Məhkəmə qərarları › İş №10(1-8)-91/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-91/2026

19.05.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-91/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Bursa 14-cü Ailə Hüquq Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair X2 Məhəddin qızı tərəfindən verilmiş vəsatət üzrə QƏRARDADİ Açar sözlər: xarici dövlətin məhkəmə aktının tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Türkiyə Respublikası Bursa 14-cü Ailə Hüquq Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına dair X2 Məhəddin qızı tərəfindən verilmiş vəsatətə baxaraq, Müəyyən etdi İşin halları

1. AR Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə X2 Türkiyə Respublikasının Bursa 14-cü Ailə Hüquq Məhkəməsinin ## ###### 2025-ci tarixli qərarının Azərbaycan Respublikasında tanınması barədə vəsatət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

2. Vəsatət onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının Bursa 14-cü Ailə Hüquq Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə X1 Nigar Məhəddin qızı arasında bağlanmış nikahları pozulmuşdur. Vəsatətdə nikahın pozulmasının Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasının ərazisində tanınması xahiş olunmuşdur.

3. Türkiyə Respublikasının Bursa 14-cü Ailə Hüquq Məhkəməsinin ## ###### 2025-ci il qərarına əsasən X3 iddiası təmin edilərək, onunla Adem Han arasında bağlanmış nikah pozulmuşdur. Həmin qarar # ###### 2026-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

4. AR MPM-in 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.

5. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

6. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

7. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

8. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

9. “Davud Bağırovun şikayəti üzrə AR Ali Məhkəməsi Mülki kollegiyasının # ####### 2017ci il tarixli Qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olubolmaması yoxlanılmalıdır. ... Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

10. Kassasiya instansiyası məhkəməsi vəsitətin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, aşağıdakılara görə vəsatət təmin edilməlidir.

11. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qətnamə Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.

12. Kassasiya instansiyası məhkəməsi vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Türkiyə Respublikasının Bursa 14-cü Ailə Hüquq Məhkəməsinin ## ###### 2025ci il tarixli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından, Azərbaycan Respublikasında tanınmalıdır.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 462-464, 467-468ci maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı: X2 vəsatəti təmin edilsin. Türkiyə Respublikasının Bursa 14-cü Ailə Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar