Məhkəmə qərarları › İş №10(1-8)-97/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-97/2026

19.05.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-97/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Rusiya Federasiyasının Penza şəhəri Lenin Rayonunun * saylı Məhkəmə Sahəsinin 2022-ci il # ####### tarixli məhkəmə əmrinin Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair verilmiş vəsatət üzrə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərli Aminə Əliəsgər qızının katibliyi ilə, M Ü Ə Y Y Ə N E T D İ: Işin halları:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq baş idarəsinin ## ##### 2026-cı il tarixli məktubu ilə Rusiya Federasiyasının Penza şəhəri Lenin Rayonunun * saylı Məhkəmə Sahəsinin Barəsində məhkəmə tapşırığı verilən şəxs alimentin tutulmasına dair 2022-ci il # ####### tarixli məhkəmə əmrinin Azərbaycan Respublikasının ərazisində tanınması və icrası barədə Nikitina (Ivanova) Olqa Yevgeniyevnanın vəsatəti və əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

2. Rusiya Federasiyasının Penza şəhəri Lenin Rayonunun * saylı Məhkəmə Sahəsinin ##.##.2022-ci il tarixli, *-****/**** nömrəli məhkəmə əmri ilə X1 Yevgenyevnanın xeyrinə borclu, ##.##.1971-ci ildə doğulmuş, Azərbaycan sakini Barəsində məhkəmə tapşırığı verilən şəxs, yetkinlik yaşına çatmayan övladı — ##.##.2012-ci il təvəllüdlü oğlu Elmir Asəf oğlunun saxlanılması üçün Barəsində məhkəmə tapşırığı verilən şəxs əmək haqqının və (və ya) digər gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında, Elmirin ##.##.2030-cu il tarixdə yetkinlik yaşına çatmasına qədər aliment tutulması, tutulmaların ##.##.2022-ci il tarixindən başlayaraq hər ay həyata keçirilsin və borcludan 150 Rubl məbləğində dövlət rüsumunun dövlət nəfinə tutulması əmr edilmişdir.

3. Vəsatətə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Rusiya Federasiyasının Penza şəhəri Lenin Rayonunun * saylı Məhkəmə Sahəsinin Barəsində məhkəmə tapşırığı verilən şəxs alimentin tutulmasına dair 2022-ci il # ####### tarixli məhkəmə əmri qanuni qüvvəsini almış və borclu tərəfindən qeyd edilən məhkəmə əmri Rusiya Federasiyasının ərazisində icra edilməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

5. Maddə 458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.

6. Maddə 458.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7. Maddə 462. Xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

8. Maddə 463. Xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

9. Maddə 464. Xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

10. Maddə 465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir:  465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə;  465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa;  465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa;  465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə;  465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə;  465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa.

11. Maddə 468.1. Xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə, icra vərəqəsi verilir.

12. Maddə 468.2. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir.

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ratifikasiya etdiyi “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” ## ####### 2002-ci il tarixli Kişinyov Konvensiyası:

13. Maddə 54.

1. Razılığa gələn Tərəflərdən hər biri bu Konvensiyada nəzərdə tutulan şərtlərə əsasən Razılığa gələn digər Tərəflərin ərazilərində çıxarılan aşağıdakı qərarları tanıyır və icra edir: a) mülki və ailə işləri üzrə Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin qərarları, o cümlədən belə işlər üzrə məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişləri və pul öhdəliklərinə münasibətdə notarial aktlar (bundan sonra - qərarlar); b) cinayət işləri üzrə zərərin ödənilməsi, cərimələrin tutulması və müsadirələrin edilməsinə dair məhkəmələrin çıxardığı hökmlər (qərarlar); v) iddianın təmin edilməsi məqsədilə əmlak, o cümlədən bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyma haqqında məhkəmələrin qərarları.

2. Bu maddənin 1-ci bəndində göstərilən qərarların tanınması və icrası sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə kollegiyası vəsatətə baxaraq hesab edir ki, vəsatət təmin edilməli və məhkəmə əmri alimentin tutulması hissəsində Azərbaycan Respublikası ərazisində tanınmalı və icra edilməlidir.

15. Məhkəmə vəsatətə əlavə edilmiş sənədlərə əsasən müəyyən edir ki, Rusiya Federasiyasının Penza şəhəri Lenin Rayonunun * saylı Məhkəmə Sahəsinin 2022-ci il # ####### tarixli məhkəmə əmrinin Azərbaycan Respublikasında tanınması və icra edilməsi üçün Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” ## ####### 2002-ci il tarixli Kişinyov Konvensiyasında və Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilən normalarında nəzərdə tutulmuş şərtlər mövcuddur. Tanınması tələb olunan məhkəmə əmrinin Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etdiyi müəyyən edilməmişdir.

16. Məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsi üçün Azərbaycan Respublikasının MPM-in 465.1-ci maddəsində göstərilən halların mövcudluğu məhkəmə kollegiyası tərəfindən müəyyən olunmamışdır.

17. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli və Rusiya Federasiyasının Penza şəhəri Lenin Rayonunun * saylı Məhkəmə Sahəsinin 2022-ci il # ####### tarixli məhkəmə əmri Barəsində məhkəmə tapşırığı verilən şəxs alimentin tutulmasına dair hissədə Azərbaycan Respublikasında tanınmalı və məcburi qaydada icra edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 458, 462-468-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Vəsatət təmin edilsin.

“X1 Yevgenyevnanın xeyrinə borclu ##.##.1971-ci ildə doğulmuş, Azərbaycan sakini Barəsində məhkəmə tapşırığı verilən şəxs, yetkinlik yaşına çatmayan övladı — ##.##.2012-ci il təvəllüdlü oğlu Elmir Asəf oğlunun saxlanılması üçün Barəsində məhkəmə tapşırığı verilən şəxs əmək haqqının və (və ya) digər gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında, Elmirin ##.##.2030-cu il tarixdə yetkinlik yaşına çatmasına qədər aliment tutulsun. Tutulmalar ##.##.2022-ci il tarixindən başlayaraq hər ay həyata keçirilsin”. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar