Məhkəmə qərarları › İş №10(1-8)-86/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-86/2026

04.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-86/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Ankara 15. Ailə Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatət üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmə qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Türkiyə Respublikasının Ankara 15. Ailə Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatətə Ali Məhkəmənin inzibati binasında 4 iyun 2026-ci ildə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Işin halları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Idarəsinin 18 mart 2026-cı il tarixli məktubu ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs Türkiyə Respublikasının Ankara 15. Ailə Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə vəsatəti və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki,Türkiyə Respublikasının Ankara 15. Ailə Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs nikahı pozulmuşdur. Vəsatətdə nikahın pozulmasının Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasının ərazisində tanınması xahiş olunmuşdur. Işdə olan Türkiyə Respublikasının Ankara 15. Ailə Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2025-ci il tarixli qərarına əsasən Murat Baykal və Barəsində məhkəmə tapşırığı verilən şəxs arasında bağlanmış nikahın pozulması və yetkinlik yaşına çatmayan ##.##.2020-ci il təvəllüdlü Yusif Baykal və ##.##.2024-cü il təvəllüdlü X1 qəyyumluğunun anaya verilməsi qərara alınmışdır. Qeyd olunan qərar ## ### 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər. 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır. ... Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il ## ###### tarixli Qərarı). Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, vəsatət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qətnamə Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir. Məhkəmə kollegiyası, vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Türkiyə Respublikasının Ankara 15. Ailə Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2025-ci il tarixli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından Azərbaycan Respublikasında tanınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 462-464, 467-468-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş vəsatət təmin edilsin. Türkiyə Respublikasının Ankara 15. Ailə Məhkəməsinin nikahın pozulması haqqında ##.##.2025-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar