Məhkəmə qərarları › İş №10(1-8)-210/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-210/2026

10.07.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-210/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının X4 X1 Bend Əyalətinin 505-ci Məhkəmə Dairəsinin 2025-ci il ## ######## tarixli, **- DCV-****** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına dair iş üzrə QƏRARDADİ Açar sözlər: ərizənin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 X1 Bend Əyalətinin 505-ci Məhkəmə Dairəsinin 2025-ci il ## ######## tarixli, **- DCV-****** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 X1 Bend Əyalətinin 505-ci Məhkəmə Dairəsinin 2025-ci il ## ######## tarixli, **- DCV-****** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına dair barəsində məhkəmə tapşırığı verilən şəxs2 ərizəsi daxil olmuşdur. Məhkəmə kollegiyası ərizənin dəlillərini və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 458.1-ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. MPM-in 466-cı maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə aşağıdakılar əlavə edilir: xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənəd; sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri. Göründüyü kimi məhkəmə qərarının tanınması və məcburi icrasının zəruri şərtlərindən biri həmin məhkəmə aktının qanuni qüvvəyə minməsidir. Lakin, iş materiallarından müəyyən edilir ki, tanınması xahiş edilən məhkəmə aktının qüvvəyə minməsi barədə sənədin surəti ərizəyə əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərarın qanuni qüvvəyə minməsini təsdiq edən hər hansı məlumat ərizəyə əlavə olmadığından barəsində məhkəmə tapşırığı verilən şəxs2 ərizəsi geri qaytarılmalı və ona izah olunmalıdır ki, hazırki qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 462-464-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X4 X1 Bend Əyalətinin 505-ci Məhkəmə Dairəsinin 2025-ci il ## ######## tarixli, **- DCV-****** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 tərəfindən verilmiş vəsatət geri qaytarılsın. Ona izah olunsun ki, hazırki qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar