara aldı:

Ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi Nümayəndə vəsatəti təmin edilsin. Almaniya Federativ Respublikası, Amtsgericht-Kreuzberq Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli qərarı Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə X1 övladları hesab olunan ##.##.2015-ci il təvəllüdlü Hüseyn Hacıməmmədov və ##.##.2012-ci il təvəllüdlü Nurəli Hacıməmmədlinin pasport və səyahət məsələləri ilə bağlı öhdəliklər, habelə Azərbaycan səfirliyində pasport üçün müraciəti zamanı, valideyn himayəsi, elecə də uşaqlarla səyahət etmək, xüsusən də Azərbaycana giriş və çıxış hüququnun yalnız anaya keçməsi barədə qərarı Azərbaycan Respublikasında tanınsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar