Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-180/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Konya 5-ci Ailə Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması barədə ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatət üzrə QƏRARDADİ Açar sözlər: xarici dövlətin məhkəmə aktının tanınması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Türkiyə Respublikası, Konya 5-ci Ailə Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması barədə ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatətə # ######## 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin ##.##.2026cı il tarixli məktubu ilə ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs Türkiyə Respublikası, Konya 5-ci Ailə Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair vəsatəti və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
2. Vəsatət onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikası, Konya 5-ci Ailə Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Tuba Mustafazade arasında bağlanmış nikah pozulmuşdur və.s.
3. Həmin qərar ##.##.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
4. Vəsatətdə boşanmanın Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasında tanınması xahiş olunmuşdur.
5. Kassasiya məhkəməsi məruzəçini dinləyib, vəsatətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə vəsatət qismən təmin edilməlidir.
6. Belə ki, Türkiyə Respublikası, Konya 5-ci Ailə Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Tuba Mustafazade arasında bağlanmış nikahın pozulması və s. qərara alınmışdır.
7. Qeyd olunan qərar ##.##.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
8. Azərbaycan Respublikası MPM-in 462-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.
9. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.
10. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
11. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən, xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
12. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
13. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır.
14. Qeyd olunan mülki prosessual normaların müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qərar Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.
15. Kassasiya məhkəməsi vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Türkiyə Respublikası, Konya 5-ci Ailə Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Tuba Mustafazade arasında bağlanmış nikahın pozulması hissəsində Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından həmin hissədə Azərbaycan Respublikasında tanınmalıdır.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 469-473-cü maddələrinin tələblşərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Qərara aldı: Ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs vəsatəti qismən təmin edilsin. Türkiyə Respublikası, Konya 5-ci Ailə Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Tuba Mustafazade arasında bağlanmış nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.