Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-181/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Almaniya Federativ Respublikasının X5 üzrə Məhkəməsinin 2023-cü il ## ###### tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 tərəfindən verilmiş vəsatət üzrə QƏRARDADİ Açar sözlər: xarici dövlətlərin məhkəmə qətnamələrinin tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Almaniya Federativ Respublikasının X5 üzrə Məhkəməsinin 2023-cü il ## ###### tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq baş idarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 Almaniya Federativ Respublikasının Hamburq-Barmbek Ailə Məhkəməsinin 2023-cü il ## ###### tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması barədə vəsatəti və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
2. Vəsatətdə nikahının Almaniya Federativ Respublikasının Hamburq-Barmbek Ailə Məhkəməsinin 2023-cü il ## ###### tarixli qərarı ilə pozulduğu, nikahın pozulmasının Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın səlahiyyətli məhkəmə tərəfindən tanınmasının tələb olunduğu, qərarın ##.##.2023-cü il tarixdə qanuni qüvvəyə mindiyi qeyd edilərək həmin qərarın Azərbaycan Respublikası ərazisində tanınmasına dair qərar çıxarılması xahiş edilmişdir.
3. Məhkəmə kollegiyası vəsatəti və əlavə olunmuş sənədləri araşdıraraq müəyyən etmişdir ki, Almaniya Federativ Respublikasının X5 üzrə Məhkəməsinin 2023-cü il ## ###### tarixli qərarı ilə barəsində məhkəmə tapşırığı verilən şəxs1lə barəsində məhkəmə tapşırığı verilən şəxs2 arasında olan nikah pozulmuş və digər məsələlər həll edilmişdir.
4. Qərar qanuni qüvvəyə minmişdir.
5. Azərbaycan Respublikası MPM-nin 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.
6. Həmin Məcəllənin 459.0.3-cü maddəsinə əsasən, nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.
7. Azərbaycan Respublikası MPM-in 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.
8. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
9. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
10. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
11. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır. Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il ## ###### tarixli Qərarı).
12. MPM-in istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qərar Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.
13. Məhkəmə kollegiyası hesab edir ki, Almaniya Federativ Respublikasının X5 üzrə Məhkəməsinin 2023-cü il ## ###### tarixli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün həmin qərarın tanınması barədə vəsatət təmin edilməli və qərar nikahın pozulması hissəsində Azərbaycan Respublikası ərazisində tanınmalıdır.
14. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 459, 465, 469-473-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Vəsatət təmin edilsin. Almaniya Federativ Respublikasının X5 üzrə Məhkəməsinin 2023-cü il ## ###### tarixli qərarı barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə Nicat Nəcəf oğlu Müller arasındakı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.