Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10-2(1-8)-2/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin 2025-ci il ## ###### tarixli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair verilmiş ərizə üzrə QƏRARDADİ Iş № **-2(1-8)-2/2026 (Açar sözlər: xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şahbazov Kamran Qurban oğlunun katibliyi, maraqlı şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin 2025-ci il ## ###### tarixli ****-**-**-*/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair “xxxx” MMC-nin ərizəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları: 1.Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin “xxxx” MMC-dən pul vəsaitlərinin tutulması ilə bağlı 2025-ci il ## ###### tarixli, ****-**-**-*/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icraya yönəldilməsi barədə «xxxx» MMC-nin ərizəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. 2.Tanınması və icrası xahiş olunan Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin 2025-ci il ## ###### tarixli, ****-**-**-*/**** nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə 201. 500 ABŞ dolları (105.221.285 tenge), dövlət büdcəsinə isə 3.156.638,55 tenge dövlət rüsumunun tutulması qət edilmişdir.
3. Ərizəyə əlavə olunmuş arayışda cavabdeh “xxxx” MMC-yə məhkəmə qətnaməsi barədə lazimi qaydada məluat verildiyi qeyd olunmuşdur.
4. Tanınması və icrası xahiş olunan 2025-ci il ## ###### tarixli qətnamədə cavabdehin məhkəmədə nümayəndəsi Kaliakparova.Q.M vasitəsi ilə təmsil olunduğu qeyd olunmuşdur.
5. Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin hakimi A.A..Jakupov tərəfindən imzalanmış arayışa əsasən 2025ci il ## ###### tarixli, ****-**-**-*/**** nömrəli qətnamə 2025-ci il ## ###### tarixində qanuni qüvvəyə minmiş, lakin icra olunmamışdır.
Tərəflərin izahatları
6. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin vəkili X3 ərizəyə etiraz edərək xarici məhkəmə iclası barədə məlumatsız olduqlarından həmin məhkəmə iclaslarında iştirak etmədiklərini bildirmişdir. O, X1 maraqlı şəxsin keçmiş direktoru olduğunu, 2024cü il ## #### tarixindən həmin şirkətin direktoru kimi X2 təyin olunduğunu, xarici məhkəmə iclaslarında iştirak etmiş vəkilin isə maraqlı şəxslə hər hansı bir müqaviləsinin mövcud olmadığını, cavabdeh olaraq həmin məhkəmə iclaslarında ümumiyyətlə təmsil olunmadıqlarını bildirmişdir. Bundan başqa iş materiallarında olan 2018-ci il tarixli üzləşmə aktı da saxta olmuşdur.
Tətbiq edilən hüquq:
7. 1997-ci il ## #### tarixində Almatı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə”-nin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
“52-ci maddəsinin 2-ci bəndinin "q" yarımbəndinə əsasən qərarın məcburi icrası haqqında vəsatətə tərəflərin müqavilə aidiyyəti üzrə razılaşmasını təsdiq edən sənəd əlavə edilməlidir.”
“53-cü maddəsinin 2-ci bəndinə əsasən qərarın tanınması və məcburi icrası barədə vəsatətə baxan məhkəmə yalnız həmin Müqavilədə nəzərdə tutulmuş şərtlərin mövcudluğunu yoxlayır və həmin şərtlər mövcud olduqda qərarın məcburi icrası barədə qərar qəbul edir.” “54-cü maddəsinə əsasən aşağıdakı hallarda qərarın tanınmasından və məcburi icrasından imtina edilə bilər: a) qərarın çıxarıldığı Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən qərar qanuni qüvvəyə minməmiş və ya icra edilməli olmadıqda; b) cavabdeh özünə və ya nümayəndəsinə məhkəmə çağırışının vaxtında və lazımi qaydada təqdim edilməməsi səbəbindən prosesdə iştirak etmədikdə; v) eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə sorğu alan Razılığa gələn Tərəfin ərazisində artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya üçüncü dövlət məhkəməsinin tanınmış qərarı olduqda; q) Müqaviləyə, belə hal Müqavilədə nəzərdə tutulmadıqda isə sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən iş həmin dövlətin məhkəmələrinin müstəsna səlahiyyətinə aid olduqda; d) müqavilə aidiyyəti məsələsi üzrə tərəflərin razılaşmasını təsdiq edən sənəd mövcud olmadıqda; e) qərarın məcburi icrası üçün sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulmuş müddət keçdikdə.”
8. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” # ####### 2002-ci il tarixli Kişinyov Konvensiyasının müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
54-cü maddəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən razılığa gələn Tərəflərdən hər biri bu Konvensiyada nəzərdə tutulan şərtlərə əsasən Razılığa gələn digər Tərəflərin ərazilərində çıxarılan mülki və ailə işləri üzrə Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin qərarlarını, o cümlədən belə işlər üzrə məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişlərini və pul öhdəliklərinə münasibətdə notarial qərarları tanıyır və icra edir. 54-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin 1-ci bəndində göstərilən qərarların tanınması və icrası sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 59-сu maddəsinin v) cavabdehin özünə və ya onun səlahiyyətli nümayəndəsinə məhkəmə çağırışı lazımi qaydada və vaxtlı-vaxtında verilmədiyinə görə cavabdeh prosesdə iştirak etməmişdirsə; q) bəndinə əsasən ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfdə eyni tərəflər arasında eyni predmet və eyni əsaslarla olan iş üzrə artıq qanuni qüvvəyə minmiş hökm çıxarılmışsa və ya üçüncü dövlətin məhkəməsinin tanıma qərarı mövcuddursa, yaxud da Razılığa gələn həmin Tərəfin ədliyyə müəssisəsi tərəfindən əvvəllər həmin iş üzrə, Razılığa gələn digər Tərəfin ədliyyə müəssisəsinin qərarının tanınması və icrası haqqında vəsatət daxil olana qədər başa çatmamış, icraat başlanmışdırsa; e) müqavilə aidiyyəti məsələsi üzrə Tərəflərin razılaşmasını təsdiq edən sənəd mövcud deyilsə;
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
“Maddə 458. Xarici məhkəmələrin qətnamələrinin tanınması və icra edilməsi
458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. 458.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 458.3. Xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.” “Maddə 462. Xarici dövlətlərin məhkəmə və arbitrajlarının qətnamələrinin icrası və tanınması
Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.”
“Maddə 463. Əsas Qaydalar
Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.”
“Maddə 464. Xarici dövlətlərin məhkəmə qətnamələrinin tanınması və icrası barədə ərizələrə baxan məhkəmə
Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.”
“Maddə 465. Xarici dövlətlərin məhkəmələrinin qətnamələrini tanımaqdan və məcburi qaydada icra etməkdən imtina edilməsi
465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir: 465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə; 465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa; 465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa; 465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə; 465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə; 465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin tanınması və məcburi icrası barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin tanınması və məcburi icrası barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır.”
“Maddə 467. Ərizəyə baxılması ...
467.1. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası barədə ərizəyə, işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri barədə xəbər verilməklə, açıq məhkəmə iclasında baxılır. 467.2. Bildiriş vərəqəsinin ona verilməsi barədə məhkəmədə məlumat olarsa, işdə iştirak edən şəxsin üzürlü səbəblər olmadan məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane olmur. Əgər işdə iştirak edən şəxs ərizəyə baxılmasının başqa vaxta keçirilməsi barədə xahişlə məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzürlü hesab edilərsə, məhkəmə işə baxılmasını başqa vaxta keçirir və borclunu yeni məhkəmə baxışının vaxtı barədə xəbərdar edir. 467.3. Ərizəyə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və icra etməkdən imtina etdikdə, bu Məcəllənin 465-ci maddəsi ilə nəzərdə tutulan əsasların olub-olmamasını yoxlayır. 467.4. Məhkəmə ərizə üzrə xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası və ya bundan imtina edilməsi barədə qərardad çıxarır.”
“Maddə 468. Qətnamənin icrası 468.1. Xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə, icra vərəqəsi verilir. 468.2. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir.”
Ali Məhkəmənin mövqeyi:
10. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri araşdıraraq hesab edir ki, Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin 2025-ci il ## ###### tarixli, ****-**-**-*/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və məcburi icraya yönəldilməsi barədə “xxxx” MMC-nin ərizəsi təmin edilməlidir.
11. Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin 2025-ci il ## ###### tarixli, ****-**-**-*/**** nömrəli qətnaməsi ilə “xxxx” MMC-dən “xxxx” MMC-nin xeyrinə 201.500 ABŞ dolları, dövlət büdcəsinə isə 3.156.638,55 tenge dövlət rüsumunun tutulması qət edilmişdir.
12. Iş materiallarında olan arayışdan görünür ki, həmin qətnamə 2025-ci il ## ###### tarixində qanuni qüvvəyə minmiş və Qazaxıstan Respublikası ərazisində icra olunmamışdır.
13. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il # ####### tarixli Kişinyov Konvensiyasının iştirakçılarıdır. Həmin Konvensiyanın 54-cü maddəsinə əsasən Razılığa gələn Tərəflərdən hər biri digər Razılığa gələn Tərəfin ərazisində çıxarılmış mülki və kommersiya xarakterli işlər üzrə məhkəmə qərarlarını tanıyır və icra edir. Konvensiyanın 57-ci maddəsinə əsasən isə qərarın tanınması və icrası barədə vəsatətə, ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin məhkəmələri tərəfindən baxılır.
14. Maraqlı şəxs “xxxx” MMC ərizəyə etiraz edərək Qazaxıstan məhkəməsində işə onun qanuni və səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxıldığını, keçmiş direktor X1 üçüncü şəxs qismində işə cəlb edildiyini, məhkəmədə iştirak etmiş vəkilin isə hüquqi şəxsi deyil, fiziki şəxs kimi X1 təmsil etdiyini bildirmişdir. Həmçinin etirazda iddianın əsasını təşkil edən üzləşmə aktının saxta olduğu, imzanın keçmiş direktora məxsus olmadığı, iddia müddətinin ötürüldüyü, mübahisənin Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aid olduğu və qətnamənin Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquq qaydasına zidd olduğu göstərilmişdir.
15. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 1997-ci il ## #### tarixli “Mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Müqavilənin 53-cü maddəsinin 2-ci bəndinə əsasən xarici dövlət məhkəməsinin qərarının tanınması və icrası barədə vəsatətə baxan məhkəmə yalnız həmin Müqavilədə müəyyən edilmiş şərtlərin mövcudluğunu yoxlayır və xarici məhkəmə tərəfindən araşdırılmış mübahisəyə mahiyyəti üzrə yenidən baxmaq səlahiyyətinə malik deyildir. Bu səbəbdən tərəfin borcun mövcudluğu, sübutların düzgün qiymətləndirilməsi, müqavilə öhdəliklərinin icrası, hesablamaların düzgünlüyü və ya xarici məhkəmənin maddi hüquq normalarını tətbiq etməsi ilə bağlı etirazları hazırkı icraat çərçivəsində araşdırıla bilməz.
16. Bununla yanaşı, Qazaxıstan Respublikasının Mülki Prosessual Məcəlləsinin 466.6-cı maddəsinə əsasən iddia tam və ya qismən icrası Qazaxıstan Respublikası ərazisində həyata keçirilməli olan və ya faktiki olaraq həmin ərazidə tam və ya qismən icra edilmiş müqavilədən irəli gəldikdə Qazaxıstan Respublikası məhkəmələri xarici şəxslərin iştirakı ilə işlərə baxmaqda haqlıdır.
17. Beləliklə, xarici dövlət məhkəməsinin qətnaməsinin tanınması və icraya yönəldilməsi üzrə icraat xarici məhkəmədə baxılmış mübahisəyə mahiyyəti üzrə yenidən baxılması qaydasını nəzərdə tutmur. Bu icraat çərçivəsində Ali Məhkəmə yalnız Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 1997-ci il ## #### tarixli “Mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Müqavilədə və MPMin 465-ci maddəsində nəzərdə tutulmuş tanınma və icradan imtina əsaslarının mövcud olub-olmamasını yoxlayır. Buna görə də üzləşmə aktının həqiqiliyi, imzanın kimə məxsus olması, iddia müddətinin tətbiqi və borcun yaranıb-yaranmaması kimi hallar xarici məhkəmə tərəfindən mahiyyəti üzrə qiymətləndirilmiş məsələlər olduğundan, hazırkı icraat çərçivəsində yenidən araşdırıla bilməz.
18. Tanınması və icrası xahiş olunan məhkəmə qətnaməsindən görünür ki, işə baxılarkən “xxxx” MMC məhkəmə icraatında nümayəndə vasitəsilə təmsil olunmuşdur. Eyni zamanda cavabdehə məhkəmə bildirişi 2025-ci il ## ###### tarixdə “Məhkəmə kabineti” vasitəsilə göndərilmişdir. Beləliklə, iş materiallarında cavabdehin ümumiyyətlə proses barədə məlumatlandırılmaması və ya prosesdə iştirak imkanından məhrum edilməsi qənaətinə gəlməyə əsas verən sübutlar mövcud deyildir.
19. Maraqlı şəxsin “xxxx” MMC-nin Qazaxıstan məhkəməsində səlahiyyətli nümayəndə ilə təmsil olunmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tanınması və icrası xahiş olunan qətnamənin mətnində cavabdehin nümayəndə vasitəsilə iştirak etdiyi göstərilmişdir. Xarici məhkəmə aktında əksini tapmış bu halın düzgünlüyü hazırkı tanınma icraatında mahiyyəti üzrə yenidən qiymətləndirilə bilməz. Maraqlı şəxs isə həmin qətnamənin qəbul edildiyi dövlətdə ləğv edilməsi, dəyişdirilməsi və ya icrasının dayandırılması barədə hər hansı digər məhkəmə aktını təqdim etməmişdir.
20. “xxxx” MMC-nin mübahisənin Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aid olması barədə dəlili də əsaslı hesab edilə bilməz. Iş materiallarından görünür ki, xarici məhkəmə qətnaməsi tərəflər arasında yaranmış pul öhdəliyindən irəli gələn kommersiya mübahisəsinə dair qəbul edilmişdir. Bu cür mübahisə Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aid olan müstəsna aidiyyət məsələləri ilə bağlı deyildir. Maraqlı şəxsin qətnamənin Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquq qaydasına zidd olması barədə dəlili də ümumi xarakter daşıyır və konkret hüquqi əsaslarla təsdiqlənmir. Qətnamənin icrası nəticəsində borclu şirkətin maliyyə vəziyyətinin pisləşə bilməsi və ya onun taxıl idxalı sahəsində fəaliyyət göstərməsi, özözlüyündə,
21. xarici məhkəmə qətnaməsinin Azərbaycan Respublikasının Konstitusiyasına, suverenliyinə, təhlükəsizliyinə və ya publik qaydasına zidd olması kimi qiymətləndirilə bilməz. Publik qayda əsası yalnız xarici məhkəmə aktının tanınması və icrası Azərbaycan Respublikasının hüquq sisteminin fundamental prinsiplərinə açıq və ciddi ziddiyyət yaratdığı hallarda tətbiq oluna bilər. Hazırkı iş üzrə belə hal müəyyən edilmir.
22. Iş materiallarında eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, yaxud Qazaxıstan Respublikasının məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni mübahisə üzrə işin başlanması barədə də hər hansı məlumat yoxdur.
23. Məhkəmə kollegiyası həmçinin müəyyən edir ki, tanınması və icrası xahiş olunan qətnamə qanuni qüvvəyə minmiş, onun icra olunmadığı barədə rəsmi arayış təqdim edilmiş, qətnamənin tanınması və icrasına dair ərizə qanunla müəyyən edilmiş müddət daxilində verilmişdir. Buna görə MPM-in 465.1.4-cü və 458.3-cü maddələrində nəzərdə tutulmuş imtina əsasları da mövcud deyildir.
24. Beləliklə, təqdim edilmiş sənədlər və maraqlı şəxsin etirazında göstərilən dəlillər birlikdə qiymətləndirildikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin 2025-ci il ## ###### tarixli, ****-**-**-*/**** nömrəli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və məcburi icraya yönəldilməsindən imtina üçün “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə”-nin 54-cü maddəsində, Kişinyov Konvensiyasının 59-cu maddəsində və MPM-in 465-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
25. Göstərilənləri nəzərə alaraq, “xxxx” MMC-nin ərizəsi təmin edilməli, Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin 2025-ci il ## ###### tarixli, ****-**-**-*/**** nömrəli qətnaməsi Azərbaycan Respublikasının ərazisində tanınmalı və məcburi qaydada icraya yönəldilməlidir.
26. Şərh olunanları və MPM-in 464, 465-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin 2025-ci il ## ###### tarixli № ****-25-00-2/2463 nömrəli qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə ərizə təmin edilsin. Qazaxıstan Respublikasının Akmola Vilayətinin Ixtisaslaşdırılmış Rayonlararası Iqtisad Məhkəməsinin 2025-ci il ## ###### tarixli № ****-25-00-2/2463 nömrəli qətnaməsi Azərbaycan Respublikası ərazisində tanınsın və məcburi icraya yönəldilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.