Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(1-8)-98/2026 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ərizəçi İmanov Nihad Ərəstun oğlunun cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, şikayətin kassator və ya səlahiyyətli nümayəndə tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Ərizəçi İmanov Nihad Ərəstun oğlunun cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı “Şirvan İnzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmamağı vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” tələbinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞIN HALLAR
1. İddiaçı İmanov Nihad Ərəstun oğlu cavabdeh “xxxx” X1rşı “cavabdehin barəsində qəbul etdiyi qərarın ləğv edilməsi və onun dinc dövrdə hərbi xidmətə yararsız olmağı, müharibə dövründə məhdud yararlı olmağı ilə bağlı müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra, İmanov Nihad Ərəstun oğlu müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə və həmin ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Şirvan İnzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmamağı vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 15(4 *)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.
4. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası kassasiya şikayətini araşdırıb hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
10. Bu qərarın 8-ci bəndində istinad olunan Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinin tələbindən göründüyü kimi, şikayət həm onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
11. Hazırkı iş üzrə kassasiya şikayətinə nəzər yetirəndə müəyyən olunur ki, təqdim edilmiş kassasiya şikayətinə vəkilin orderi əlavə olunsa da, vəkil tərəfindən imzalanmamışdir. Bundan əlavə kassasiya şikayəti elektron qaydada Azərbaycan Respublikası Cavabdeh rəisi Qabil Rzayev tərəfindən imzalansada, lakin şikayətin sonunda cavabdehin nümayəndəsi Ərəstun Mehdiyevin adı qeyd olunmuş, lakin onun imzalamaq səlahiyyətini təsdiq edən sənəd isə, şikayətə əlavə olunmamışdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
13. Cavabdeh qeyd olunan çatışmazlıqlarla bağlı xəbərdar olunmasına baxmayaraq, bildirişdə göstərilənin aradan qaldırılması üçün hər hansı tədbir görülməmişdir.
14. Odur ki, şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2026-cı il tarixli **(*- *)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.