Məhkəmə qərarları › İş №15(1-8)-118/2026

Ali Məhkəmə Qərardad — İş №15(1-8)-118/2026

02.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(1-8)-118/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Ərizəçi cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı Ərizəçi cavabdeh Cavabdehnə qarşı “hərbi xidmətə çağırılmanın qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı Ərizəçi cavabdeh Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon Idarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə çağırış vərəqəsi göndərilməsi, iddiaçı Ərizəçi hərbi xidmətə çağırılması ilə bağlı müvafiq hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı eyni zamanda “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə və həmin ərizənin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbil edilənədək iddiaçı Ərizəçi hərbi xidmətə çağırılmasının cavabdeh Cavabdehnə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

3. Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.

4. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Qərardad ## #### 2026-cı il tarixində "Elektron sənəd dövriyyəsi" sistemi vasitəsi ilə cavabdehə çatdırlmış və cavabdeh tərəfindən ## #### 2026-cı il tarixində kassasiya şikayəti "Elektron sənəd dövriyyəsi" sistemi vasitəsi ilə verilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi (IPM): Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. ... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.

Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.

Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. …

Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.

10. Belə ki, kassasiya şikayəti IPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.

11. IPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

12. Hazırkı işin halları qeyd olunan mümkünlük şərtləri baxımından araşdırılarkən, kassasiya şikayətinin IPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

13. Belə ki, apellyasiya instansiyası məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ## #### 2026-cı il tarixdə Elektron Məhkəmə Informasiya Sisteminə yerləşdirilməklə imzalanmış, başqa sözlə, həmin tarixdə də cavabdehə elektron kabinet vasitəsilə (rəsmi qaydada) çatdırılmışdır. Qərardaddan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 gün prosessual müddətin təqdim edilmə günündən hesablanmaqla ## #### 2026-cı il tarixdə bitməsinə və həmin günün iş günü olmasına baxmayaraq, cavabdehin həmin qərardaddan verdiyi kassasiya şikayəti ## #### 2026-cı il tarixdə elektron qaydada təqdim edilmişdir.

14. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 gün müddətin hazırkı kassator – cavabdeh tərəfindən ötürüldüyü mübahisəsizdir.

15. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən proses iştirakçılarına, o cümlədən cavabdehə (kassatora) inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair Izah göndərilmişdir. Həmin Izahda kassasiya şikayəti verilməsinə dair qanunun tələbləri aydın şəkildə icraat iştirakçılarının, o cümlədən cavabdehin (kassatorun) diqqətinə çatdırılsa da, yuxarıda qeyd edildiyi kimi, şikayət vaxtında verilməmiş, şikayət verilməsi müddəti ötürülmüşdür. Həmçinin qeyd edilməlidir ki, müddətin bərpası barədə ərizə və müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim edilməmişdir.

16. Beləliklə də, iddiaçının hazırkı şikayəti IPM-də kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən həmin şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

17. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar