Məhkəmə qərarları › İş №10(1-8)-182/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-182/2026

24.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-182/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının X2 X1 Işləri üzrə Ailə Məhkəməsinin birgə mülkiyyətin bölünməsi haqqında ## ###### 2025-ci il tarixli qərarın Azərbaycan Respublikası ərazisində tanınmasına dair verilmiş ərizə üzrə QƏRARDADI Açar sözlər: Ərizənin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə ibarət tərkibdə, X2 X1 Işləri üzrə Ailə Məhkəməsinin birgə mülkiyyətin bölünməsi haqqında ## ###### 2025-ci il tarixli qərarın Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsi dair barəsində məhkəmə tapşırığı verilən şəxs2 vəsatətini nəzərdən keçirərək, Müəyyən etdi: Azərbaycan Respublikasının Ali Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Idarəsinin # #### 2026-cı il tarixli, *-**-**/*-Ş-*****-*/****-C- ***** nömrəli məktubu ilə, X2 X1 Işləri üzrə Ailə Məhkəməsinin birgə mülkiyyətin bölünməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair barəsində məhkəmə tapşırığı verilən şəxs2 ərizəsi daxil olmuşdur. Ərizədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 ilə barəsində məhkəmə tapşırığı verilən şəxs1 arasında olan nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı X2 X1 Işləri üzrə Ailə Məhkəməsinin birgə mülkiyyətin bölünməsi haqqında ## ###### 2025-ci il tarixli, ****-**-** nömrəli qərarının tanınması və icra edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən qanunla müəyyən olunmuş bütün sənədlər ərizəyə əlavə olunmadığına görə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 458.1-ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır. Həmin Məcəllənin 466-cı maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə aşağıdakılar əlavə edilir: xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənəd (maddə 466.0.1); sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri (maddə 466.0.2). Hazırkı halda vəsatətdə X2 X1 Işləri üzrə Ailə Məhkəməsinin birgə mülkiyyətin bölünməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının qanuni qüvvəyə miknmə tgarixi qeyd edilməmiş, bu barədə sənəd əlavə edilməmişdir. MPM-nin 468.2-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir. “Icra haqqında” Azərbayca Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Hazırkı halda vəsatətdə borclu barəsində məhkəmə tapşırığı verilən şəxs1 Azərbaycan Respublikası ərazisində əmlakı (bank hesabpında pul vəsaiti) olduğu qeyd edilsə də, əmlakın olduğu yerin müəyyənləşdirilməsi məqsədi ilə bu barədə təsdiqedici sübutlar vəsatətə əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizə baxılmadan geri qaytarılmalıdır. Məhkəmə izah edir ki, ərizəçi hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrar eyni vəsatətlə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 462-467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar