Məhkəmə qərarları › İş №15(1-8)-114/2026

Ali Məhkəmə Qərar — İş №15(1-8)-114/2026

25.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 15(1-8)-114/2026 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə; ilkin təcili tənzimləmənin zəruriliyi; ziddiyyətli məqamların qiymətlədirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Bel-oma fəqərələrinin MRT sənədində qeyd edilmişdir ki,...“Bel lordozu dəyişməmişdir. Bel fəqərə cisimlərinin yuksəklikləri normal dəyərləndirilmişdir. L1-S1səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri mövcuddur. L4-L5-fəqərəarası diskin degenerativ dəyişikliyi nəticəsində intensivliyi T2-ağırlıqlı sekanslarda zəifləmişdir. L4-L5fəqərəarası diskin arxa sol paramedian yırtığı (ölçüsü-6,5x15,0mm), dural kisənin və sol lateral sinir kökcükyünün sıxılması, L5-S1-fəqərəarası diskin arxa median pportruizyası (2,0 mm), dural kisənin sıxılması diqqəti cəlb etmişdir. Spinal kanalda həcmli törəmə təyin olunmamışdır. Onurğa beyni Th12-L1 səviyyəsində tamamlanir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib.”

2. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən Ərizəçi dair çıxarışdan görünür ki, ərizəçi yerli çağırış komissiyasının qərarına əsasən “Xəstəliklər cədvəlinin maddəsi” Maddə 26C “Periferik sinir sisteminin xəstəlikləri: c) funksiyaların cüzi dərəcədə pozulması” diaqnozu ilə yararlılıq kateqoriyası C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, Mərkəzi Hərbi Həkim Komissiyasının (MHHK) yekun qərarına əsasən Maddə 26D “Periferik sinir sisteminin xəstəlikləri: d) periferik sinir sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar, M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə” diaqnozu ilə yararlılıq kateqoriyası Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız; Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli yekun rəyinə əsasən daha yüngül qiymətləndirilərək yararlılıq kateqoriyası A-3 kimi müəyyən edilmiş, geri dönüş nəticəsində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli yekun rəyinə uyğun rəy verilmişdir.

3. Azərbaycan Respublikası Cavabdeh tərəfindən ərizəçiyə verilmiş çağırış vərəqəsindən görünür ki, Ərizəçi ##.##.2026-cı il tarixdə 07:00-da hərbi xidmətə yola düşmək üçün SHXÇDX-nin Imişli rayon şöbəsinə gəlməsi barədə məlumat verilmişdir.

4. Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə “qərarın ləğv edilməsi və həqiqi hərbi xidmətə yararsız olduğu üçün təkrar tibbi ekspertizadan keçirilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi (iddiaçı) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)- ****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həqiqi hərbi xidmətə çağırılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, hərbi xidmətə yararlılıq məsələsi ilə bağlı onun barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. ## ##### 2003-cü il tarixdə anadan olmuş və Cəlilabad rayonu, Əççələr kəndində yaşayır. Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi qeydiyyat aparılmışdır. Onun tibbi vəziyyəti ilə bağlı olaraq əvvəlki tibbi müayinələr zamanı sağlamlıq vəziyyəti hərbi xidmətə yararsız hesab edilmişdir. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi, L4-L5 səviyyəsində disk yırtığı və sinir elementlərinin sıxılması, ölçülər müxtəlif hesablansa da, bütün sənədlərdə patologiyanın özü və kompressiya faktı mövcuddur. Belə olan halda tibbi vəziyyətinin hərbi xidmət baxımından əlavə ekspertiza olmadan “yararlı” kimi qiymətləndirilməsi nə tibbi, nə də hüquqi cəhətdən etibarlı sayıla bilməz. Lakin sonradan aparılmış tibbi müayinələr nəticəsində əsassız olaraq onun hərbi xidmətə yararlı olduğu barədə rəy verilmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona bildiriş göndərilmiş və həmin bildirişdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.1-ci maddəsinə əsasən hərbi xidmətə yararlı hesab olunduğu və 2026-cı ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə göndəriləcəyi göstərilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə dair yazılı etiraz təqdim edilməmişdir.

4. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı (hakim H.Nəcəfov) ilə ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)- ****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həqiqi hərbi xidmətə çağırılmaması öhdəliyi Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmuşdur.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həqiqi hərbi xidmətə çağırılmasına əsas olan hərbi xidmətə yararlı olmasına dair qərarı mübahisələndirir. Hazırda həmin iş üzrə iddia ərizəsi məhkəmənin icraatındadır. Iş materiallarında olan Medican Hospitalın ##.##.2025-ci il tarixli radiologiya nəticəsindən görünür ki, onurğa sütununun bel-oma hissəsinin MR Görüntülənməsi Lumbar fizioloji lordoz düzlənmişdir. Fəqərə cisimlərinin hündürlüyü və siqnal intensivliyi təbiidir. Bəzi fəqərə cisimlərinin tamamlayıcı lövhələrində lokal Şrnorl tipli düyünlər müşahidə olunur. Onurğa beyni istiqamətində və cauda equina strukturunda patoloji siqnallar nəzərə çarpmr. L4-5 diskin hündürlüyü azalmıdşır. Digər lumbar disklərin hündürlüyü saxlanmışdır. L4-5 diskin T2 MR siqnalında zəifləmə (dehidrasiya) izlənilir. L3-4 diskdə posterior santral fokal qabarma qeyd olunur. Neyroforamenlər sərbəsdir. L4-5 diskdə spinal kanalı daraldan, dural kisəni və cauda liflərini kompressiya edən posterior santral 8.5 mm ölçüdə yırtıq qeyd olunur. Neyroforamenlər sərbəsdir. L5-S1 diskdə sol parasantral 2 mm ölçüdə protruziya qeyd edilir. Neyroforamenlər sərbəsdir. Digər fəqərəarası disklərin protruziyası yaxud yırtığı müşahidə edilmir. Faset oynaqların səthi dəqiqdir. Paravertebral yumşaq toxumalarda patoloji dəyişikliklər nəzərə çarpmır. Iddiaçının həqiqi hərbi xidmətə cəlb edilməsinin qanunauyğunluğunun yoxlanılması əsas iddia çərçivəsində aydınlaşdırılmalıdır. Həmçinin, məhkəmə icraatının gedişində iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizasının keçirilməsi zərurəti istisna edilmir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, fərdi hüquqlar və sağlamlıq vəziyyəti dövlətin hərbi hazırlıq sahəsində maraqları ilə balanslaşdırılmalı, mütənasiblik prinsipi nəzərə alınmalıdır. Iddiaçının hərbi xidmət yerinə getdikdən sonra xidməti vəzifələrinin icrası zamanı fərdi sağlamlıq vəziyyətinin nəzərə alınaraq onun sağlamlıq vəziyyətinin qorunmasına (hərbi xidmət zamanı qarşılaşacağı potensial sağlamlıq risklərinin nəzərə alınmasına) dair ona hər hansı bir güzəştlərin tətbiq ediləcəyi mümkün görünmür. Məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilmişdir. Belə ki, iddiaçı Ərizəçi hərbi xidmət keçəcəyi halda, həkimin məhkəmə iclasında izahatında qeyd etdiyi kimi sağlamlıq vəziyyətinə təhlükə yaranması ehtimalı vardır. Ərizəçinin həqiqi hərbi xidmətə cəlb edilməsi ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı mövcuddur. Həmçinin ərizəçi barədə tərtib edilən sənədlərə, eləcə də Forma 44 sənədinə nəzər yetirilən zaman tərəfin bir neçə xəstəlikdən əziyyət çəkdiyi və qeyd edilən xəstəliklər sadə, gözlə görünən, mühüm olmayan xəstəlik deyil, mövcud olduğu təqdirdə şəxsin səhhətində ciddi narahatçılıqlar yaradacaq xəstəliklər olduğu müəyyən edilir. Əldə edilən sənədlərin tədqiqi zamanı ərizəçi Ərizəçi qeyd edilən xəstəliklər üzrə əvvəllər hərbi xidmətə yararsız hesab edildiyi və çağırışının dayandırıldığı müəyyən edilir.

7. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Şirvan Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadı ilə (hakimlər C.Quliyev – məruzəçi, F.Hüseynov və M.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ərizəçi xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliyinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tədbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur. Hazırda ərizəçinin hüquqi marağı onun hərbi xidmətə cəlb edilməsinin Azərbaycan Respublikası Cavabdeh qadağan edilməsindən ibarətdir. Hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu məsələsinin qiytmətləndirilməsi mümkün deyil, bu tibbi dəyərləndirmə tələb edilir. Ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, ərizəçi ##.##.2003-cü il təvəllüdlüdür, onun 23 yaşı var. Əsas iş üzrə ##.##.2026-cı il tarixdə ekspertiza təyin edilmişdir. Məhkəmə icraatının gedişində onun hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar (məsələn, şəxsin həqiqi hərbi xidmətə yararlı olması barədə ekspert rəyi olduqda və s.) yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və ərizəçi hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsur və çatışmazlıq gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə, belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər.

10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və müvəqqəti xarakterli müdafiə tədbiri üzrə ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

11. Ərizəçinin hərbi xidmətə çaöırılacağı təqdirdə onun sağlamlığı üçün ciddi təhlükə yaranacağına dair heç bir sübut və dəlil təqdim olunmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin həqiqi hərbi xidmətə yararlığının mübahisələndirilməsi hüququnun komfort təmini üçün müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinin zəruriliyini qət etsə də, onun Vətənin müdafiəsi üçün hərbi xidmət keçmək barədə vətəndaş borcunun olduğunu diqqətdən kənarda qoymuş, müvəqqəti xarakterli müdafiə tədbirinin məqsədəuyğunluğu barədə qanunazidd nəticə çıxarmışdır. Belə ki, ərizəçinin sağlamlığının qorunması və təminatı hərbi xidmət zamanı dövlət tərəfindən təmin edilir və onun sağlamlığına hər hansı neqativ təsirin olmasının həqiqi hərbi xidmət keçmə prosesində aradan qaldırılmasına dövlət təminatı verilir. Bundan başqa, ərizəçidə onun hərbi xidmət keçməsinə mane olmayan xəstəliyin olması Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təkzib edilmir və xəstəliyi xidmət yeri müəyyən edilən zaman nəzərə alınır.

13. Beləliklə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalı olduğu halda, baxılan işdə bunun əksi müşahidə olunur.

14. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarının 11.24-cü bəndinə əsasən ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Hazırkı işdə isə iddiaçının adı çəkilən Plenum Qərarında qeyd olunan sübutları və əsaslandırması mövcud deyil.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə dair yazılı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 40.4. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. Həmin Qərarda qeyd edilmişdir ki: “...4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”

25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır.

26. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı ərizə üzrə ilkin təcili tənzimləmənin zəruriliyini (ərizəçinin fərdi sağlamlıq vəziyyətinin nəzərə alınaraq onun sağlamlıq vəziyyətinin qorunmasına (hərbi xidmət zamanı qarşılaşacağı potensial sağlamlıq risklərinin nəzərə alınmasına) dair ona hər hansı bir güzəştlərin tətbiq ediləcəyinin mümkün görünməməsi) qeyd etmiş, eləcə də, hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu məsələsinin qiymətləndirilməsinin mümkün olmadığını, bunun üçün tibbi dəyərləndirilməyə ehtiyac olduğunu bildirmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi iş üzrə ziddiyyətli məqamlara da qiymət verərək hesab etmişdir ki, ərizəçinin 23 yaşı var, onun hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür, nəticə etibarı ilə o, hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsur və çatışmazlıq gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə, belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər.

27. Göründüyü kimi, iddiaçıya münasibətdə işin hazırkı vəziyyətinə görə ilkin təcili tənzimləmənin zəruri olması və ziddiyyətli məqamların qiymətlədirilməsi ərizənin təmin olunmasına əsas vermişdir.

28. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə qərardad apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş tələblərə və şərtlərə uyğun olaraq qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır.

29. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ## ### 2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar