Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-80/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikası Bursa 5-ci Ailə Məhkəməsinin # ####### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatət üzrə QƏRARDADİ Açar sözlər: xarici dövlətin məhkəmə aktının tanınması dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Türkiyə Respublikası Bursa 5-ci Ailə Məhkəməsinin # ####### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi:
1. AR Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs Türkiyə Respublikasının Bursa 5-ci Ailə Məhkəməsinin # ####### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair vəsatəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün AR Ali Məhkəməsinə göndərilmişdir.
2. Vəsatət onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının Bursa 5-ci Ailə Məhkəməsinin # ####### 2025-ci il tarixli qərarı ilə Almira Mövlüd ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs arasında bağlanmış nikahın pozulması və.s. qərara alınmışdır. Həmin qərar ## ####### 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Ərizədə boşanmanın Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasında tanınması xahiş olunmuşdur.
3. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, vəsatətin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara görə vəsatət qismən təmin edilməlidir.
4. Belə ki, Türkiyə Respublikasının Bursa 5-ci Ailə Məhkəməsinin # ####### 2025-ci il tarixli qərarına əsasən Almira Mövlüd ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs arasında bağlanmış nikahın pozulması və.s. qərara alınmışdır. Həmin qərar ## ####### 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
5. AR MPM-in 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.
6. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.
7. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
8. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
9. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
10. “Davud Bağırovun şikayəti üzrə AR Ali Məhkəməsi Mülki kollegiyasının # ####### 2017ci il tarixli Qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olubolmaması yoxlanılmalıdır. Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
11. AR MPM-nin istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qərar Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.
12. Kassasiya instansiyası məhkəməsi vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Türkiyə Respublikasının Bursa 5-ci Ailə Məhkəməsinin # ####### 2025-ci il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından Azərbaycan Respublikasında tanınmalıdır.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 462-464, 467-468ci maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Qərara aldı: Ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs vəsatəti qismən təmin edilsin. Türkiyə Respublikasının Bursa 5-ci Ailə Məhkəməsinin # ####### 2025-ci il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.