Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-202/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının X2 Birinci Instansiya Məhkəməsinin * nömrəli Qadınlara qarşı Zorakılıq işləri üzrə Bölməsinin 2025-ci il ## #### tarixli, **/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və icra olunmasına dair iş üzrə QƏRARDADİ Açar sözlər: ərizənin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 Birinci Instansiya Məhkəməsinin * nömrəli Qadınlara qarşı Zorakılıq işləri üzrə Bölməsinin 2025-ci il ## #### tarixli, **/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və icra olunması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 nümayəndəsi qismində Nümayəndə tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə kollegiyası hesab edir ki, vəsatət geri qaytarılmalıdır. Belə ki, ərizəyə Nümayəndə nümayəndəliyini təsdiq etmək məqsədilə əlavə edilmiş ## ####### 2022-ci il tarixli etibarnamənin surəti qanunvericiliyin tələblərinə uyğun qaydada təsdiq edilməmişdir. Eyni zamanda, həmin etibarnamə ilə nümayəndəyə hazırkı iş üzrə məhkəmədə təmsilçilik və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün zəruri səlahiyyətlər verilməmişdir. Azərbaycan Respublikasının MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Lakin barəsində məhkəmə tapşırığı verilən şəxs2 nümayəndəsi qismində müraciət edən Nümayəndə barəsində məhkəmə tapşırığı verilən şəxs2 yaxın qohumu və ya vəkili olması əlavə edilmiş sənədlərlə müəyyən edilmir. Məhkəməyə səlahiyyətli şəxs tərəfindən müraciət olunması təsdiqlənmədiyinə görə vəsatət qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 462-464-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X2 Birinci Instansiya Məhkəməsinin * nömrəli Qadınlara qarşı Zorakılıq işləri üzrə Bölməsinin 2025-ci il ## #### tarixli, **/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və icra olunması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 nümayəndəsi qismində Nümayəndə tərəfindən verilmiş vəsatət geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №10(1-8)-202/2026
Ali Məhkəmə Qərardad — İş №10(1-8)-202/2026
10.07.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver