Məhkəmə qərarları › İş №10(1-8)-82/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-82/2026

13.05.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-82/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Küçükçekmece 8.Ailə Məhkəməsinin ## #### 2024-cü il tarixli, ****/*** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair iş üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətin məhkəmə qərarının tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Türkiyə Respublikasının Küçükçekmece 8.Ailə Məhkəməsinin ## #### 2024-cü il tarixli, ****/*** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə H tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: H Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək, Ulaş Ishak ilə aralarında bağlanmış nikahın pozulması barədə Türkiyə Respublikasının Küçükçekmece 8.Ailə Məhkəməsinin ## #### 2024-cü il tarixli, ****/*** nömrəli qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, ərizənin dəlillərini və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Iş materiallarından müəyyən olunur ki, tanınması xahiş olunan qərara əsasən U ilə H arasında bağlanmış nikah pozulmuş və qərar ##.##.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 459.0.2-ci maddəsinə əsasən, nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ərarvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikasında tanınır. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər. MPM-in 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Türkiyə Respublikasının Küçükçekmece 8.Ailə Məhkəməsinin ## #### 2024-cü il tarixli, ****/*** nömrəli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün həmin qərarın nikahın pozulması hissəsində tanınması barədə ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 459-473-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizə təmin edilsin. U ilə H arasında bağlanmış nikahın pozulmasına dair Türkiyə Respublikasının Küçükçekmece 8.Ailə Məhkəməsinin ## #### 2024-cü il tarixli, ****/*** nömrəli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikası ərazisində tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar