Məhkəmə qərarları › İş №10(1-8)-185/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-185/2026

16.07.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-185/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Qazaxıstan Respublikası, X4, Ural Şəhər Məhkəməsinin # ######## 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına və icrasına dair ərizəçi barəsində məhkəmə tapşırığı verilən şəxs1 tərəfindən verilmiş vəsatət və ona əlavə olunmuş sənədlər üzrə QƏRARDADİ Açar sözlər: xarici dövlətin məhkəmə aktının tanınması və icrası barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhkəmə iclas katibi: X5 qızının katibliyi ilə, Qazaxıstan Respublikası, X4, Ural Şəhər Məhkəməsinin # ######## 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəçi barəsində məhkəmə tapşırığı verilən şəxs1 tərəfindən verilmiş vəsatətə şifahi icraat qaydasında baxaraq, Müəyyən etdi: 1.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Beynəlxalq Əməkdaşlıq İdarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə Qazaxıstan Respublikası, X4, Ural Şəhər Məhkəməsinin # ######## 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəçi barəsində məhkəmə tapşırığı verilən şəxs1 vəsatəti və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

2. Vəsatət onunla əsaslandırılmışdır ki, Qazaxıstan Respublikası, X4, Ural Şəhər Məhkəməsinin # ######## 2022-ci il tarixli qərarı ilə barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 arasında bağlanmış nikahın pozulması, ## ###### 2017-ci il təvəllüdlü X1 və ## ##### 2020-ci il təvəllüdlü X2 anasının himayəsinə verilməsi və barəsində məhkəmə tapşırığı verilən şəxs1 xeyrinə barəsində məhkəmə tapşırığı verilən şəxs2 uşaqların saxlanılması üçün # ######## 2022-ci il tarixdən başlamaqla yetkinlik yaşına çatana qədər bütün gəlirlərinin 1/3 hissəsində alimentin tutulması qərara alınmışdır.

3. Həmin qərar # ####### 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və vəsatətdə həmin qərarın Azərbaycan Respublikasında tanınması və icrası xahiş olunmuşdur.

5. Kassasiya məhkəməsi məruzəçini dinləyib, vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara görə vəsatət qismən təmin edilməlidir.

6. Belə ki, Qazaxıstan Respublikası, X4, Ural Şəhər Məhkəməsinin # ######## 2022-ci il tarixli qətnaməsi ilə barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 arasında bağlanmış nikahın pozulması, ## ###### 2017-ci il təvəllüdlü X1 və ## ##### 2020-ci il təvəllüdlü X2 anasının himayəsinə verilməsi və barəsində məhkəmə tapşırığı verilən şəxs1 xeyrinə barəsində məhkəmə tapşırığı verilən şəxs2 uşaqların saxlanılması üçün # ######## 2022-ci il tarixdən başlamaqla yetkinlik yaşına çatana qədər bütün gəlirlərinin 1/3 hissəsində alimentin tutulması və s. qərara alınmışdır.

7. Azərbaycan Respublikası MPM-in 462-ci maddəsinə əsasən,xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

8. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

9. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

10. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən, xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

11. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

12. Mülki Prosessual Məcəllənin istinad edilən müddəalarından göründüyü kimi tanınması tələb olunan qərar Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.

13. Kassasiya məhkəməsi vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Qazaxıstan Respublikası, X4, Ural Şəhər Məhkəməsinin # ######## 2022-ci il tarixli qətnaməsi barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 arasında bağlanmış nikahın pozulması, ## ###### 2017-ci il təvəllüdlü X1 və ## ##### 2020-ci il təvəllüdlü X2 anasının himayəsinə verilməsi və barəsində məhkəmə tapşırığı verilən şəxs1 xeyrinə barəsində məhkəmə tapşırığı verilən şəxs2 uşaqların saxlanılması üçün # ######## 2022-ci il tarixdən başlamaqla yetkinlik yaşına çatana qədər qazancının və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutulması hissəsində Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından, Azərbaycan Respublikasında tanınmalı və icra olunmalıdır.

14. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 467-468-ci maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Qərar aldı: Ərizəçi barəsində məhkəmə tapşırığı verilən şəxs1 vəsatəti qismən təmin edilsin. Qazaxıstan Respublikası, X4, Ural Şəhər Məhkəməsinin # ######## 2022-ci il tarixli qətnaməsi barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 arasında bağlanmış nikahın pozulması, ## ###### 2017-ci il təvəllüdlü X1 və ## ##### 2020-ci il təvəllüdlü X2 anasının himayəsinə verilməsi və barəsində məhkəmə tapşırığı verilən şəxs1 xeyrinə barəsində məhkəmə tapşırığı verilən şəxs2 uşaqların saxlanılması üçün # ######## 2022-ci il tarixdən başlamaqla yetkinlik yaşına çatana qədər qazancının və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutulması hissəsində Azərbaycan Respublikasında tanınsın və icra edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar