Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 15(1-8)-110/2026 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (hərbi xidmətə çağırış, ilkin təcili tənzimləmənin zəruriliyinin təsdiqlənməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası cavabdeh1 qarşı iş üzrə Ərizəçi məhkəmənin icraatında olan *-*(***)-****/**** saylı inzibati işə baxılıb qurtarana və iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək hərbi xidmətə aparılmaması öhdəliyinin cavabdeh1 üzərinə qoyulmasına dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, **(*-*)-**/**** saylı qərardadından maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. “X1” publik hüquqi şəxs tərəfindən verilmiş yazılı məlumatda (səh 5) qeyd edilmişdir ki, “...Ərizəçi ##.##.2024-cü il tarixdə X1 müraciət etmiş və ona müayinə nəticəsində “Delta amilsiz virus mənşəli xroniki B hepatiti” diaqnozu qoyulmuşdur.
2. “Sağlamlıq vəziyyətinin müayinə aktı”ndan görünür ki, Ərizəçi ##.##.2025-ci il tarixdə müayinə olunmuş və ona “B18.1 XBT 10 kodu üzrə Delta amilsiz virus mənşəli xroniki B hepatiti - Hepatit B (+) pozitiv” diaqnozu qoyulmuşdur.
3. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən Ərizəçi dair çıxarışdan görünür ki, ərizəçi yerli çağırış komissiyasının qərarına əsasən “B18.1. Delta amilsiz virus mənşəli xroniki B hepatiti”, “Xəstəliklər cədvəlinin maddəsi” 1B-Bağırsaq infeksiyaları, bakterial zoonozlar, digər bakterial xəstəliklər, səpgilərlə müşayiət olunan virus xəstəlikləri, buğumayaqlılarla ötürülən virus və digər xəstəliklər (mərkəzi sinir sisteminin infeksiyalarından başqa), virus və xlamidiyaların törətdiyi digər xəstəliklər, rikketsiozlar, digər yoluxucu və parazitar xəstəliklər, b) kəskin xəstəliklərdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən sonra müvəqqəti funksional pozulmaları, 59 C-Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): c) funksiyaların cüzi dərəcədə pozulması diaqnozları ilə yararlılıq kateqoriyası Ç-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli yekun rəyinə əsasən yararlı hesab edilmişdir.
4. cavabdeh1 tərəfindən ərizəçiyə verilmiş çağırış vərəqəsindən görünür ki, ona hərbi xidmətə getməsi ilə bağlı çağırış vərəqəsi verilmişdir.
5. Iddia icraatı qaydasında iddiaçı Ərizəçi cavabdeh cavabdeh2 publik hüquqi şəxsə qarşı “qərarın ləğv edilməsi və hərbi xidmətə yararsız hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi Ərizəçi hazırkı icraat qaydasında məhkəmənin icraatında olan *-*(***)-****/**** saylı inzibati işə baxılıb qurtarana və iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək hərbi xidmətə aparılmaması öhdəliyinin cavabdeh1 üzərinə qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, Delta amilsiz virus mənşəli xroniki “B” hepatit və skaliyoz xəstəliyindən əziyyət çəkir. 14 yaşından başlayaraq xəstəliklə bağlı müalicə olunur. Müalicəsi mütəmadi olaraq həyata keçirilir. Kiçik fiziki işlə məşğul ola bilmir. Hər iki xəstəliyi ağır fəsadlar yaratmışdır. Qeyd olunmuş xəstəlik nəticəsində uzun müddət müayinə və müalicələrdə olur. Səhhətində baş verən çatışmazlıq getdikcə daha da artır, müayinə və müalicələrin heç bir təsiri olmur. Qeyd olunmuş əsasa uyğun olaraq 6 ildən artıq müddətdə ekspert rəylərinə uyğun olaraq həqiqi hərbi xidmətə yarasız hesab olunmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ##.##.2025-ci il tarixli rəyinə görə əsassız olaraq hərbi xidmətə yararlı hesab olunmuşdur.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ## ###### 2026-cı il tarixli K/74-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Ərizəçi hazırda “Onurğa sütununun döş nahiyəsinin təsbit olunmayan cüzi əyriliyi (5o)” diaqnozlu xəstəlikdən əziyyət çəkir və bu xəstəliklə o, “Xəstəliklər cədvəlinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnaməyə qoşma) əsasən “hərbi xidmətə yararlıdır”.
9. Hazırkı məhkəmə-tibbi ekspertizanın gedişatı zamanı Ərizəçi “Xroniki B virus hepatiti xəstəliyinin olub-olmamasının təyini məqsədilə MN Baş Klinik Hospitalda tibbi müayinələrdən (laborator, instrumental və kliniki) keçməkdən yazılı iltizam verməklə imtina etdiyi üçün onun həmin xəstəlikdən əziyyət çəkib-çəkməməsi barədə fikir söyləmək mümkün olmadı.”
10. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ## ##### 2026-cı il tarixli **(*- *)-***/**** nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, məhkəmənin icraatında olan *-*(***)-****/**** saylı inzibati işə baxılıb qurtarana və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Ərizəçi hərbi xidmətə çağırılmaması öhdəliyi cavabdeh1 üzərinə qoyulmuşdur.
11. Üçüncü şəxs apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsindəki icraat
Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər Ceyhun Quliyev məruzəçi,
12. Fikrət Hüseynov və Mirlətif Sadıqov) ## ### 2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirmişdir ki, ərizəçi üçüncü şəxsin ilkin qərarı ilə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş, lakin cavabdeh2 publik hüquqi şəxs tərəfindən şəxs həqiqi hərbi xidmətə yararlı hesab edilmiş, həmin qərardan sonra üçüncü şəxs ərizəçini hərbi xidmətə yararlı hesab etmiş və ona həqiqi hərbi xidmətə göndərilməsi ilə bağlı çağırış vərəqəsi vermişdir. Inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəlikləri ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliyinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tədbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur. Kollegiya bildirir ki, hazırda ərizəçinin hüquqi marağı onun hərbi xidmətə cəlb edilməsinin cavabdeh1 qadağan edilməsindən ibarətdir. Hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu məsələsinin qiymətləndirilməsi mümkün deyil, bu tibbi dəyərləndirmə tələb edilir.
14. Nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın, həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir.
15. Nəzərə almaq lazımdır ki, insan həyatı və sağlamlığı konstitusiyanın qoruma sferası ilə əhatə olunan daha üstün dəyərdir. Hazırkı mübahisəyə münasibətdə həm də məhkəmə icraatı zamanı və ya məhkəmə icraatı nəticəsində iddiaçının hərbi xidmətə yararlı olmasının müəyyən edildiyi təqdirdə, onun hərbi xidmətə çağırılması imkanının tükənmədiyi də nəzərə alınmalıdır. Oxşar işlər üzrə Ali Məhkəmənin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli 15(102)- 441/2025 və ##.##.2026-cı il tarixli **(***)-***/**** saylı qərarlarında mövqe eyni olmuşdur.
16. Üçüncü şəxs kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri üzrə ərizənin təmin edilməməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a. kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya Məhkəməsi ərizəçinin əvvəlki illərdəki müayinələrinin sonuncu müayinələrdən fərqli nəticələrini əsas götürərək, onları son nəticə ilə eyni səviyyədə nəticələr kimi qiymətləndirmiş, həmçinin əvvəlki rəyləri daha üstün hesab edərək DTSERA-nın yekun rəyinin böyük ehtimalla məhkəmə prosesində təsdiq olunmayacağı barədə səhv nəticə çıxarmışdır.
18. Bundan başqa, məhkəmə tibb sahəsində xüsusi biliyi olmadığı, belə biliyin məhkəmədən qanunla tələb edilmədiyi və belə xüsusi bilik əsasında qərar verilməsi məhkəmənin səlahiyyətlərinə aid edilmədiyi halda, ərizəçinin hərbi xidmətə böyük ehtimalla yararsız olması qənaətinə gəlmişdir. Lakin bu nəticə işin materiallarına uyğun deyil və qanunvericiliyin tələblərini əks etdirmir.
19. Ərizəçi əvvəllər bir neçə dəfə hərbi xidmətə müvəqqəti yararsız hesab edilsə də, sonuncu dəfə DTSERA-nın Müddətli Həqiqi Hərbi Xidmətə Çağırılan Vətəndaşların X3 ##.##.2025-ci il tarixli qərarı ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ## ###### 2026-cı il tarixli K/74-cü il tarixli ekspert rəyinin nəticə hissəsində də qeyd edilmişdir ki, "...Ərizəçi hazırda “Onurğa sütununun döş nahiyəsinin təsbit olunmayan cüzi əyriliyi (50)" diaqnozlu xəstəlikdən əziyyət çəkir və bu xəstəliklə o, "Xəstəliklər cədvəlinin İ qrafasına və ƏTCyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında" Əsasnaməyə qoşma) əsasən "hərbi xidmətə yararlıdır".
20. Mütəxəssislərin müayinələri fərqlənməsə də, onların qiymətləndirilməsində və nəticələrdə fərqlər mövcuddur ki, bu da müddətin keçməsi, həkim-mütəxəssislərin ixtisas səviyyəsindən, aparılan instrumental və laborator tədqiqatlardan və digər amillərdən asılıdır. Məlumdur ki, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsinə, müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetməyə əsas verən tibbi müayinə rəyləri bir sıra hallarda çağırışçıların həqiqi sağlamlıq vəziyyətini əks etdirməmiş və bəzi çağırışçılar tərəfindən mövcud xəstəliyin diaqnozunda daha ağır hallar göstərilməklə və ya çağırışçıda olmayan xəstəlik barədə saxta tibbi müayinə aktı hazırlamaqla çağırışçının həqiqi hərbi xidmətdən yayınmasına imkan vermişdir.
21. Keçirilən islahatlar nəticəsində hərbi həkim komissiyalarının fəaliyyəti təkmilləşdirilmiş, aparılan tibbi müayinələrə, çağırışçılara qoyulan xəstəlik diaqnozlarına görə məsuliyyətləri artırılmış, bu zaman korrupsiya hallarının aradan qaldırılması üçün hüquqi kəsərli tədbirlər görülmüşdür.
22. Təsadüfi deyil ki, bir sıra hallarda əvvəllər sağlamlıq vəziyyətinə görə möhlət hüququ almış çağırışçıların növbəti tibbi müayinəsi zamanı onlarda əvvəlki xəstəliklər aşkar edilmir və ya xəstəliyin hərbi xidmət keçməyə mane olmayan daha yüngül forması müşahidə olunur. Bu hallarda keçirilən müayinələrin obyektivliyi dövlət və cəmiyyət üçün önəmlidir. Buna nail olmaq üçün, çağırışçıların çoxpilləli tibbi şəhadətləndirmə proseduru müəyyən edilmişdir. Belə ki, çağırışçı ilkin olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarında tibbi müayinədən keçir, bu zaman sağlamlıqla əlaqədar əlavə müayinə aparılması və ya qoyulan diaqnozun dəqiqləşdirilməsi zəruri olduqda, bu xüsusi ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır, şəhadətləndirmənin nəticəsindən çağırışçı narazı olduqda və ya onun hərbi xidmətə yararsızlığı müəyyən olunduqda Mərkəzi Hərbi Həkim Komissiyasında baxılaraq rəy verilir. Rəylə çağırışçı razı olmadıqda və ya onun sağlamlığına görə hərbi xidmətdən möhlət hüququ verilməsi və ya xidmətdən azad olunmasına əsaslar olduqda yekun tibbi müayinə SHXÇDX ilə heç bir tabeçilik və ya digər asılılıq əlaqəsi olmayan DTSERA tərəfindən aparılaraq rəy verilir. Həmin rəy də çağırışçı tərəfindən Agentliyin Tibbi Apellyasiya Şurasında mübahisələndirilə bilir və Tibbi Apellyasiya Şurasının yekun qərarı çağırışçının həqiqi hərbi xidmətə çağırılıb-çağırılmaması üçün əsas olur. Həmçinin qeyd olunmalıdır ki, DTSERA Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə yararlığın dəqiq diaqnostikasını aparan, bu sahədə ixtisaslaşmış xüsusi tibbi orqandır.
23. DTSERA-nın müvafiq mütəxəssisləri ekspert statusuna malikdirlər. Qoyduqları diaqnozlarda qüsura görə məsuliyyət daşımayan, onların qeyri dəqiqliyini subyektiv amillərlə izah edə biləcək həkimlərdən fərqli olaraq, DTSERA-nın ekspert-mütəxəssisləri verdikləri rəyin spesifikliyini anlayır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğunluğuna görə intizam, inzibati, mülki, hətta cinayət məsuliyyəti daşıyacaqlarını başa düşür və bu məsuliyyəti dərk edərək qərarlar verirlər. Şəffaflığın təmin edilməsi və şəhadətləndirmə sahəsində çoxsaylı pozuntuların qarşısının alınması məqsədi ilə yararlılıq barədə yekun tibbi şəhadətləndirmə məhz bu səbəbdən Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanı ilə həmin orqana həvalə edilmişdir.
24. Bundan başqa, DTSERA-nın rəyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ## ###### 2026-cı il tarixli K/74-cü il tarixli ekspert rəyi ilə də təsdiq olunmuşdur.
25. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində göstərilir ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
26. Ərizəçinin sağlamlığının qorunması və təminatı hərbi xidmət zamanı dövlət tərəfindən təmin edilir və onun sağlamlığına hər hansı neqativ təsirin olmasının həqiqi hərbi xidmət keçmə prosesində aradan qaldırılmasına dövlət təminatı verilir.
27. Beləliklə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalı olduğu halda, baxılan işdə bunun əksi müşahidə olunur.
28. Apellyasiya Məhkəməsi ərizəçinin hərbi xidmətə yararlılığı ilə bağlı mübahisənin onun xeyrinə həll olunmasını yanlış olaraq real və əsaslı qiymətləndirmiş, faktiki olaraq iş üzrə gələcəkdə iddianın təmin ediləcəyini proqnozlaşdırmışdır.
b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 40.4. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ...
96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
31. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
32. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Iş materiallarından görünür ki, hazırkı iş üzrə ərizəçinin hüquqi marağı məhkəmənin icraatında olan *-*(***)-****/**** saylı inzibati işə baxılıb qurtarana və iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək hərbi xidmətə aparılması ilə bağlı qərarın icrasının dayandırılmasına yönəlmişdir.
35. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi ərizəçinin tələbini qanuni hesab edərək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi qənaətinə gəlsələr də, üçüncü şəxs apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq həmin qərardadı mübahisələndirmişdir.
36. Məhkəmə kollegiyası üçüncü şəxsin kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək bildirir ki, apellyasiya instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbiri barədə iddiaçının ərizəsini təmin edərkən qanunvericiliyin müddəalarını işin halları ilə əlaqəli şəkildə araşdırmamış və məsələyə düzgün hüquqi qiymət verməmişdir.
37. Belə ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Qeyd olunmalıdır ki, bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə həmin tədbirin tətbiqinin aydın şəkildə əsaslandırılması vəzifəsi həm də iddiaçının üzərinə düşür.
38. Bundan əlavə ## ####### 2023-cü il tarixdə qəbul edilmiş “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli qərarında müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizələrin təmin edilmə əsasları qeyd edilmişdir.
39. Plenumun sözügedən qərarının 11-ci bəndində göstərilmişdir: “Həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41.1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. Mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur.
40. Mahiyyəti üzrə çıxarılmış qərarda mübahisələndirilən inzibati aktın hüquqa uyğun olmadığı ilə bağlı məhkəmə qəti qənaətə gəlməklə onun ləğvi və ya dəyişdirilməsinə dair qərar verir. Inzibati aktın icrasının dayandırılmasına dair qərardadda isə vəziyyət fərqlidir. Belə ki, qərardad çıxarılarkən məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətə əsaslanır və sonradan məhkəmənin bu mövqeyi işin müəyyən edilmiş hallarından asılı olaraq dəyişə bilər və nəticədə məhkəmə inzibati aktı hüquqa uyğun hesab etməklə iddianı, ümumiyyətlə, rədd edə bilər. Bundan başqa, mahiyyəti üzrə verilmiş qərar mübahisəni həll etməklə inzibati aktı ortadan qaldırdığı və ya dəyişdirdiyi halda, inzibati aktın icrasının dayandırılmasına dair qərardadlar isə inzibati aktın özünü deyil, onun icra edilmə qabiliyyətini ortadan qaldırır. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbirinin tətbiqi nəticəsində mübahisələndirilən inzibati aktın icrası dayandırılır, bununla da inzibati aktın çıxarıldığı tarixdən əvvəlki hüquqi vəziyyətin davam etməsi təmin edilmiş olur. Ona görə də, inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarıldıqdan sonra inzibati orqan mübahisələndirilən inzibati akt qəbul edilənədək mövcud olan hüquqi və faktiki vəziyyətin tələb etdiyi qaydada davranmaqda davam etməlidir.
41. IPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır.
42. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyükehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.
43. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb görünməməsi məsələsini həll etməlidir.”
44. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırkı mübahisəyə münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə qərardad məhkəmələr tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş tələblərə və şərtlərə uyğun olaraq qəbul edilməmişdir.
45. Belə ki, Ərizəçi dair çıxarışdan görünür ki, ərizəçi yerli çağırış komissiyasının qərarına əsasən “B18.1. Delta amilsiz virus mənşəli xroniki B hepatiti”, “Xəstəliklər cədvəlinin maddəsi” 1B- Bağırsaq infeksiyaları, bakterial zoonozlar, digər bakterial xəstəliklər, səpgilərlə müşayiət olunan virus xəstəlikləri, buğumayaqlılarla ötürülən virus və digər xəstəliklər (mərkəzi sinir sisteminin infeksiyalarından başqa), virus və xlamidiyaların törətdiyi digər xəstəliklər, rikketsiozlar, digər yoluxucu və parazitar xəstəliklər, b) kəskin xəstəliklərdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən sonra müvəqqəti funksional pozulmaları, 59 C-Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): c) funksiyaların cüzi dərəcədə pozulması diaqnozları ilə yararlılıq kateqoriyası Ç-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
46. Lakin mübahisənin mahiyyəti ilə bağlı işə baxılarkən səlahiyyətli dövlət orqanının verdiyi rəydən görünür ki, Ərizəçi hazırda “Onurğa sütununun döş nahiyəsinin təsbit olunmayan cüzi əyriliyi (5o)” diaqnozlu xəstəlikdən əziyyət çəkir və bu xəstəliklə o, “Xəstəliklər cədvəlinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnaməyə qoşma) əsasən “hərbi xidmətə yararlıdır”.
47. Hazırkı məhkəmə-tibbi ekspertizanın gedişatı zamanı Ərizəçi “Xroniki B virus hepatiti xəstəliyinin olub-olmamasının təyini məqsədilə MN Baş Klinik Hospitalda tibbi müayinələrdən (laborator, instrumental və kliniki) keçməkdən yazılı iltizam verməklə imtina etdiyi üçün onun həmin xəstəlikdən əziyyət çəkib-çəkməməsi barədə fikir söyləmək mümkün olmadı.
48. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olubolmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalıyüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır (Bununla bağlı bax: “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarının 4.1-1-4.1-4-cü bəndləri).
49. Göründüyü kimi, hazırkı işdə iddiaçının hərbi xidmətlə bağlı qərarının icrasının dayandırılması üçün istinad olunan iki xəstəlikdən birinin hərbi xidmətə yararsız olmaması təsdiq olunur, digəri ilə bağlı isə iddiaçı hər hansı müayinə və müalicə almaqdan imtina etmişdir.
50. Bəhs olunanlar onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərti olan Ilkin təcili tənzimləmənin zəruriliyi təsdiqini tapmır. Təcililik şərti ödənilmədiyindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır.
51. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməlidir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmənin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli 15(102)- 441/2025 və ##.##.2026-cı il tarixli **(***)-***/**** saylı qərarlarında olan işin faktiki halları hazırkı işin halları ilə oxşar olmadığından həmin qərarlara istinad etməkdə məhkəmə haqlı olmamışdır.
53. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Üçüncü şəxs Azərbaycan Respublikası cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, **(*-*)- **/**** saylı qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi məhkəmənin icraatında olan *-*(***)-****/**** saylı inzibati işə baxılıb qurtarana və iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək hərbi xidmətə aparılmaması öhdəliyinin cavabdeh1 üzərinə qoyulmasına dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərar qətidir.