Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-189/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının X2 Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair verilmiş ərizə üzrə QƏRARDADI (Açar sözlər: xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu, (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X2 Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatətə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi:
1. Azərbaycan Respublikasının Ali Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin ## #### 2026-cı il tarixli, *-**-**/*-******/**** nömrəli məktubu ilə, X2 Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatət daxil olmuşdur.
2. Vəsatətdə Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Həsənli Zaur İlqar oğlunun nikahlarının X2 Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarı ilə pozulması, həmin qərarın ## ###### 2020-ci il tarixdə qanuni qüvvəyə minməsi, şəxsi sənədlərində dəyişiklik edilməsi üçün həmin qərarın Azərbaycan Respublikası ərazisində səlahiyyətli məhkəmə tərəfindən tanınmasının tələb olunduğu qeyd edilmiş, X2 Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarının nikahın pozulması hissəsində Azərbaycan Respublikası ərazisində tanınması xahiş olunmuşdur.
3. X2 Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarı ilə iddiaçı Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə cavabdeh Həsənli Zaur İlqar oğlu arasında olan nikah pozulmuşdur. Qərar ## ###### 2020-ci il tarixdən etibarən qüvvəyə minmişdir.
4. Məhkəmə kollegiyası tanınması xahiş olunan qərarı nəzərdən keçirərək, vəsatətin dəlillərini araşdıraraq hesab edir ki, aşağadakılara görə vəsatət təmin edilməlidir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458.1-ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir
6. Həmin Məcəllənin 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır.
7. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.
8. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
9. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
10. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
11. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin nikahlarının pozulması haqqında X2 Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarı tərəflər arasında olmuş nikahın pozulması hissəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquq qaydasına zidd deyil, sözügedən qərarın Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil etmir
12. Eyni zamanda həmin qərarın məcburi qaydada tanınmasından imtina edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 465.1-465.2-ci maddələrində nəzərdə tutulan hallar yoxdur.
13. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, vəsatət təmin edilməli, Barəsində məhkəmə tapşırığı verilən şəxs Həsənli Zaur İlqar oğluna qarşı nikahın pozulması tələbi barədə X2 Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarı Azərbaycan Respublikasının ərazisində tanınmalıdır.
14. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 467-468-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatət təmin olunsun. Barəsində məhkəmə tapşırığı verilən şəxs Həsənli Zaur İlqar oğluna qarşı nikahın pozulması tələbi barədə X2 Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarı Azərbaycan Respublikasının ərazisində tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.