Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-183/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Almaniya Federativ Respublikası Hamburq-Harburq Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş ərizə üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmə və arbitraj qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Almaniya Federativ Respublikası Hamburq-Harburq Rayon Məhkəməsinin 20 dekabr 2019cu il tarixli, *** F ***/19 nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş ərizəyə baxaraq, Müəyyən etdi: Işin halları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq baş idarəsinin 06 iyun 2026-cı il tarixli məktubu ilə ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs Almaniya Federativ Respublikası Hamburq-Harburq Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə ərizəsi və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Almaniya Federativ Respublikası Hamburq-Harburq Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarı ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs nikahı pozulmuşdur. Ərizədə boşanmanın Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasının ərazisində tanınması xahiş olunmuşdur. Almaniya Federativ Respublikası Hamburq-Harburq Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, *** F ***/19 nömrəli qərarına əsasən XXX və Barəsində məhkəmə tapşırığı verilən şəxs arasında 17 sentyabr 2014-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin pensiya hüquqlarının bərabərləşdirilməsi məsələsi həll edilmişdir. Qeyd olunan qərar nikahın pozulması hissəsində 20 dekabr 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır. ... Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı). Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qətnamə Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir. Məhkəmə kollegiyası, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Almaniya Federativ Respublikası Hamburq-Harburq Rayon Məhkəməsinin 20 dekabr 2019cu il tarixli, *** F ***/19 nömrəli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından, xahiş edilən hissədə, yəni tərəflərin nikahlarının pozulması hissəsində Azərbaycan Respublikasında tanınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 467-468-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş ərizə təmin edilsin. Almaniya Federativ Respublikası Hamburq-Harburq Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, *** F ***/19 nömrəli qərarı XXX və Barəsində məhkəmə tapşırığı verilən şəxs arasında 17 sentyabr 2014-cu il tarixdə bağlanmış nikahın pozulmasına dair hissədə Azərbaycan Respublikasında tanınsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №10(1-8)-183/2026
Ali Məhkəmə Qərardad — İş №10(1-8)-183/2026
26.08.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver