Məhkəmə qərarları › İş №10(1-8)-218/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-218/2026

18.08.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-218/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Türkiyə Respublikasının Sivas 1. Ailə Məhkəməsinin qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair verilmiş ərizə üzrə QƏRARDADI (Açar sözlər: xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi hakim), X7 və X6 ibarət tərkibdə, Türkiyə Respublikasının Sivas 1. Ailə Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair X1 vəsatətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: X1 Respublikasının Sivas 1. Ailə Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Ərizədə göstərilmişdir ki, X1 nikahı qeyd edilən qərarla pozulmuş, qərar ##.##.2024-cü il tarixdə qüvvəyə minmişdir. Nikahın pozulmasının qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasında tanınması zəruridir. Mülki Prosessual Məcəllənin 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. Mülki Prosessual Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. Məruzəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Türkiyə Respublikasının Sivas 1. Ailə Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı Azərbaycan Respublikasının ərazisində tanınmalıdır. Belə ki, Türkiyə Respublikasının Sivas 1. Ailə Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, Hamza Yüce ilə Adilə Qasımova arasında nikah pozulmuşdur. Tərəflər apellyasiya şikayəti vermədiklərinə görə həmin qərar ##.##.2024-cü il tarixdə qüvvəyə minmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ərizədə göstərilən məsələ Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından Türkiyə Respublikasının Sivas 1. Ailə Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı Azərbaycan Respublikasında tanınmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 459-473-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Vəsatət təmin edilsin. Türkiyə Respublikasının Sivas 1. Ailə Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı Azərbaycan Respublikasının ərazisində tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar